Saytın kodu
az21877
Arxiv kodu
44182
Sualın xülasəsi
İslamda münəccim insanlar hansı dəyər və üstünlüklərdən bəhrələnirlər?
Sual

Qısa cavab
"Ulduzlar" sözünün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və bəzi İmamlarımızın (əlyehimussalam) dövründəki mənası ilə bu günkü ulduzlar elmi mənası arasında fərqi var. Keçmiş zamanlarda ulduzlar elmi, ulduzlar barəsində təhqiq və araşdırmalar mövzusuna çox az işlədilirdi və ən çox ulduzlar vasitəsi ilə falçılıq, gələcəkdən proqnoz vermək və sair kimi istifadə olunurdu. Bəzən günlərin nəhs və ya yaxşı olmaları barədə də bu addan istifadə edirdilar. Ulduz elmlərindən bu yolla istifadə edib, falçılıq etmək İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və İmamlarımızın (əleyhimussalam) bu işi qadağan etməsinə və qarşısını almasına səbəb olmuşdur. Rəvayətlər toplusunda ulduz elmlərinə və münəccimliyə aid mənfi fikirlərin əsas səbəbi həmin hədəflərə görədir.
Amma, bəzi rəvayətlərdə ulduzlar elminə müsbət baxışlar vardır ki, bu rəvayətlər vasitəsi ilə İslam dininin ulduz elmlərinə ümumi baxışını ələ gətirmək olar. Hətta, bu rəvayətlərin bəzisində İmam (əleyhissalam) ulduz elmələri haqqında bəhsə daxil olur və nəzər verir. Bütün bu rəvayətlər ümumiyyətlə İslamın ulduz elmlərinə müsbət baxışından xəbər verir.

Ətreaflı cavab
İslam dinin münəccimlik və ulduzlar elminə baxışı o cümlədən, bu elmlər ətrafında bir çox məsələlərə aid olmaqla müxtəlif və bu mövzuda yazılmış kitablarda müxtəlifdir.
Bu qismətdə ulduzlar elminin iki mənasına işarə edəcək və ona aid rəvayətləri araşdıracağıq:
1.Ulduzlar elminin ulduzlar haqqında təhqiqatı, araşdırılması və ondan münasib (şəri) yollarda istifadə olunması;
Amma, bəzi rəvayətlərdə ulduzlar elminə müsbət baxışlar vardır ki, bu rəvayətlər vasitəsi ilə İslam dininin ulduz elmlərinə ümumi baxışını ələ gətirmək olar. Lakin, istisna olunmuş mövzuları bu rəvayətlərdən ayrı hesab etmək lazımdır. Belə rəvayətlərdən bəziləri bu qərardadır:
Ravi İmam Rzaya (əleyhissalam) xitab edərək soruşur: Qurban olum! Camaat ulduzlar elminə yaxşı baxmırlar amma, mənim bu elmdən xoşum gəlir. Əgər bu elmlə məşğul olmağımın dinimə zərəri varsa, dinimə zərər vuran şeyla məşğul olmaq istəmirəm. Amma, əgər dinimə ziyan dəyməzsə, Allaha and olsun mənim bu elmlə məşğul olmaqdan xoşum gəlir. İmam Rza (əleyhissalam) buyurur: "heç də deyilənlər kimi deyil. Dininə zərər gəlməz..."