Please Wait
Baxanların
9771
İnternetə qoyma tarixi: 2011/05/05
Saytın kodu fa665 Arxiv kodu 13794
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Bankdan götürülən ribanın hökmü nədir? İslam ölkələri və qeyri İslam ölkələrinin banklarından sələmə götürməyin fərqi varmı?
Sual
Mən eşitmişəm ki, sələmə almaq böyük günahdır. İndi bilmək istəyirəm, banklardan götürülən sələmələri qəbul etmək cayizdirmi, yaxud qeyri müsəlman ölkəsində yaşadığıma görə iradı yoxdur? Həmçinin plastik bank kartı üçün çoxlu sələmə verilir.
Qısa cavab

Qeyri İslami ölkələrdə bank əməliyyatları barəsində böyük inqilab rəhbəri həzrət Ayətullah Xamineyinin fətvası belədir.

A). Sələmə vermək haramdır, yəni bankdan borc adı ilə pul alıb və sonradan daha çox məbləğ ödəmək şərtilə, haramdır. Amma o həddə. Amma insan haram iş görməmək üçün, əlavə məbləği ödəməməyi qəsd edə bilər. hərçənd onu, ondan alacaqlarını bilsə də.[1]

B). Qeyri İslami ölkələrin banklarından faydalanmaq və sələmə almaq, cayizdir.[2] Plastik bank kartı barəsində böyük rəhbərin fətvası belədir: Hesabınızda mövcud olan pul ki, ondan istifadə edərkən pul götürürsünüz, iradı yoxdur. Amma o miqdar pul ki, sizin hesabınızda pulunuz olmadan sizin hesabınıza verilir. Əgər borc adı ilə olub və ona mənfəət gəlirsə, borc doğru, amma artıq miqdar sələmədir və haramdır.[3]



[1] - İzahlı şəriət hökümləri, cild 2, səh 935, sual 1911.

[2] - Həmin, səh 936, sual 1917

[3] - Rəhbərin dəftərinin cavabı: 369- cu suala, Göstərici: Bank kartları və bank sələməsi.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.