Biz bu barədə ayə və rəvayətlə rastlaşmadıq. Əlbəttə, bəzi rəvayətlərdə deyilir ki, “hər kəs 40 gün müddətində bütün işlərini ixlasla (xalis niyyətlə) və sırf şəkildə Allahın razılığı üçün yerinə yetirsə, hikmət çeşmələri qəlbində qərarlaşar və(sonra) dilində cari olar.”
Bir neçə məsələyə də işarə etmək olar:
1. İnsan bu dünyada olduğu vaxta qədər şeytanın vəsvəsə və zərbələrindən heç vaxt amanda deyildir. Buna görə də heç vaxt özünü günahdan toxunulmaz təsəvvür edə bilməz.
2. Heç vaxt Allahın rəhmətindən məyus olmamalıdır, günahı nə qədər təkrar etsə də, yenə də bilməlidir ki, tövbə qapısı onun üzünə açıqdır və həmişə Allahın rəhmətinə ümidvar olmalıdır.
Cavabın aydın olması üçün bir neçə məsələni qeyd edirik:
1. Bu sualın xüsusunda hər hansı bir ayə və rəvayətlə qarşılaşmadıq. Əlbəttə, “qırx” rəqəminin təsirləri ilə əlaqədar rəvayətlərdə çoxlu mətləb qeyd olunmuşdur ki, onların sual ilə əlaqəli olmasına ehtimal verilən bəzilərinə işarə edirik:
a) “Qırx gün müddətində Allaha imanını xalis edən – yaxud “Allah zikri gözəlləşdirən” deyə buyurdu – elə bir bəndə yoxdur ki, Allah-taala onu dünyaya qarşı rəğbətsiz etməsin, dünyanın dərd və dərmanlarını ona aşkar etməsin və hikmətlərini onun qəlbində möhkəmlədib dilində cari etməmiş olsun.”[1]
b) “Hər kəs qırx gün ərzində halal ruzi yeyərsə qəlbi nurani olar.”[2]
v) Adəm (əleyhis-salam) behiştdən yerə endirildikdən sonra, Davud (əleyhis-salam) da tərki-övla etdikdən sonra qırx gecə-gündüz Allah dərgahında tövbə və yalvarış etmişdilər.[3]
Bir çox hallarda da “qırx” ədədinin kamalda, əxlaqda, eləcə də əməllərin pis təsirlərinin aradan getməsində təsirli olduğu göstərilir.
2. Şübhəsiz, bir əməlin uzun müddət təkrar olunması insan ruhuna nüfuz etməsinə səbəb olduğu kimi, əxlaq alimlərindən dediyinə əsasən, insani səciyyələrin və əxlaqi gözəlliklərin də sabitləşməsinə səbəb olur, pis əməllərin uzun müddət ərzində tərk olunması o əməlin nəfsani köklərini insan ruhundan aradan apara, insanın o günahdan ləzzət almasını unutdura bilər. Nəticədə yenidən o günaha doğru qayıtması rahatlıqla baş verə bilməz.
3. İnsan bu dünyada olduğu vaxta qədər şeytanın vəsvəsələrindən, vurduğu xəsarət və zərbələrdən amanda deyildir.[4]
Quranda buyurulur: “İnsanın nəfsi çirkinliklərə çox-çox əmr edəndəndir, yalnız o kəslər istisnadır ki, ilahi rəhmət onun halına şamil olsun.”[5] Buna görə də imamlar (əleyhimus-salam) Allah-taalanın müqəddəs dərgahında dua edərək deyirdilər: “Pərvərdigara! Məni bir an belə özümə həvalə etmə, öz başıma buraxma!”[6]
Deməli, insan heç vaxt özünü günahdan toxunulmaz təsəvvür edə bilməz.
4. Heç vaxt Allahın rəhmətindən məyus olmamalıyıq.
Buna görə də günah nə qədər təkrar olunsa da, insan bilməlidir ki, tövbə qapısı onun üzünə açıqdır və həmişə Allahına rəhmətinə ümidvar olmalıdır.[7]
عَنْ أَبِی جَعْفَرٍ (ع) قَالَ مَا أَخْلَصَ الْعَبْدُ الْإِیمَانَ بِاللَّهِ عَزَّ وَ جَلَّ أَرْبَعِینَ یَوْماً أَوْ قَالَ مَا أَجْمَلَ عَبْدٌ ذِکْرَ اللَّهِ عَزَّ وَ جَلَّ أَرْبَعِینَ یَوْماً إِلَّا زَهَّدَهُ اللَّهُ عَزَّ وَ جَلَّ فِی الدُّنْیَا وَ بَصَّرَهُ دَاءَهَا وَ دَوَاءَهَا فَأَثْبَتَ الْحِکْمَةَ فِی قَلْبِهِ وَ أَنْطَقَ بِهَا لِسَانَه
“Kafi”, 2-ci cild, səh. 16
[2] “Kimyayi səadət”, 1-ci cild, səh. 367
[3] “Biharul-ənvar”, 5-ci cild, səh. 43
[4] Qazi Qəzai, “Şəhabul-əxbar”, hədis 709
[5] وَ ما أُبَرِّئُ نَفْسی إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ ما رَحِمَ رَبِّی إِنَّ رَبِّی غَفُورٌ رَحیم
“Yusif” surəsi, ayə: 53
[6] “Kafi”, 2-ci cild, səh. 524
[7] “Yüsif” surəsi, ayə: 87