İslam maarifi və fiqhi İsalmın əvvəllərində baş verənlərdən, Peyğəmbərin (s) canişinlik və xilafət məsələsindən sonra iki dəstəyə bölündülər. O fiqh ki, Peyğəmbərdən (s) sonra Əhli- Beyitdən (ə) götürülmüşdür və o fiqh ki, Peyğəmbərdən (s) sonra səhabə və tabeindən götürüldü, əhli sünnəd adını aldı.
İslamın genişlənməsi və fəthlər nəticəsində yeni məsələlər meydana çıxdıqda fiqh özünün ən yüksək işlək zirvəsinə çatdı. Yəni, ikinci əsrin əvvəllərindən dördüncü əsrin əvvəllərinə qədər ki, əhli- sünnət fiqhi özünün ən yüksək zirvəsinə çatdı, dördlü fiqhi məzhəb yarandı. Mütləq ictihad (fiqhin bütün fəsillərində ictihad etmək) 665- ci qəməri ilinə qədər əhli- sünnət arasında geniş yayılmışdı. Lakin bəzi səbəblərdən digər əhli snnət fiqhi məzhəbləri buna diqqət etmədilər və dörd məzhəbdən digərləri öz rəsmiyyətlərini itirdilər və bütün rəsmi təyinlər, məsələn, qəzavət, cmə və ifta imaməti elə şəxslərin əlinə keçdi ki, bu məışhur məzhəbin ardıcıllarından olmalı idilər. Son zamanlarda əhli- sünnət arasında mütləq ictihadın açılması barəsində səslər eşidilir. Onlar bir məzhəb ictihadından sonra dördlü məzhəblər arası ictihada üz tutdular və bugünki bəşəriyyətin həyatının dəyişilməsi nəticəsində, mütləq ictihadı tələb etdilər.
Əhkamın bəyanı peyğəmbərin (s) zamanında başlamış və onun həyatı boyu davam etmişdir. Şiə baxımından Peyğəmbərin (s) sünnət və tərzinin izahı, əhkam, fiqhi və qeyri- fiqhi məsələlərin bəyan edilməsi onun əhli- beytinin öhtəsində idi. Amma əhli- sünnətə görə insanların dini hidayəti Peyğəmbərin səhabələrinin öhtəsində idi. Əhkamın bəyanı, fiqhi məsələlər və Rəsuli Əhrəmin (s) sünnətində anlayışlar hicrətin 40- cı ilinə qədər səhabənin öhdəsində olmuşdur. [1] Əlbəttə bu ildə sonra da bəzi səhabələr həyatda idi. Lakin fəqihlərin əksəriyyəti səhabə deyildilər. Bundan sonra bu iş tabeinlərin öhdəsində idi ki, birinci əsrin sonuna və ikinci əsrin əvvəllərinə qədər davam etmişdir. [2]
Əhli- sünnət fiqhi məzhəblərinin yaranma əsri
Əhli- sünnətin fiqhi Əhli- beytin (ə) İmamət və rəhbərliyini qəbul etməməsi məsələsindən sonra Əhli- beytin (ə) yolundan kənara çıxdı. Onlar fiqhi məsələlərdə səhabələrə və onlardan sonra tabeinə müraciət etdilər.
İslamın genişlənməsi və fəthlər nəticəsində yeni məsələlər meydana çıxdıqda fiqh özünün ən yüksək işlək zirvəsinə çatdı. Yəni, ikinci əsrin əvvəllərindən dördüncü əsrin əvvəllərinə qədər ki, əhli- sünnət fiqhi özünün ən yüksək zirvəsinə çatdı, dördlü fiqhi məzhəb yarandı.
Əhli- sünnətin daxilində çoxlu fiqhi məzhəbin şəkillənməsi, fiqhi məsələlərin çoxluğu, müsəlmanların və İslam cəmiyyətinin və təzə müsəlman olanların İslam əhkamına olan təbii ehtiyaclarının nəticəsində baş vermişdir. Əlbəttə bu məzhəblərin yaranmasının səbəblərindən biri də Əhli- beyt (ə) fiqhini məhv etmək üçün siyasi hiylələr olmasını yaddan çıxartmaq olmaz. Çünki o zamanki hökumətlərin Əhli- beyt fiqhini vəı hakimiyyətini kənarlaşdırmaq üçün bəzi fəqihlər vasitəsilə ixtilaflar yaratdılar.
Diqqət etmək lazımdır ki, ibtida fiqhi məzhəb bu dörd məzhəbdən ibarət deyildi. Bir çox Əhli- sünnət alimləri mədrəsə və fikir sahibi idilər və onların hər biri coğrafi mövqelərindən asılı olaraq tərəfdarlar tapdılar. Bunlara Həsən Bəsrinin məzhəbini (21- 511), Əvzainin (88- 157) məzhəbini, Davud bin Əli İsfəhaninin (202- 270) məzhəbini və ən çox məşhur olan Muhəmməd bin Cərir Təbərinin (224- 310) məzhəbini misal göstərmək olar.[3]
Amma bəzi məsələlərə görə nəticədə bu məzhəblər dörd məzhəbə şamil oldular.
Əhli- sünnətin fiqhi məzhəblərinin dörd məzhəbədə birləşməsinin səbəbi
Əhli- sünnətin məzhəblərinin içərisində bir çox ixtilaflara görə bir növ ümumi insanların qəbul etməsi üçün bu məzhəbləri məhdudlaşdırmaq zərurəti doğmuşdu. Əlbəttə hökumətin dörd məzhəbdə birləşmə üçün rolounu nəzərdən qaçırmaq olmaz. İnsanlar məzhəbləri müəyyən sayda məhdudlaşdırmağa qabil deyildilər. Bu dövlət idi ki, bu birləşməni təyin edirdi. Bəzən də bir məzhəbi digərinə tərcih edirdi. Bəzən də əgər bir məzhəbin ardıcılları fətva və qəzavət məqamına çatdıqları zaman, istədikləri məzhəbi inkişaf etdirir və ona ümumiyyət qazandırmaq üçün çalışırdılar. Misal üçün, Hənəfi məzhəbi ardıcıllarının qüdrət və imkanlarına görə əhli- sünnət içərisində daha çox yayıldı. Abbasilər dövlətinin qazisi Əbu Yusif bu məzhəbi yaydı. Əməli surətdə bu məzhəbə aid olan şəxslər qazilik vəzifəsinə təyin olunurdular.[4]
Əhli- sünnətin İmamları tərtiblə aşağıdakı kimidir:
1. Əbu Hənifə, Nouman bin Sabit (150 h.q)
2. Malik bin Ənəs (179 h.q)
3. Şafei, Muhəmməd bin İdris (204 h.q)
4. Əhməd bin Hənbəl (240 h.q)
Əhli- sünnət içərisində ictihad bəhsinin bağlanmasının səbəb və necəliyi
İctihad, İslamın həyatının mayası və qanunlarının axtarıcısıdır. On dörd əsrdir ki, ictihad vasitəsi ilə İslam cəmiyyəti qeyri- islami qanunlara ehtiyacsız olmuşdur. Mütləq ictihad hicri qəməri ili ilə 665- ci ilə qədər əhli- sünnət fiqhində geniş yayılmışdı. Lakin bəzi səbəblərdən digər məzhəblər aradan getdi və dörd məzhəbdən savayı bütün məzhəblər rəsmiyyətdən düşdülər. Bütün rəsmi vəzifələrə, qəzavət, cümə və fətva imamlığı bu dörd məzhəbin ardıcılları təyin olundular.[5]
Amma Əhli- sünnətin mütləq ictihatdan üz döndərməklərinin səbəbini aşağıdakı kimi xülasələşdirmək olar:[6]
1. Məzhəbi təəssüb:
Hər bir məzhəbin şagirdləri öz məzhəblərinin başçılarının fikir və əsərlərinə təəssübkeşlik etdilər və onunla hər cür müxalifəti caiz hesab etmirdilər. Şiə alimlərindən biri bu barədə belə deyir: “Əhli- sünnətdə mütləq ictihad fəslinin bağlanmasının səbəblərindən biri şiənin fiqhinin gözəlləşməsinin qarşısını almağa yaxın idi, bu elmi şəxsiyyətin böyük və əzəmətli hesab olunması idi. Bu amil dördlü əhli- sünnət fiqhi məzhəbinin başçılarının, Əhməd bin Hənbəl, Muhəmməd bin İdris, Şafei, Əbu Hənifə və Malik bin Ənəsin dövründən sonra əhli- sünnət cəmiyyətində, onların elm sahələrində və onların fiqhlərini həddindən artıq əməl edilməsi nəticəsində öz təsirini bariz şəkildə göstərərək, müxalifət və ictihad qüdrətini onlardan aldı.”[7]
2. Qəzavətdə problemlərin yaranması:
Bəzən məhkəmələrdə verilən hökümlər şiddətli ixtilaflar yaradırdı. Məsələn: Əgər bir məhkəmənin hakimi özü müctəhid idisə, özünün nəzərinə əsasən hökm verirdi. Bu camaatın tənqidinə səbəb olurdu. Çünki müxtəlif məhkəmələr bir mövzuda müxtəlif hökmlər verirdilər. Buna görə hökumət hökmlərin camaat arasında məqbulluğun təşkil etmək və məhkəmələrdə müxtəlif hökmlərin qarşısını almaq üçün yalnız bir məzhəbin fətva verməsinə icazə verdi.
3. Siyasi amillər:
Bu barədə belə deyilmişdir: “Zahir onu göstərir ki, o zamanki siyasi hakimiyyət alimlərin fikri və elmi inkişaflarından qorxurdu. Çünki öz fikir və düşüncəsi ilə İslamı müdafiə edən bu alim və müctəhidlər olmuşdur və zalım hakımlərin bidətlərinin və əyriliklərinin qarşısını alırdılar. İslamı canlı və başı uca cəmiyyətə tanıtdırır, həyata keçirirdilər. Bu zalım hakimiyyətin siyasət və hədəflərinə uyğun gəlmir.”[8]
Əlbəttə məhkum ictihad əhli- sünnət məzhəbində müəyyən dərəcədə mövcud idi.
Belə ictihad məhdud surətdə, xüsusi məzhəb çərçivəsində, o məzhəbin üsul və əsaslarını diqqətə alaraq əhkamı ictihad və bəyan etməsinə icazə verir. Lakin mütləq ictihad dördlü əhli- sünnət fiqhi məzhəbinin təsdiq olunmasından sonra bağlandı.
Əhli- sünnətin mütləq ictihada üz tutması
Son illərdə əhli- sünnət[9] içərisində nütləq ictihada qayıdış barəsində söz- söhbətlər eşidilir. Onlar bir məzhəbdə ictihaddan (yəni, fəqih bir məzhəbin (məsələn: Hənəfi) fiqhi etiqadları daxilində ictihad etməsinə icazə verilir) sonra dördlü məzhəblər arasında ictihada (yəni, fəqihlərin ictihadının bir xüsusi məzhəb daxilindən dörd məzhəbə genişlənməsi və bu dörd məzhəb daxilində ictihada icazə verilir) üz tutmuş və bugünki qəfil bəşəriyyətin həyat tərzinin dəyişikliyə uğraması nəticəsində mütləq ictihadı tələb etdilər.
Bugün əhli- sünnət mütəfəkkirləri özlərindən soruşurlar: Nə üçün insanlar özlərindən yüz illər əvvəl yaşayan və bugünki məsələlərdən heç bir məlumatı olmayan insanlara təqlid etməlidirlər?
Həmçinin soruşurlar: Əgər təqlid vacib və lazımdırsa, dördlü məzhəblərin imamları özləri müqəllid olmuşlarmı? Onlar kimə təqlid edirdilər?
Bu təfəkkür bugün əhli-sünnətin bir çox aydın fikirli alimləri bunun tərəfdarıdırlar və qapıları bağlanan ictihad qapılarını əhli- sünnətin üzünə açmağa çalışırlar.
Əlaqəli indeks:
Sual 796 (sayt: 855) (şiədə ictihad)
Sual 795 (sayt: 854) (Quran və rəvayətlərdə ictihad)
Sual 4932 (sayt: 5182) (məzhəblərin yaranma məqsədi)
[1] - Sübhani, Cəfər, Tarixul fiqhil islamiyyə və ədəvat, səh 14, İmam Sadiq (ə) müəssisəsi, Qum, 1427 q.
[2] - Həmin mənbə.
[3] - Həmin mənbə, səh 64.
[4] - Kəsiri, Seyid Muhəmməd, Əlsəlfiyyə beyni əhlil sünnə və imamiyyə, səh 107, Əl qədir nəşriyyatı, Beyrut, 1418 h.q.
[5] - Sübhani, Cəfər, rahnimaye həqiqət, səh 577, Məşər nəşriyyatı, Tehran, 1387 h.g.
[6] - “Tarixul fiqh əl islami və ədəvat”, fəsil “əsbabu ğəlq babul ictihad” kitabından istifadə ilə.
[7] - Rizvani, Əli Əsğər, “Şie şinasi və pasox be şübəhat”, cild 2, səh 615, məşər nəşriyyatı, Tehran, 1384 h.ş.
[8] - Həmin mənbə.
[9] - Bəzi Muhəmməd Əli Sayis və Əli Mənsur Əl Misri kimi əhli- sünnət mütəfəkkirləri bu sahədə bir çox məqalələr yazmışlar. Bax: Tarixul fiqhi əl İslamiyyə və ədəvat, səh 100.