Ətraflı axtarış
Baxanların
8370
İnternetə qoyma tarixi: 2011/06/12
Sualın xülasəsi
İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
Sual
Kafir və eyni zamanda təcavüzkar olmaqla yanaşı qatil olan bir şəxs müsəlman olarsa onun İslam dini baxımından keçmiş günahları bağışlanırmı? Əks halda onun əzabını görürmü?
Qısa cavab

Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.

Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.

Ətreaflı cavab

Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.[1]

Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.[2]

Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.

Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.

Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.[3]

Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.[4]

Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:

"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.[5]

Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.



[1] - Ənfal surəsi, ayə 38

[2] - Tərihi, Məcməul- bəhreyn, madde cəb, əssirətul- həlibə, cild 3, səh 105, bu hədis müxtəlif bəyanlarla nəql olunmuşdur. Bax Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 40, səh 230.

[3] - Bax: Mühəqqiq Həmədani, Misbahul- fəqiyə, zəkat kitabı, səh 17, Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul- kəlam, cild 17, səh 10

[4] - Bax: Məkarim Şirazi, Nasir, əl- qəvaidul fiqhiyyə, cild 2, səh 169- 183 (qaidətul- cobb)

[5] - Hüseyni, Corcani, Əbuol- fəth, təfsir şahi, cild 2, səh 96.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün Əbu Əli Sina məntiq elminin mövzusunu ikinci dərəcə dərk edilən, tanıtdıran və dəlil olaraq dəyişdirmişdir?
    7552 İslam fəlsəfəsi 2011/05/15
    İbni Sinanın nəzərində hər bir elm məxsus bir anlaşılmayan sirlərin kəşfi üçün səy edir ki, o sirlər və anlaşılmamazlıq; o elmin məsələlərini təşkil edir. Hər elmdə bu məsələlər məxsus bir şey haqqında bəhs edir ki, onu "elmin mövzusu" adladırırlar. Həqiqətdə "bir elmin mövzusu" elmin əsl bəhslərini və onu ...
  • Allah rəsulunu (s) yuxuda necə görmək olar?
    23210 Əməli əxlaq 2011/06/19
    Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk ...
  • Вилајәти-фәгиһ мәсәләсинин тарихи һара гәдәрдир?
    7596 Nizamlar (Qurluşlar) 2010/02/04
    Фигһ елминдә иҹтиһад мәгамына чатан фәгиһин, Ислам һөкумәтинин рәһбәри мәнасында ишләнән “вилајәти-фәгиһ” мәсәләси бәзиләринин нәзәринә ҝөрә ислам тәфәккүрүндә тәзә олуб ики әсрдән аз тарихи вардыр. Һалбуки, шиә әгидәсинә ҝөрә бу мәсәлә гејбәт әсриндән башлајараг ҹәмијјәтин идарәсинин мүгәддәс шәриәт тәрәфиндән адил фәгиһләрин өһдәсиндә гојмасы ...
  • Çox şəkk edənin hökmü nədir?
    8640 • دیگر احکام مرتبط با نماز 2015/05/27
    Şübhə yoxdur ki, çox və həddən artıq şəkk etməklə vəsvəsəyə yetişmək şeytanın hilələlrindən biri olub, Allah bəndələrini öz bəndəçiliklərində süsləşdirib ibadətdən uzaqlaşdırır və Allah eləməmiş kimi bəzən insanı ibadətə qarşı laqeyd həddinə kimi gətirib çıxarır. Ona görə də həddən arıq şəkk edəndə ona fikir vermək lazım deyil.
  • İmam Zamanla (ə.c) digər İlahi və ya qeyri- İlahi dinlərdə olan xilaskarın hansı oxşar və fərqli cəhətləri var?
    7608 Qədim kəlam 2011/10/30
    Müxtəlif məktəb və dinlər xüsusilə İlahi dinlər müştərək şəkildə elə bir şəxsin müjdəsini vermişlər ki, bir çox dəyərlərə sahibdir. Dünyaya hakimiyyəti altında ədalət, sülh və əmniyyət gətirəcək və zülm və müstəmləkədən əsər belə qalmayacaq. O məzlumların köməyinə gələcək və ruzigar onların xeyrinə dövran edəcək. O öz ədalət taxtına oturacaq və ...
  • Nə üçün ideanın bəzi cisimlərini kənar etmək olmaz?
    7313 Təzə kəlam 2011/05/30
    İdeanın lüğətdə mənası, əqidə tanımaq deməkdir. Amma əqidənin özünə və düşüncə tərzinə də deyilir. Amma termində bəzi vaxtlar ümumi olaraq əməl və nəzəriyyə düşüncələrinə şamil olmasında istifadə olunur və bəzi yerlərdə isə xüsusi olaraq dünya görüşü qarşısında istifadə olunur. İkinci surətdə, ideya silsiləvari bir nəzəriyyəyə şamil olur ki, ...
  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    17607 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Mən hənəfi məzhəbinə tabeyəm. Şəri cəhətdən internet vasitəsi ilə bir kəslə tanış olmaq və izdivac etmək caizdirmi? Belə bir izdivac davam edib möhkəm qala bilərmi?
    9336 İzdivac xütbəsi 2012/09/24
    Siz hənəfi məzhəbinə tabe olduğunuza görə münasib olar ki, bu məzhəbin alim və fəqihləri ilə əlaqə yaradaraq cavabınızı onlardan alasınız. Şübhəsiz, onlar bu barədə özlərinə məxsus olan cavabları verəcəklər. Amma bizim İranda yaşayan və şiə məzhəbində olduğumuzu bilə-bilə sual verdiyinizdən, belə hesab edirik ki, bu mühüm məsələdə ...
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    7678 Təfsir 2012/04/17
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Həzrət Adəmin (ə) yaradılışından öncə cinlərin öz nəslindən peyğəmbərləri olmuşdur?
    12428 Qədim kəlam 2011/06/19
    Quran-məciddə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bəyan edilmişdir.Baxmayaraq ki, cin barəsində məlumatımız məhduddur, bir çox sübutlar əsasında Adəmdən (ə) öncə cinlərin içində öz peyğəmbərləri olduğunu demək olar:  1.      Cinlər insanlar kimi təklif və ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168923 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166717 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122126 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115988 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115298 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96721 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61125 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56717 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49474 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47454 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...