Rəf hədisi, Peyğəmbərdən (s) iki hədisin ünvanıdır. Onlardan birinin mənası məxsus vəziyyətdə İslam dinində təklifin və ya mükəlləfin bəzi işlərindən təklifi və bəzi təsirlərin götürülməsi və başqa birisi isə müəyyən şəxslərə təklifin və bəzi hökmlərin inkar olunmasına aiddir.
Birinci hədis, şiənin keçmiş və müasir mötəbər mənbələrinin çoxunda, ibarətlərində az bir fərqlə və rəfin misdaqlarında say ixtilafı ilə İmam Sadiq və İmam Rza (ə) vasitəsilə Peyğəmbərdən (s) rəvayət olunub. Sənəd cəhətindən səhih ya ötəbər olduğu bilidirilib.
Hədisin ilkin mənası ona kamil şəkildə diqqət olunmaqla belədir: "Müsəlman ümmətindən doqquz şey götürülübdür:
1.Xəta,
2. Yaddan çıxarma,
3. Bilmədikləri şeylər,
4. Gücləri, qüvvələri çatmayan şeylər (مالایطیقون)
5. Naçar olaraq yerinə yetirdikləri şeylər,
6. Məcbur yerinə yetirdikləri işlər (ikrah),
7. Pis fal vurmaq,
8. Vəsvəsə üzündən yaradılış haqqında fikirləşmək,
9. Əl ya dillə icra etmədən şirkə məşğul olmaq".[i]
Bu hədis, şərh edənlərin izahından əlavə, üsul- fiqh alimlərinin açıqlaması və nəzər diqqətində olub (adətən keçmiş əhli sünnə alimlərinin əsərlərində, mocməl və mobəyyin bəhslərində), məxsusən şiənin yeni üsul alimlərinin dəqiqliyində (diqqət mərkəzində) qərar tutubdur. (təhrimi hökmün (üsuli qaydadır) şübhələrində bəraət əslinin isbatı üçün "Mola yələmun, " مالایعلمون" ibarətinə istinad etmək cəhətindən). İkinci məşhur "rəf" hədisi (رَفْعُ القلم) əhli sünnə mənbələrində neçə yol ilə İmam Əlidən (ə), həmçinin Ayişədən nəql olunan nəbəvi (Peyğəmbərə məxsus olan) hədisdir.Rəf hədisi, Peyğəmbərdən (s) iki hədisin ünvanıdır. Onlardan birinin mənası məxsus vəziyyətdə İslam dinində təklifin və ya mükəlləfin bəzi işlərindən təklifi və bəzi təsirlərin götürülməsi və başqa birisi isə müəyyən şəxslərdə təklifin və bəzi hökmlərin inkar olunmasına aiddir.
Birinci hədis, şiənin keçmiş və müasir (yeni) mötəbər mənbələrinin çoxunda, i9barətlərində az bir fərqlə və rəfin misdaqlarında say ixtilafı ilə imam Sadiq (ə) və İmam Rza (ə) vasitəsilə Peyğəmbərdən (s) rəvayət olunub. Sənəd cəhətindən səhih ya mötəbər olduğu bildirilib.
Hədisin ilkin mənası ona kamil şəkildə diqqət olunmaqla belədir:
"Müsəlman ümmətindən doqquz şey götürülübdür:
1. Xəta,
2. yaddan çıxarma,
3. Bilmədikləri şeylər,
4. Gücləri, qüvvələri çatmayan şeylər " مالایطیقون"
5. Naçar olaraq yerinə yetirdikləri şeylər,
6. Məcbur yerinə yetirdikləri işlər (ikrah),
7. Pis fal vurmaq,
8. Vəsvəsə üzündən yaradılış haqqında fikirləşmək,
9. Əl ya dillə icra etmədən şirkə məşğul olmaq".
Əlbəttə bu barədə başqa rəvayətlərdə daxil olubdur ki, bəzisində ancaq dörd şey və bəzisində isə üçü qeyd olunubdur. Əsl məna və mətləbin mahiyyəti baxımından bir- biri ilə ziddiyyətləri yoxdur, çünki, mümkündür onlarda ən mühüm xasiyyətlərə işarə olunub və bununla kifayətlənilib.
Bu hədis, şərh edənlərin izahlarından əlavə, üsul- fiqh alimlərinin açıqlaması və nəzər diqqətində olub (adətən keçmiş əhli- sünnə alimlərinin əsərlərində, mocməl və moləyyin bəhslərində), məxsusən şiənin müasir üsul alimlərinin dəqiqliyində (diqqət mərkəzində) qərar tutubdur. (Təhrimi hökmün şübhələrində bəraət əslinin isbat olunması üçün " مالایعلمون" ibarətinə istinad etmək cəhətindən).[1]
Hədis barəsində birinci nöqtə bundan ibarətdir ki, bu söz, Allah- Taalanın İslam Peyğəmbərlərinin (s) ümməti, onların yayılması və inkişafı üçün məxsus inayətini (minnətini) bəyan etmək yerindədir.
Bu hədislərdə rəf və aradan götürülmənin nə olması barədə ehtimallar vardır:
Bəzilərinin etiqadına əsasən rəvayətin zahirindən nəzərə yetişən (diqqəti cəlb edən) budur ki, gərək götürüləcək şey işlərindən sonradır ki, onu qərar vermək və aradan qaldırmaq şəriət sahibinin əli ilədir. Çübki, şəriətin sahibi olur. Buna görə də cəzalandırmanın mahiyyəti ola bilməz. Çünki, yaradılışın işlərindəndir. Nəticədə, mümkün deyil ki, şəriət sahibinin məqsədi o ola.
Mümkündür xəbər verməyi iradə etmiş ola. Bunun da hədisin zahiri ilə müxalifətçiliyi vardır. Ona bilsin cəzanın götürülməsindən mənşənin (mənbənin) götürülməsi iradə oluna ki, bu da həmin şəri qərar verilmiş hökmdür. Buna əsasən götürülmüş şey təbiətinə görə cəzanın mahiyyəti deyil, bəlkə şəri hökmdür.[2]
Əllamə Məclisi deyir: "ola bilsin məqsəd, cəzanın götürülməsi ola. Həmçinin ehtimalı vardır ki, onun əslinin bəzisi, onun təsiri yaxud təklifi hökm ola".
Üsul- fiqh alimləri bəraət fəslində bu hədis və onun hər bir cümlələri barədə bəhslər ediblər. Ən çox söz- söhbət yeri olan həmin "rəfin" mənasıdır. Çünki, əgər desək ki, bu eyni ilə müəyyən edilmiş və onların əsli bu ümmətdən götürülmüşdür, bəs gərək baxaq görək rəf və götürülməkdən məqsəd nədir? Və necə götürülübdür? Bəziləri isə "rəfin" təklifi və vəzi əsərlərin hamısına şamil olduğunu bildiriblər. Əlbəttə bəzi yerlərdə (səhvən öldürmə və səhv səcdəsi kimi) xəta və səhv barəsində hökm əvvəldən daxil olubdur və hədisin dairəsindən kənardır.
Bunu demək lazımdır ki, üsul- fiqh elmində mühüm bəhs " ما لایعلمون" cümləsi üzərindədir. Yəni istidlalın nəticəsi belə olur ki, bizə hökmü məlum olmayan hər bir şey üçün təklif yoxumuzdur və o hökmü yerinə yetirmək bizim üçün lazım deyil. Əlbəttə bu zaman qəbul olunur ki, öz vəzifəmizi tanımaqda səhlənkarlıq etməmiş olaq. Əllamə MÇəclisi deyir: Bu hədisdə olan başqa bir nöqtə budur ki, ola bilsin məqsəd bu cümlənin bəzisində məxsusən həzrəti Peyğəmbərin (s) ümməti olmasın və məqsəd onların cəminin (cümlələr toplusunun) bu ümmətə ixtisas verilməsidir. Baxmayaraq ki, onların bəzisi bu ümmət və başqa ümmətlərin arasında müştərəkdir...[3]
İkinci məşhur "rəf" hədisi " رَفْعُ القلم", Əhli- sünnə mənbələrində neçə yol ilə İmam Əlidən (ə) həmçinin Ayişədən nəql olunan nəbəvi hədisdir. Bu hədisə əsasən, ikinci xəlifə xilaf işi yerinə yetirmiş divanə (oğlunu əldən vermiş) qadın barəsində şallaq vurulması cəzasının icra olunmasına hökm verən vaxt İmam Əli (ə) onun üçün Peyğəmbərin (s) sözünü rəvayət edir ki, ona uyğun olaraq üç nəfərdən qələm (təklif, hökm) götürülübdür: Uşaq həddi buluğa (təklif yaşına) çatana kimi, divanə ağıllanana kimi və yatmış şəxs oyanana kimi.[4] Yəni bu üç dəstədən (uşaq, divanə, yatan) təklif götürülüb.
[1] - Bəraətə müraciət edin.
[2] - Müntəziri, Hüseynəli, Nihayətul- üsul, Ayətullah burucerdinin üsul dərslərinin traktatları, cild 1, və 2, səh 583- 594, Təfəkkür nəşriyyatı,Qum, birinci çap, 1415 h.q.
[3] - Müraciət edin: Bəharul- ənvar, cild 2, səh 280.
[4] - Şeyx Səduq, Əl- xisal, cild 1, səh 93- 94, Əli- Əkbər Qəffari, Qum, 1362, h. ş: Hürr Amuli, vəsailüş- şiə, cild 28, səh 24, Alul- beyt müəssisəsi, Qum, 1409, h. q; Biharul- ənvar, cild 30, səh 681.
«و روینا عن علی ع أنه قال قال رسول الله ص رفع القلم عن ثلاثة عن النائم حتى یستیقظ و عن المجنون حتى یفیق و عن الطفل حتى یحتلم»