Duaların ərəb dilində oxunmasının lazım olmamasına baxmayaraq, hətta namazda duanın fars dilində deyilməsi icazəlidir, amma daha yaxşısı budur ki, İmamlar (ə)- dan olan dualar onların mənalarına diqqət etməklə, ərəb dilində oxusun. Aşağıdakı məsələ bu işin sübutunu bizim üçün aydınlaşdırır:
Quran Allahın bəşərə olan sözü olduğu kimi, İmamlar (ə)- ın duaları da bəşərin Allaha olan sözüdür və ona said Quran deyirlər. Ona görə də, bu dualar da Quran kimi dərin həqiqət və maarifləri əhatə edir ki, ərəb dili onları bəyan etmək üçün ən yaxşı dildir.
Ona görə də, hər bir müsəlmanın öz Allahı ilə nə deməsini anlaması üçün, namaz və duaların mənası ilə tanış olması yaxşıdır. Belə olduqda onun əməlləri quru və ruhsuz görünməyəcək və onun uçuş yeri əbədiliyə doğru qayıdacaqdır.
Daha mühüm məsələ budur ki, insan duanın digər təsir qoyan şərtlərinə riayət etsin. Məsələn, dua İlahi sünnənin əksinə olmamalı, Peyğəmbər (s) və onun ailəsinə salavatla olmalı, dua edənin ümidi yaknız Allaha olmalı və ondan qeyrisinə arxalanmamalı, onda ehtiyac və ixlas halı olmalı, dili və qəlbi bir- birinə uyğun olsun, vacibləri yerinə yetirsin və haramlardan çəkinsin, öz günahlarından bağışlanmaq istəsin, duaya təkid etsin və Allahdan yəqinliklə istəsin və məyus olmasın.[1]
[1] - Fəlsəfi, Məhəmməd Təqi, Məkarimul- əxlaq duasının şərhi, cild 1, səh 2, Quran və Quran araşdırma diplomu, Bəhauddin Xürrəmşahi, cild 1, səh 1054, Seyyid Məhəmməd Baqir Şəhidi və Hibətud- din Şəhristani (rh), Quranın dua və zikrləri, səh 43, Qorşi, Seyid Əli Əkbər, Qumusi- Quran, dua termini.