- Əgər bir şəxs boynunda qəza namazı olub-olmadığını bilməzsə (çünki,namazlarının qəza olmasına yəqini yoxdur) onun boynunda heç bir şey yoxdur və qəza namazı qılmaq ona vacib deyildir.[1]Ancaq,qəza namazının olmasına yəqin etsə,ancaq,onun miqdarını bilməsə,(hətta miqadarı barəsində heç bir fikri yoxdur),belə olan halda,az miqdarı qılsa kifayət edir.[2]
- Əgər qəza orucu olub-olmamasına yəqini yoxdursa,eyniylə namaz kimi ona heçnə vacib olmayacaqdır.Ancaq qəza olduğunu bilir,lakin onun miqdarı barəsində heç bir fikri yoxdursa,bu barədə məracei təqlidin fətvaları aşağıdakı kimi olacaqdır:
Xamenei (r.ə) : O miqdarda ki,qəza olduğuna yəqin var, tutsa kifayət edir.[3]
Fazil Lənkərani (r.ə) : Tutmalı olduğu orucların miqdarında şəkk etsə,qəza olduğuna yəqin etdiyi miqdarda tutsa kifayət edir.Məsələn,əgər şəkk etsə ki, görəsən 5 gün onun boynunda qəza orucu var ya 8 gün, 5 gün tutsa kifayət edər.[4]
Zəncani (r.ə) : Ehtiyat vacibə əsasən,ehtimal verdiyi miqdarlardan ən çox olanına əməl etməlidir.[5]
Məkarim Şirazi (r.ə) : Yəqin etdiyi miqdarda tutsa kifayətdir.[6]
Behcət (r.ə) : Yəqin etdiyi miqdarda tutmalıdır.[7]
- Əgər Ramazan ayının orucunu qəsdən tutmasa (şəri üzr olmadan,məsələn,xəstəlik kimi) gərək onun qəzasını yerinə yetirsin və hər gün üçün 2 ay oruc tutsun,yaxud da,60 fəqirə təam versin,yada ki,bir qul azad etsin.Əgər növbəti Ramazan ayına qədər həmin orucun qəzasını yerinə yetirməsə,hər gün üçün də bir müd təam vermək vacib olacaqdır.[8]
Xülasə: Əgər xəstəlik ucbatından Ramazan ayının orucunu tuta bilməsə və bu xəstəlik növbəti Ramazan ayına kimi davam etsə,tutmadığı orucların qəzası o şəxsə vacib olmayacaqdır və gərək hər gün üçün bir müdd (750 qram) təam (arpa,buğda və bu kimi şeylər) fəqirə versin.Ancaq əgər səfərə görə oruc tuta bilməsə,tuta bilmədiyi hər gün üçün bir gün oruc tutmalı və bir müdd təam verməlidir.Ancaq qəsdən orucu tutmasa,gərək onun qəzasını tutsun və qəzadan əlavə gərək kəffarə, habelə hər gün üçün bir müdd təam verməlidir.[9]
Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı bu şəkildədir:
- Əgər qəzanın olub-olmamasında şəkk etsə,qəza ona vacib olmayacaqdır.Ancaq,qəzanın olduğuna yəqin etsə,lakin onun miqdarında şəkk etsə,yəqin etdiyi miqdarda tutmaq vacib olacaqdır.
Əgər bir şəxs şəkk etsə ki,onun 2 sübh namazı qəzaya gedib ya 5 sübh namazı, 2 sübh namazının qəzasını qılmaq ona vacib olacaqdır.Ancaq onun üçün yəqin etdiyi bir miqdar olmasa,məsələn,şəkk etsə ki,görəsən 2 sübh namazı qəza olubdur,yoxsa 3 məğrib namazı,ancaq bu ikisindən birinin olduğuna yəqin etsə,ehtiyat vacibə əsasən,gərək 2 sübh namazı və 3 məğrib namazı qılsın.
- Əgər qəza orucunun olub-olmamasında şəkke etsə,ona heçnə vacib olmayacaqdır.Ancaq,qəza olduğuna yəqini olsa,lakin,onun miqdarında şəkk etsə,yəqin etdiyi miqdarda qəza tutmaq ona vacib olacaqdır.(orucun hökmləri-qəza orucunun hökmləri)
- Gərək qəzanı tutmamadığına görə kəffarə versin.Ancaq əgər üzr növbəti ramazana qədər davam etsə bu hal istisna olacaqdır.Bu zaman qəza onun boynundan götürüləcəkdir.Baxmayaraq ki,bilmədən iftar etməsinin kəffarəsi hələdə onun boynunda qalacaqdır.
Əlaqəli indekslər: Mübarək ramazan ayının qəzası,9150 (sayt: 9132).
Növbəti Ramazan ayına kimi qəza orucunun əda edilməsi,5847 (sayt: 6065)
Orucun kəffarəsi,1965 (sayt: 1990)
[1] Huseyni Xamenei,Seyyid Əli,Əcubətil-istiftaat (bilfarsiyyə), səh,106,sual 526 və 527
[2] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh754, məsələ 1383.
Məkarim Şirazi: Məsələn, bir şəxs bilmir ki,iki namaz idi və yaxud da üç namaz. Bu zaman ən az miqdarı yerinə yetirsə kifayətdir.Ancaq,əgər onların sayını öncələr bilsə, ancaq səhlənkarlıq üzündən unutsa,vacib ehtiyata əsasən,gərək çox miqdar yerinə yetirilsin.
Fazil Lənkərani: Ehtiyat vacibə əsasən,əgər qəzaların sayını öncədən bilirdisə,ancaq sonradan unutsa gərək çox miqdarı yerinə yetirsin.
Behçət: Əgər əziyyət və çətin olmasa,elm və yəqin yaranana qədər qəzanı qılması lazımdır.Hətta miqdarından çox namaz qılsa belə.Ancaq yəqin ələ gətirmək mümkün olmasa,etminan hasil olana qədər namaz qılmalıdır.Əgər etminan hasil olmasa,güman etdiyi miqdarda qılması lazımdır.Bu ehtiyatlar o zaman lazımdır ki,öncədən qəzaların miqdarını bildiyinə yəqini və ya ehtimalı olmuş olsun.Əks təqdirdə,yəqin etdiyi miqdarda qılsa kifayətdir.Ancaq,daha çox miqdar xüsusunda ehtiyat etməsi daha yaxşıdır.Ancaq,zahir budur ki,lazım deyildir.
Qulpayqani,Xoyi,Təbrizi,Sistani,zəncani,Təbrizi:Əgər bir şəxsin bir neçə sübh namazı və bir neçə zöhr namazı qəza olsa və onların sayını bilməsə,məsələn,bilmir ki,bir,iki və ya üç namazı qəza olubdur, belə olan sürətdə az miqdarı qılsa kifayət edər.Ancaq daha yaxşıdır ki,bütün qəzaları yerinə yetirdiyinə yəqin hasil olacağı miqdarı yerinə yetirsin.Mələsən, əgər neçə sübh namazının qəzaya getməsini unutsa və ondan çox olmadığına da yəqin etsə(Xoyi,Sistani,Təbrizi) ehtiyata görə on qəza qılmalıdır.
Xoyi,Sistani.Təbrizi: ya da əgər unudubsa…
Zəncani: Müstəhəb ehtiyata əsasən daha çox miqdarı yerinə yetirsin.Xüsusən o yerdə ki,onun miqdarını bilirdi və unudubdur.Məsələn,əgər neçə namazın qəza olmasını unutsa və ondan çox olmadığına yəqin etsə,Müstəhəb ehtiyata əsasən on qəza yerinə yetirsin.(Safi,Qulpayqani).Ancaq,onların sayını bilsə və unutsa…4848 (sayt: 5127) saylı cavabdan əldə edin.
[3] Əcubətil-istiftaat (bilfarsiyyə), səh,170,sual 819
[4] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 945
[5] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 945
[6] Həzrətin saytı,İstiftaat,Qəza orucunun hökmləri: http://persian.makarem.ir/estefta/?mit=477
[7] Həzrətin saytı,İstiftaat,Qəza orucunun hökmləri: http://bahjat.org/fa/content/view/883/45
[8] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 949,məsələ 1710
[9] 915 (sayt: 9132) saylı cavabdan əldə edin..