İman, lüğətdə ibarətdir: Tərkibetmənin qarşılığında təsdiq etmə. Termində isə iman ibarətdir: Dillə etiraf etmə, qəlbi əhd- peyman və qəsd, bütün bədən üzvləri ilə əməl, amma "inam" lüğətdə, həyəcan və narahatlıqdan sonra olan aramlığa deyillər.
İman və ürəkdən olan inamın (etibar, etimadın) fərqi.
Bəzən mümkündür ki, insan, elmi və məntiqi dəlilin vasitəsinə bir şeyə yəqin tapa və bu dəlil ilə ağlı razılaşa, amma aramlıq tapmağa (azan olmaya). Amma o şeyə nisbət qəlbən inamı olsa, bu inam səbəb olar ki, aramlıq tapa və qəlbi sakitləşə.
Rəvayətlərin birində İmam Rzadan (ə) bu sual olundu ki: İbrahimin (ə) qəlbində şəkk- şübhə varıydı? İmam Rza (ə) buyurdu: Yox, bəlkə İbrahimin qəlbində yəqin varıydı və Allahdan yəqininə artıqlıq istədi.
İman, lüğətdə ibarətdir: Tərkzibetmənin (inkar etmə) qarşılığında təsdiq etmə.[1] Termində isə iman ibarətdir: Dillə etiraf etmə, qəlbi əhd- peyman və qəsd, bütün bədən üzvləri ilə əməl.[2] Amma "iman" lüğətdə, həyəcan və narahatlıqdan sonra olan aramlığa deyillər.[3]
İman və ürəkdən olan inamın fərqi.
Bəzən mümkündür ki, insan, elmi və məntiqi dəlil ilə razılaşa, amma aramlıq tapmaya. Amma o şeyə nisbət qəlbən inamı olsa, bu inam səbəb olar ki, aramlıq tapa və qəlbi sakitləşə. Belə olan halda heç bir vəsvəsə və zehni təsəvvür ona nüfuz edə bilməz. Misal ünvanında: Bizim hamımızın yəqin varımızdır ki, ölmüş insandan heç bir şey gözləmək olmaz. Buna dəlil ilə inanırıq, amma canımıza nüfuz etməyibdir. Çünki, mümkündür ki, nir nəfər məxsusən gecə ölmüş insandan qorxa. Amma bəzi şəxslərin işləri ancaq bu olduğu üçün heç vaxt bu qorxu onlarda baş verməz.[4] Buna əsasən demək olar ki, insan şühud (görmə, müşahidə etmə) mərhələsinə yetişən zaman ürəyi aram olar. İbrahimin (ə) də ölülərin dirilməsinə və besətə xalis və kamil imanı var idi və qəlbində heç bir şəkk yoxuydu, amma istədi qəlbən inama nail ola.
Rəvayətlərdən birində İmam Rzadan (ə) bu sual soruşuldu ki: İbrahimin (ə) qəlbində şəkk- şübhə varıydı?
İmam Rza (ə) buyurdu: Yox, bəlkə İbrahimin qəlbində yəqin varıydı və Allahdan yəqininə artıqlıq istədi.[5]
Rəvayətlərin bəzisi zehnlərdə olan bu təsəvvür ki, İbrahimin (ə) şəkk- şübhə varıydı və bizdə əgər şəkk etsək üzrlüyük, əgər iman və yəqinimiz olmasa da belə bizə irad tutulmaz kimi sözlərin batil olduğunu bildirir və üstündən xətt çəkir.
Bir rəvayətdə söylənibdir: Bir nəfər İmam Kazıma (ə) məktub yazdı və dedi: Mən şəkk halındayam və İbrahimdə (ə) Allaha buyurdu: Ölülərin necə dirilməsi tərzini mənə göstər. Mən də istəyirəm ki, mənə bir şey göstərəsiz.
İmam (ə) onun cavabında yazdı: Həqiqətən İbrahim (ə) mğmion idi və ancaq imanının artmasını istəyirdi, amma sən şəkk halındasan və şəkk edən insanda heç bir xeyir yoxdur.[6]
Bunlara əsasən gərək, dinin əsillərinə insanın etiqadı, imanı və yəqini ola. İman və yəqini ələ gətirmək üçün dəlil ilə sabit olunmuş yollar vardır ki, bu yollarla birgə heç vaxt insanda şəkk qalmaz. Təlqin olunan şübhələri aradan qaldırmaq üçün din alimlərinə müraciət etmək olar.
Quran ayələrində bir az dərindən fikirləşmə ilə bu həqiqəti başa düşmək olar ki, ruhi və rəvani nigaranlıqları aradan aparmaq, həkim və ədalətli Allaha imanın gücləndirilməsi və qiyamət günü, behişt və cəhənnəmə iman gətirməklə mümkündür. Həmçinin namaz kimi ibadət sayılan əməllər də insanın bu mərhələyə yetişməsi üçün nəzərdə tutulubdur. Mömin, nə qədər ki, Allahın lütf və himayətini hiss edə, qorxu, həyəcan və qəm- qüssə heç vaxt onun ürəyində yer tapmaz:
«و لا تهنوا و لا تحزنوا و انتم الاعلون ان كنتم مؤمنین»[7]
Süst, qəmgin olmayın, əgər imanınız ola siz üstünsüz.
Allah- Taala bu ayələrdə buyurur: Əgər Allahla olasız, yerin və göyün qüvvəsinin hamısı sizin ixtiyarınızdadır. Allah ehtiyac və çətinliklərinizi bilir. İtaət, çalışma və bəndəliyinizdən xəbərdardır. Bu İlahi müjdələrə iman gətirməklə mümkün deyil aramlıq insanın vücuduna (varlığına) hakim olmaya. Qəti olaraq bu dərk və xasiyyətlə, ruha həyəcan gətirən və nigaran edici işlər insanın canı və qəlbindən çəkilər.
[1] - İbn Mənzur, Məhəmməd ibn Mukrim, Lisanul- ərəb, cild 13, səh 21Ş, Dare Sadir nəşriyyatı, Beyrut, üçüncü çap, 1414 hicri qəməri
«الإِيمان: بمعنى التصديق، ضدُّه التكذيب»
[2] - Kuleyni, Kafi, cild 2, səh 27, hədis 1, Darul- kotobil- İslamiyyə, Tehran, 1365 h. ş. İmam Sadiq (ə) buyurub: " الْإِيمَانُ هُوَ الْإِقْرَارُ بِاللِّسَانِ وَ عَقْدٌ فِي الْقَلْبِ وَ عَمَلٌ بِالْأَرْكَانِ" İmanın mənası və onun elm və İslamla olan fərqindən daha çox agah olmaq "İman və İslamın şərtləri, 17125 (sayt: az16843" və "Elm və imanın fərqi, 5383 (sayt: 5651" göstəricilərinə müraciət edin.
[3] - Rağib İsfəhani, Hüseyn ibn Məhəmməd, Mofrədate əffaze Quran, tərcümə və təhqiq, Xosrəvi, Qulamrza, Mortəzəvi nəşriyyatı, Tehran, ikinci çap, 1375 hicri şəmsi.
[4] - Şirazi, Nasir Məkarim, Nümunə təfsiri, cild 2, səh 304, Darul- kotobil- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri . şəmsi.
[5] - Ərusi Huveyzi, əbd Əli ibn Cümə, Nurus- səqəleyn, cild 1, səh 330, Ət- tarixul- ərəbi müəssisəsinin nəşriyyatı, Beyrut, birinci çap, 1412 hicri qəməri.
[6] - Həmin, cild 1, səh 336.
[7] - Ali- imran surəsi, ayə 139.