Please Wait
Baxanların
7722
İnternetə qoyma tarixi: 2012/01/16
Saytın kodu fa4276 Arxiv kodu 20754
Dəstə Hədis elmləri
Sualın xülasəsi
Ziyarəti aşurada ruhlardan «اَلسَّلامُ عَلَیْکَ یا اَبا عَبْدِ اللَّهِ وَ عَلَى الْاَرْواحِ الَّتى حَلَّتْ بِفِنائکَ » məqsəd hansı şəxslərdir?
Sual
Ziyarəti aşurada ruhlardan « اَلسَّلامُ عَلَیْکَ یا اَبا عَبْدِ اللَّهِ وَ عَلَى الْاَرْواحِ الَّتى حَلَّتْ بِفِنائکَ » məqsəd hansı şəxslərdir? Çünki tərcümədə gəlib o kəslər ki, qapıva düşüblər. Məqsəd imamın ziyarətinə gələn şəxslərdir? Ya Kərbəlada imamın qəbrinin kənarında dəfn olan kəslərdir? Yaxud Hüseynin vücüdünda fani olan kəslər, və o kəslər ki, imam yolunda canlarını fəda ediblər (İmam Hüseyn (ə) dostları)?
Qısa cavab

«ارواح التی حلت بفنائک»

Yuxarıdakı cümlədən məqsəd o şəhidlərdir ki, Seyyidüş-şühəda ilə birgə kərbəla meydanında şəhid olublar. Bu mətləbin dəlili neçə mərhələdir:

1-     Adətən ziyarətçilərə və həyatda olan kəslərə ərvah deylmir.

2-     Bu ziyarət ziyarətçi tərəfindən çağırış (xitab)dır və adətən çağırılan çağırandan bir deyil.

3-     İmam Hüseyn (ə) üçün nəql olunan ziyarətnamələrin heç birində müəyyən şəkildə ziyarətçilərə salam yoxdur.

4-     Aşura ziyarəti indi kərbəlada dəfn olan şəxslərin dəfnindən qabaq daxil olubdur. Buna əsasən «ارواح» dan məqsəd arada dəfn olan şəxslərin hamısı deyildir.

5-     Bu ziyarətnamədə mövcud olan qərinələrdən başa düşmək olur ki, salam olunan ruhlardan məqsəd, kərbəla torpağında Seyyidüş-çühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir. Necə ki, başqa bir yerdə müəyyən şəkildə imamla birgə kəslərə salam verilibdir:

«السلام علی الحسین و علی علِیّ بن الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین»

Əlavə olaraq ziyarəte aşuranın ümumi məmunu seyyidüş-şühəda (ə) onun övladlarına və dostlarına salam etmək və O həzrətə nisbət dostluq və vəfadarlıq və onun düşmənlərinə nifrət elan etməkdir.

6-     Ziyarəte Aşuradan başqa bir nəqldə gəlibdir:

«السلام علیک و علی الارواح التی حلّت بفنائک و اناخت بساحتک و جاهدت فی الله معک و شرت نفسها ابتغاء مرضات الله فیک»[1]

Bu hissədə seyyidüş-şühəda (ə) ilə Allah yolunda cihad etmək və Allahın razılığı yolunda seyyidüş-şühəda (ə) ilə şəhid olmaq kimi sifətlər vəsfidən sonra seyyidüş-şühəda (ə) astanında (hülul və inaxe) olmaq, gəlibdir ki, ondan başa düşülür.[2] «ارواح» dan müəyyən şəkildə həmin seyyidüş-şühəda (ə) ilə birgə şəhidlərdir.

7-     Tanınmamış (qeyri məruf)[3] ziyarəti aşurada belə gəlibdir:

«السلام علیک یا ابا عبد الله الحسین و علی من ساعدک و عاونک و واساک بنفسه و بذل مهجته فی الذّب عنک... السلام علیک یا مولای و علیهم و علی روحک و علی ارواحهم و علی تربتک و علی تربتهم السلام علیک یابن سید العالمین و علی المستشهدین معک»

Bu ibarətdən aydın şəkildə başa düşülür ki, ruhlardan məqsəd Kərbəla toprağında seyyidüş-şühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir.

8-     Seyyidüş-şühəda (ə) üçün başqa ziyarətnamələrdə İmam Hüseyn (ə) və Əli Əkbər ziyarətindən sonra daxil olubdur ki, Kərbəla şəhidlərinə üz tutun və bu ziyarəti oxuyun bir halda ki, seyyidüş-şühəda (ə) məxsus müxtəlif ziyarətnamələrin heç birində yoxdur ki, ziyarətçilərə ya arada bütün dəfn olanlara salam verin. Nəticə olaraq bütövlükdə olaraq, ziyarət aşuranı və seyyidüş-şühəda (ə) digər ziyarətlərini nəzərə alaraq, çəkinmədən demək olarki, iyarəte Aşurada salamlana ruhlardan məqsəd Kərbəla toprağında seyyidüş-şühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir.



[1] - Seyyid ibn Tavus, İqbalul- əmal, cild 3, səh 70

[2] - Mücahidət bəyanının təxirinin zahirindən və hülul və inaxədən şəhidlik ki, enmək mənasındadır, başa düşülür ki, ruhlardan məqsəd Aşura günü seyyidüş-şühəda (ə) ilə birlikdə şəhid olanlardır.

[3] - O ziyarət ki, aşura ziyarətinin savabına malikdir, o şəxslər üçündür ki, çətinlikləri var və ziyarəti aşuranın bütün qanunların (təkbir, yüz lənət, yüz salam, səcdə, ziyarətdən sonra namaz və dua) yerinə yetirə bilmirlər. Məfatihul cinan.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.