Please Wait
Baxanların
7950
İnternetə qoyma tarixi: 2011/05/30
Saytın kodu fa716 Arxiv kodu 14325
Dəstə Əməli irfan
Sualın xülasəsi
İnsan qeyri adi işlər görə bilərmi və bunun faydası nədir?
Sual
Neçə mötəbər mənbələrdən eşitmişəm ki, bəzi arif müsəlmanlar, öz- özünə yerdən qalxa bilir və uça bilirlər. Bu doğrudurmu və bu necə mümkündür? Belə işləri bacarmağın və belə bir qüdrəti əldə etməyin nə faydası var?
Qısa cavab

Sizin işarə etdikləriniz insanın ruhi gücünün nəticələrindəndir ki, bəzən dinin əmrlərinə əməl etmək və şərii nəfsi saxlamaq nəticəsində yaranır. Yəni insan Allaha yaxınlaşmaqla, Allahın "ismi- əzəminə" sahib olur və təkvini vilayətə əl tapır. Onun nəticəsində elə bir güc əldə edir ki, kainat maddəsində dəyişiklik edə bilər və maddi dünyanın bütün varlıqları onun güclü ruhu qarşısında təslim olacaqlar. Bəzən də insan belə bir gücü cinləri itaətə gətirmə və şeytani və ... güclərdən istifadə etməklə, əldə edir.

Əlbəttə bu məsələyə də diqqət etmək lazımdır ki, bu güclərin bəzisinə əl tapmaq qeyri şərii nəfsi saxlamalarla mümkün deyil və ya əgər mümkün də olsa, Allah tərəfindən haram edilmiş fəsadların nəticəsinə görədir.

Hər halda o yerlərdə ki, insan Allaha yaxınlaşmaqla belə bir gücü əldə etsə, insanlığın uca dərəcələrinə və ruhun yüksək qüdrətinə yiyələnməkdən əlavə, insana bu gücü verir ki, Allah bəyənən pak hədəflərə yetişmək ehtiyaclılara kömək üçün, ən qısa zamandan və ən aşağı şəraitlərdən ən çox istifadə edə bilsin.