Yer kürəsindən xaricdə dünyadan gedən şəxs barəsində verilən sualın cavabında diqqət yetirmək lazımdır ki, məhşər səhnəsi (yeri) bizim Yer kürəsindən təsəvvür etdiyimizdən əsaslı və köklü fərqlərə malikdir. Qiyamətin əvvəlində Yer kürəsi hazırkı şəklindən tam başqa formaya düşəcək, onda və bütün varlıq aləmində böyük, əsaslı dəyişikliklər baş verəcəkdir. Nəticədə məhşər səhrasının yeri daha yüksək həyata, istedadlara və behişt həyatına malik olacaqdır.
Hər şeydən öncə xatırladırıq ki, qəbir aləmi və qəbirdən dirildilmə məsələləri maddi qəbirdən çox yüksəkdə olan bir məsələdir və rəvayətlərə əsasən “qəbir aləmi” dedikdə çox geniş miqyasda olan “bərzəx aləmi” nəzərdə tutulur.
Yer kürəsindən xaricdə dünyadan gedən şəxs barəsində verilən sualda da diqqət yetirmək lazımdır ki, məhşərin yeri bizim Yer kürəsi barəsindəki təsəvvürümüzdən əsaslı fərqlərə malikdir. Qiyamət başlananda Yer hazırkı vəziyyətindən tam başqa bir formaya düşəcək, bütün varlıq aləmində əsaslı dəyişikliklər baş verəcəkdir. Belə ki, məhşərin baş verdiyi yer daha yüksək həyatla mütənasibdir, onda behişt həyatı, əbədilik istedadı və sair olacaqdır.
Varlıq aləmindəki elmlərə, daha böyük və külli nəzərlərə əsasən, əgər bütün maddi aləmi, özündə mövcud olan bütün cisimlərlə birlikdə “ümumi mənada olan yer” hesab etsək, səma cisimləri arasındakı fəzanı birinci asiman və sonrakı altı asimanı da qeyri-maddi asimanlar kimi nəzərdə tutsaq, bu halda “qəbirdən dirildilmək” məsələsi “Yer kürəsindəki mövcud qəbirlərdən dirildilmək”də həsr olunmayacaq, torpaqdan olan hər bir kürə – istər Yer, istərsə də sair səma cisimləri bu ümumi mənaya daxil olacaqdır. Bildiyimiz kimi, böyük qiyamət və məad ilə əlaqədar hadisələr və dəyişikliklər də bütün varlıq aləmindəki hadisədən ibarətdir.
Quran xitablarında “yer” (“ərz”) kəlməsindən zehnə gələn şey üzərində yaşadığımız həmin Yer kürəsi olsa da, bu, onun əksəriyyət təşkil edən mənasına görədir. Yəni onun (1400 il bundan qabaqkı) dinləyiciləri kosmik inkişaflar ilə sair səma cisimlərində də həyatın davam etməsinin mümkünlüyünü əsla təsəvvür edə bilməzdilər. Bununla belə, bir çox terminlərdə “ərz” (yer) kəlməsi behişt yeri, bərzəx yeri və s. kimi mənalarda işlədilmişdir və hamısı göstərir ki, “ərz” kəlməsi məna baxımından yalnız Yer kürəsinə məxsus deyil, hər bir məqamdakı vücud maddəsi və döşəmə (yataq) mənasına işlədilmişdir.
Bu nəzəriyyəyə görə insanların həşri ilə əlaqədar nazil olan ayələr torpaqdan ibarət olan bütün kürələrə şamildir və bütün insanları əhatə edir. Hətta Aydakı maddə də qiyamət günü yerin bir hissəsi hesab edilə bilər.
Sonda qeyd edirik ki, bu suala müxtəlif nəzəriyyələr cəhətindən, o cümlədən nəqli, kəlami və s. verilən cavablara müraciət etmək olar. Biz burada bu bəhsi külli bir nəzəriyyə ilə araşdırdıq ki, kainata nəzər və onun Quran mətləbləri ilə müqayisəsindən əldə olunan bir çox digər şübhələrə də cavab verə bilək.
Əlavə məlumat üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:
“Məhşərin yeri”, sual 14990
“Cismani məad və dağılmış hissələrin qayıda bilməməsi şübhəsi” 14414 (sayt 14773)
“Fələklər və asimanlar”, sual 8269 (sayt 9151)