Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.
Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o həzrətin nəcibliyinə, şərəfinə xatir günahdan hifz olunar və nəticədə cəhənnəmdən azad olarlar. Amma vasitə ilə olan övladları (nəvə- nəticələri) baxmayaraq ki, üstünlüklərdən faydalanarlar, lakin cəzaların qarşılığında kamil şəkildə hifz olunmazlar.
Biharul- ənvarda bu məzmunda (mənada) bir rəvayət vardır:
«بِإِسْنَادِ التَّمِیمِیِّ عَنِ الرِّضَا عَنْ آبَائِهِ ع قَالَ قَالَ النَّبِیُّ ص إِنَّ فَاطِمَةَ أَحْصَنَتْ فَرْجَهَا فَحَرَّمَ اللَّهُ ذُرِّیَّتَهَا عَلَى النَّار»[1]
Peyğəmbər (s) buyurdu: Allah- Taala Fatimənin (s.ə.) nəcibliyi hörmətinə cəhənnəm atəşini onun övladlarına haram etdi.
Bu rəvayət "uyuni əxbarir- Rza (ə) " kitabında da həmin məzmunla yad edilibdir.[2]
Şiə və əhli- sünnədən çoxlu ravilərə və mənbələr bu hədisi nəql edib və onunla əlaqədar nəzəriyyələr və suallar ediblər[3] ki, bu da bir növ bu rəvayətin əslinin qəti şəkildə baş verməsi nişanəsidir.
Onuncu əsrdə Əhli- sünnə müəlliflərindən biri bu rəvayəti bəyan edəndən sonra elan edir ki, düzgün nəticə budur ki, bu rəvayətin sənədi nisbətən yaxşıdır. Necə ki, başqa kitablarda geniş şəkildə bəyan etmişəm, onun saxta olmaq nəzəriyyəsi düzgün deyil.[4]
Amma bu rəvayətlə bağlı o şey ki, bəhs və söz- söhbət yeri olub budur ki, bu rəvayətin əhatə dairəsi hara kimidir? Görəsən onun ancaq məxsus şəxslərdə məhdudluğunu qəbul edək, yoxsa o həzrətin (s. ə.) bütün nəvə- nəticələri onun misdaqındadırlar?
Şiə rəvayətlərindən ələ gələn budur ki, güya seyyidlərdən bəzisi bu hədisi Allah- Taala tərəfindən yaşıl işıq kimi dəyərləndirirlər. Onların səhvlərinin hamısı bu baxışda bağışlanıb və heç bir cəza onlara verilməyəcək.
Məsum İmamlar (ə) bu baxışla (nəzəriyyə ilə) mübarizə edib və elan ediblər ki, belə bir rəvayət gərək Əhli beytə nisbət verilənlərdən bəzisinin sui- istifadəsinə səbəb olmaya. Bu rəvayətlərdən bəzisinə işarə olunur:
- Həsən ibn Musa rəvayət edir ki, Xorasanda səkkizinci İmamın hüzurunda idim. İmamın məclisdə olan qardaşı Zeyd ibn Musa bir dəstəni öz ətrafında cəmetmişdi və fəxrlə onlara deyirdi ki, biz kimik və kimik!
Bu sözləri, başqa bir dəstə ilə söhbət edən İmam Rza (ə) eşitdi və qardaşı tərəfə üz döndərərək buyurdu: Cəhənnəm atəşi Fatimə (s.ə.) övladlarına onun nəcibliyi etiramına haramdır rəvayəti səni məğrur edib?! Allaha and olsun ki, bu rəvayətin dairəsi imam Həsən, İmam Hüseyn (ə) və Həzrətin (s. ə.) vasitəsiz başqa övladlarını əhatə edir. Ədalətlidir ki, (atam) Musa ibn Cəfər (ə) Allah- Taalanın əmrini yerinə yetirə, gündüzləri oruc ola və gecələri ibadətlə keçirə və sən günah edəsən, əmrə tabe olmayasan, o vaxt hər ikiniz qiyamət günündə eyni olasınız?! Belə olan halda sən Allah- Taalanın yanında ondan əzizsən! (Çünki, sən günahla bir dərəcəyə yetişmiş olursan ki, o itaətlə ona əl tapır).
(Bizim cəddimiz) İmam Səccad (ə) bu barədə buyururdu ki, seyyidlərin yaxşı əməl sahibləri başalarından fərqli olaraq ikiqat savab apararlar və onların pis əməl sahibləri də ikiqat cəzalandırılacaqlar![5]
Bu rəvayətin oxşarı başqa mənbələrdə, başqa ibarətlərlə müşahidə olunur.[6]
- Həmmad ibn Osman rəvayət edir ki, Fatimənin (s.ə.) övladlarının atəşdən nicat tapmasına aid nəbəvi rəvayəyin təfsiri barədə altıncı İmamdan (ə) sual etdim. Buyurdu ki, bu rəvayətdən məqsəd, o həzrətin (s.ə.) vasitəsiz övladları, yəni Hüseyn (ə), Zeynəb və Ummu Gülsümdür.[7]
- Bir nəfər İmam Sadiqə (ə) dedi ki, bu hədis, Fatimənin (s.ə.) övladları olan bütün seyyidlər üçün əmannamə deyilmi? İmam (ə) buyurdu: Nadansan? Həqiqətən bu rəvayətdən məqsəd təkcə Həsən və Hüseyndir ki, məsum Əhli- beytdən bir parçadırlar. Amma onlardan başqasının barəsində bunu bilmək lazımdır ki, əgər bir şəxsin pis işi və rəftarı onun məqamın aşağı gətirə, onu pərhizkarlara nisbət vermək onu ucaltmayacaq.[8]
Əlbəttə başqa rəvayətlərdə vardır ki, deyilənlərin əksini onlardan ələ gətirmək olar.[9] Amma Qurani və İslami meyarlar və üsullara diqqət etməklə baxmayaraq ki, məxsus dəstənin daha çox üstünlüklərə malik olduğunu bilmək olar, lakin onların pis işi yerinə yetirməkdə mütləq əməl azadlığı və hər cür cəzadan kamil hifz olunmaları, dini təlimlərlə müvafiq deyil. Və Zəhranın (s.ə.) vasitəsiz övladlarının nicat tapması, onlara, analarının nəcibliyinə xatir əta olunmuş bəsirətdən baş verən savabdır. Bunun arxasınca, bu alicənablar öz ixtiyarları ilə günahın dövrəsinə getməyiblər.
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 43, səh 20, Müəssisətul- vəfa, Beyrut, 1404 h.q.
[2] - Şeyx Səduq, Uyuni əxbarir- Rza (ə), cild 2, səh 63, hədis 264, Cavan nəşriyyatı, Tehran, 1378 h. q.
[3] - İbn Şərh Aşub, Mənaqibu ali əbi Talib, cild 3, səh 325, Əllamə nəşriyyatı, Qum, 1379. H.q. Meqrizi, Təqiyud- din, Əmtaul- əsma, cild 4, səh 169, Beyrut, Darul- kutubil- elmiyyə, 1420, h.q.
[4] - Salehi Şami, Subulul- huda vər- rəşad fi sirəti Xəyril- ibad, cild 11, səh 50, Darul- kutubil- elmiyyə, Beyrut, 1414 h.q.
[5] - Şeyx Səduq, Uyuni- əxbarir- Rza (ə), cild 2, səh 232, hədis 1.
[6] - Erbəli, Əli ibn İsa, Kəşful- ğümmə, cild 2, səh 310, Məktəbətu bəni Haşimi, Təbriz, 1381, h.q.
[7] - Şeyx Səduq, Məaniyul- əxbar, səh 106, hədis 3, Cameeye Müdərrisin nəşriyyatı, Qum, 1361, h. ş. (Bu kitabın əvvəlki rəvayəti də həmin mövzu ilə əlaqəli idi).
[8] - İbn Əbil- Hədid, Nəhcül- bəlağənin şərhi, cild 18, səh 252, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404, h.q.
[9] - Ravəndi, Qutbud- din, Əl- xəraic vəl- cəraih, cild 1, səh 281, İmam Məhdi (ə.c.) üəssisəsi, Qum, 1409, h. q.