Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə meyl edirlər. Əgər bu istiqamət davamlı olsa, və təkrar xatırlama və çoxlu məşq bir tərəfdən və dünya və axirətdə mənəviyyata meyilliliyin faydaları və din sahəsində daha çox məlumat və haqq elimləri əldə etmək digər tərəfdən, bunlarla yanaşı olsa və o dərəcəyə çata ki, o şəxs digərlərinin sürüşdüyü, şəhvət, pul və vəzifəyə yetişmək kimi sürüşməli yerlərdə, sürüşməsə və o cür yerlərdə də öz nəfsini saxlamağı bacarsa və heç cürə vacibləri və mənəvi məclisləri tərk etməyə hazır olmasa, onun bu duyğulu və həssas meyli, həqiqi meylə çevirilər, hansı ki, mənəvi işlərin can və qəlbdə kök atmasını göstərir. Əgər belə olmasa yeni yaranan fikirlər dalınca olacaq və digər bir irad və təfəkkürün nəticəsində, əldən çıxacaq və davamlı olmayacaq. İlahinin imtahanlarının çoxunun fəlsəfəsi də budur ki, şəxsin özünə də aşkar olsun ki, onun islamı aşkar etməsi və imanı binövrəsiz və hissiyyat üzündəndir və ya həqiqi, sabit və binövrəlidir ki, heç cürə, baxmayaraq ki, işgəncələrə dözməklə olsun. əldən verən deyil
İnsanlar işlərini aradə və seçim əsasında yerinə yetirən, ixtiyarlı bir varlıqdır. Onun bu seçiminin forması, onun daxilində gizlənən iki şeyə yəni əqidə və məsləklərə bağlıdır. Bu əqidə və məsləklərin özü də iki dəstədirlər: Fitri, kəsb olmayan və qeyri ixtiyari əqidə və məsləklər. İxtiyari və kəsb olunan əqidə və məsləklər. Birinci qism fitrətən hər bir insanın zatında qoyulub və üzə çıxıb, aşkarlanmaq üçün diqqət və tərbiyəyə ehtiyaclıdırlar. Amma ikinci qism, insanların özlırinin seçimi ilə əldə olunur və ya mühitdən və tərbiyə və irsin vasitəsilə insana keçirlər. Fitri meyillər, insanın həqiqəti axtarması və onunla maraqlanması meyli, insanın yaxşılıqlara və yaxşılara olan meyli, ən üstün varlığa insanın meyli və fitri tanımaqlıqlar. Kimi, hansılar ki, hüsn və qübhi əqli (ağılın yaxşı ilə pisi bir- birindən ayıra bilməsi) kimi açıqlanırlar. Məsələn: Ədalət, doğruluq və əhd- peymana vəfa etməməyin pisliyini tanımaq. Bu fitri əqidə və meyillər, bəşərin kəsb olunan əqidə və meyillərini və onun digər fəaliyyətlərini kəsb etməyə yönəldən əsil mühərrikləridir. Amma əgər həqiqəti müəyyən etməklə və yaxşılıq, kamillik və gözəlliyin misdaqını müəyyən etməkdə səhvə yol versə, həqiqi xoşbəxtçiliyini təmin edə bilərlər. Peyğəmbərlər ona doğrunu müəyyən etmək gücünü bağışlayıb və dünya və axirət xöşbəxtçiliyinə yetişmək üçün, ona doğrunu seçib və ona meyl etməsinə kömək edib və onu hidayət etmək üçün gəliblər. Məxsusən insanların çoxunda onların meyl və hissiyyatı, onların ağıl və düşüncələrinə hakimdir.
Mənəviyyata meyl də (insanın ixtiyari bir işi olaraq) bu qaydadan xaric deyil. Yəni onun mənşəyinin axtarış, düşüncə və fikir və ya duyğu və həssaslığın coşması ola bilər. Birinci halda, o meyl, filosofcasına və ya mütəkəllimcəsinə (kəlam alimi)- dir. İkinci halda isə, avamcasına və elmi terminlə da"həssas və duyğulu mənəviyyata meyilik"- dir. Amma üçüncü hal təsəvvür ola bilər. O da budur ki, bunların ikisi birlikdə olsunlar. Ürək və ağılın mərkəzi birləşsinlər, nəinki dalğın olsunlar. Bu bilik, din, iman və mənəviyyətə meyilli olmağa səbəb olmalıdır ki, bu meyil arifanə[1] meyildir. Həmin mənəviyyətə olan həqiqi meyil və elmi terminlə "həqiqi mənəviyətə meyillik"- dir.
Yalnız "elmin" mühərrik olduğu birinci halda, ilahi hökümləri, hikmət fəlsəfəsini əqli bəyan etməkdən acizliklə (hökmün təkvin və xilqətdə və ya təşridə olmasından asılı olmayaraq) və həmçinin heyvani şəhvət və nəfsin istəkləri qalib gəldikdə, elimdən əl çəkir və ona davamlı olmayacaq. Lazım olan zaman öz elmini gizlədər, hətta haqqı da gizlədər. Firon kimi ki, Quran onun barəsində buyurur: "Elə ki bizim açıq ayələrimizi gördü, dedi: Bu aşkar bir sehirdir (və Allahın möcüzəsi deyil) və (təkəbbürcəsinə) bizim ayələrimizi zülüm və təkəbbür üzündən inkar etdi, bir halda ki, onlara yəqini var idi".[2]
Ikinci dəstə, dəyərsiz bir şey kimi suyun üstündə qalıb, cəmiyyət və mühitin axarı ilə hərəkət edirlər və onun burulğanında burulurlar və onun dəyişikliyilə batırlar. Onlar üçün hüç bir qədəm və qəlbin sabitliyi zəmanət verilmir. O şəxs kimi ki, İmam Hüseyn (ə)- ın əza məclisində iştirak etməklə (hər hansı bir səbəblə) ağlayır və duyğu və həssaslığının cöşmasıyla (vilayətə eşq və məhəbbət üzündən deyil) yaz yağışı kimi, göz yaşı tökür. Bu şəxsin bir müddət sonra, hər kəsin özünü hər cür ləzzətə alüdə etdiyi məclisə gəlib, özünü camaatla həmrəng edib və alüdə etməsi mümkündür.
Hökümət və xilafətə yetişmək üçün iman və islam gətirən şəxs, və ya qənimət və əsir (qul və kəniz) əldə etmək üçün, müharibədə iştirak edən şəxs, elə ki, öz məqsədinə çatdı, onun din və dindarlığı yox olur və asanlıqla dinə əməl etməyə və Allah yolunda infaq etməyə hazır deyil.[3] Vəzifəsinin qorunması və məqsədlərinə çatmaq üçün, qanunsuz hər vəsilə və yola əl atar və bunun üçün heç bir hədd tanımaz. Deməli ikinci qurupun iman və mənəviyyatda sabit qalması, bir tərəfdən onların dünyəvi mənfəətlərini təmin etməyə və başqa tərəfdən onların zərər görməsinə, digər tərəfdən isə cəmiyyətin vəziyyətinin sabit qalmasına tabedir. əgər belə olmasa asanlıqla öz dinlərindən əl çəkirlər.
Başqa sözlə, camaat axirətə, mənəviyyətə və ibadətə meyl etmək cəhətdən, üç dəstədirlər: a). Bir dəstə Allahın onları dünyəvi zərərlərə vədə verib və Peyğəmbərlər vasitəsilə əzablardan qorxutduğu cəhənnəm qorxusundan Allaha ibadət edir və ona tabedirlər. Allahın qəzəbinə, məada və Peyğəmbərlərin və imamların məsumluğuna iman gətirmək, onun təzminatıdır. Onların imanları tanımaq və ya mərifət və ya sədaqətli bəndəçilik üzündəndir, kor- koranə təqlid üzündən deyil. Hansı ki, İmam Əli (ə)- ın sözü ilə onların ibadət və bəndəçiliyi "qulun bəndəçiliyi kimidir". Yəni cəhənnəm əzabını özlərindən uzaqlaşdırmaq üçün tabedirlər.
A. Digər bir dəstə behiştə yetişmək və Allahın dünya və axirətdə verdiyi vədələrə əl tapmaq üçün, mənəviyyat və dinə meyl edirlər. Onun zəmanət edəni, qeybə iman və sədaqətli bəsirətdir; kor- loranə təqlid deyil. Bu dəstənin də bəndəçiliyi, öz mənfəətlərinə görədir. İmam (ə)- ın sözü ilə onların ibadəti "tacirlərin işi kimidir". Allahın vədələrinə əsasən mükafat əldə etmək üçün öş görür və çalışırlar.
B. Üçüncü dəstə dərin düşünmə, fikirləşmə, açıqgözlülük və həqiqi məşuqu tapmaq və nemət verənin çükrünü etməklə, bəndəçiliyə üz tutub və onun əmr- istəklərinə boyun qoyurlar. O uca imam (ə)- ın sözü ilə özlərinin dünyəvi və axirət mənfəətlərindən və canlarından azad olanlar və "Mən" və "Mənəmlik"- dən xilas olub və Allaha qovuşsunlar. Bunlardırlar. Ariflərin sözü ilə "Allahda fani" olublar. Ozlərini və öz zərər və faydalarını görmürlər ta, zərəri aradan qaldırmaq ya mənffəti əldə etmək üçün, itaət və mənəviyyata üz tutsunlar. İslam və Quran maarifində hər üç dəstə (uzununa və eninə görə olan dərəcə və rütbələrinin fərqli olmasıyla) həqiqi mənəviyata meyillilikdən sayılırlar. Bu o vaxtdır ki, aşağıdakı əlamətlər onlarda aşkar olsun və imtahanlardan keçsinlər. Amma bu üç dəstənin bir dərəcədə olmadığı aydındır. Üçüncü dəstənin məqamı o biri iki dəstə ilə müqayisə oluna bilməz.[4]
Həqiqi mənəviyyata meyillilər üçün Quranı kərimdə bir neçə əlamət qeyd olunub. Onlar bunlardır:
1. Günahı tərk etmək və davamlı olaraq vacibləri yerinə yetirmək.[5]
2. İman və onun saleh əməllə birgə olması.[6]
3. Əqidələrin düzələşi, nalayiq və yersiz işlərin Allaha nisbət verilməməsi. Məsələn: Övladın olması, Allahın qəbahətli iş görməsi və mələklərin Allahın qızları olmaları ya onun şərikləri sayılmaları[7]
4. Allahı yad etmək, Quran ayələri oxumaq və mənəvi məclislərdə iştirak etmək, onun üçün ləzzətli və günah və günahkarı görmək, onun qəmlənməsinə ə əziyyətinə səbəbdir.[8]
5. Dünyəvi çətinliklər və müsibətlər onu sındırmaz və küfrə tərəf çəkməz, əksinə Allaha ümid və təvəkkül etməklə onlara dözər və çətinlikləri həll etməyin fikrində olar, və Allahı yad etməklə aramlaşar.[9]
6. Öz işində heç bir iş görəni Allahdan müstəqil bilməz və iş görənlərin hamısını (istər təbii ya insani) Allahın işçiləri və Allaha bağlı və ondan asılı bilər.[10]
7. Günaha şərait yaranan vaxtlarda məsələn: vəsifə və mala dövlətə yetişmək və şəhvət üçün meydanın hazır olması, nəfsini saxlaya biləndir. Böyük cihad etməklə, üsyankar nəfsin başını kəsib və istəkləri cilovlayar.[11]
8. Allah yolunda canını, aöladını və malını əldən verməyə əfsuslanmaq və dünya və onda olanları ələ gətirmək, onun bəndəlik sirasından çıxmasına səbəb olmaz.[12]
9. Mübahisə əhli deyil və Allahın, Peyğəmbər (s)- in və imamın (ə) hökmünə tam razılıqla boyun qoyar və onun təbiət və istəyilə uyğun olmayan işdən ürəyində də narahat olmaz.[13]
10. İlahi köməkləri və rəhmani ilhamları müəyyən etmək və anlamaq və pak həyata yetişmək.[14]
Müvəqqəti və həssas mənəviyyata meyilliliyi, həqiqi mənəviyyata meyillilikdən fərqləndirmək və onu davamlı etmək və qorumağın, çoxlu səbr və dözümə və möhkəm iradəyə ehtiyacı var. məxsusən bu zamanda ki, dünyəvi və ictimai səbəblərin hamısı, insanı din və mənəviyyatdan ayırıb, istemarşı dünyanı talayanların qulu etmək üçün əl- ələ veriblər.
Amma diqqət etmək lazımdır ki, insan yeganə varlıqdır ki, çayın axarının əksinə hərəkət etməyi bacarmasından əlavə, hətta cəmiyətin ya dünyanın hərəkət yolunu dəyişməyə qadirdir. Ən azı ən çox şərayitdə də özünü qoruyub- saxlamağa qadirdi. İş nə qədər daha çətin olsa, onun qiyməti və mükafatı da daha çox olacaq. Hər halda, hər bir insan özünü digərindən daha yaxşı tanıyır və özünün baxış, meyl və qəlbindən, hər şəxsdəndaha çox agahdır. Baxmayaraq ki, hesablama zamanı göz yumub və özünün pisliklərini görməsin və ya günahı digərinin boynuna atsın. Yaxud ürəyində olanın əksini zahirdə aşkarlasın. Deməli öz canına daha çox yanmalı və pak əhli beytə yapışıb və təvəssül etməklə, fəzilətli əxlaq, saleh əməllər və haqq maarifi əldə etmək yolu ilə, özünü təhlükələrdən xilas etmək və əbədi xoşbəxtliyə yetişmək üçün, möhkəm iradə ilə onu qoruyub və davamlı etməlidir.
Mənbələr:
1. Cavadi Amili, Əbdüllah, İmam Əli (ə)- ın arifanə həyatı, səh 15 və 33. İsra, birinci çap, 1380, Qum.
2. Cavadi Amili, Əbdüllah, Quranda əxlaqın mərhələləri, səh 22 və 249, İsra, üçüncü çap. 1379, Qum.
3. Cavadi Amili, Əbdülah, Quranda mərifət tanımaqlıq, səh 277 və 315, İsra, ikinci çap, 1379, Qum.
4. Cavadi Amili, Əbdüllah, Quranda insanın batini və zahiri, səh 153 və 255, İsra, birinci çap, 1379, Qum.
5. Cavadi Amili, Əbdüllah, Quranda fitrət, səh 227 və 249, İsra, ikinci çap, 1379, Qum.
6. Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi, cild 1- 3, səh 421 və 442, Haqq yolu müəssisəsi, ikinci çap, 1368, Qum.
7. Misbah Yəzdi, Məhəmməd Təqi, Quranda əxlaq, cild 1, səh 110 və 174, Azad islami unveristet, İmam Xumeyni (rh) təlim və araşdırma müəssisəsi, Tehran.
8. Misbah Yəzdi, Məhəmməd Təqi, özünü düzəltmək üçün özünü tanıma, İmam Xumeyni (rh) təlim və araşdırma müəssisəsi, birinci çap, 1377, Qum.
[1] - Xatırlatma: Bir dəstənin sufilik və irfan iddia etməsi və mənəviyata heç bir meyli olmaması və vilayət və təriqəti nümayiş etdirməklə, dünyəvi yaxşı tərəfdarlarının olması mümkündür.
[2] - Nəml, ayə 13- 14, Casiyə, ayə 17, Əraf, ayə 175- 176
[3] - Tövbə, ayə 87- 98- 119- 121, Əhzab, ayə 16- 20
[4] - Cavadi Amili, Əbdüllah, İmam Əli (ə)- in arifanə həyatı, səh 15 və 33, Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi, cild 3, səh 421 və 442
[5] - Ənam, ayə 82
[6] - Loğman, ayə 13
[7] - Loğman, ayə 13
[8] - Ənfal, ayə 2, Zümər, ayə 33, Möminun, ayə 60
[9] - Rəd, ayə 28
[10] - Yusif, ayə 106
[11] - İbrahim, ayə 27, Qafir, ayə 51, Bəqərə, ayə 250
[12] - Hədid, ayə 23
[13] - Nisa, 65, Əhzab, ayə 36
[14] - Ənkəbut, ayə 69