Bəzi işlər ki, hafizə və düşüncənin güclənməsində təsir qoyur bir çox dəstəyə bölünür:
A: Mənəvi işlər:
1. Allahı yad etmək (şəri vəzifələrə əməl etmək və ibadfətləri yerinə yetirmək xüsusiylə də namazı ilk vaxtında qılmaq).
2. O dularda ki, onlar hafizənin güclənməsində təsiri vardır oxumaq, misal üçün o dua ki, Peyğəçmbər (s) hafizənin güclənməsi üçün əmirəl mömininə (ə) öyrətmişdir:
«سبحان من لایعتدى على اهل مملکته، سبحان من لایأخذ اهل الارض بالوان العذاب،
سبحان الرؤوف الرحیم، اللهم اجعل لى فى قلبى نورا و بصرا و فهما و علما انک على کل شىء قدیر»[i]
3. Quran oxumaq xüsusiylə də Ayətul- kürsünü oxumaq.
4. Hafizənin zəifləməsinə səbəb olan şeylərdən çəkinmək. Misal üçün günahda.
5. Həyəcanı azaldıb rahatlıq əldə etmək xüsusiylə də mütaliə vaxtı.
6. Fikri məşğul edən işləri azaltmaq.
7. Diqqət və düşüncəni gücləndirmək.
B: Maddi işlərdə riayət etmək:
1. Fiziki və təbii ehtiyacları təmin etmək. (Təmizliyə riayət etmək, idman, münasib yeməklərdən istifadə etmək.
2. Dişləri fırçalamaq.
3. Kilkozalı yeməklərdən daha çox istifadə etmək. (misal üçün xurma, bal və təbii şirniyyatlar). Kalsium, fosfor və vitaminli yeməklər: Balıq yağı, portağal, pamidor, buğda səbusu (qabığı) təzə göyərti, kök cigər və...
4. Elmi mövzularda təkrar və onların həlli .
C: Pisxoloqların tövsiyələrinə riayət etmək:
Psixoloqlar deyirlər: Aşağıdakı göstərişlərə əməl etməklə insan hafizəsini gücləndirmək mümkündür:
1. Hecalandırmaq,
2. Mənalandırmaq,
3. Nizam və çərçivəyə salmaq,
4. Mövzu və
5. Şəraitləri birləşdirmək və...
Bəzi işlər ki, hafizə və düşüncənin güclənməsində təsir qoyur bir neçə dəstəyə bölünür:
A: Mənəvi işlər:
1)- Allahı yad etmək (şəri vəzifələrə əməl etmək və ibadətləri yerinə yetirmək xüsusiylə də namazı ilk vaxtında qılmaq).
2)- Bəzi dualar ki, onları oxumaq insan hafizəsinin güclənməsində təsiri vardır. Məsum imamdan rəvayət olmuşdur ki, Allahdan istə ağılı güclü etsin və Allahdan dərrakə və düşüncə tələb et,[1] nümunə üçün hafizənin güclənməsinə təsir qoyan bir neçə duaya işarə edirik:
A)- O dua ki, Peyğəmbər (s) hafizənin güclənməsi üçün Əmirəl mömininə (ə) öyrətmişdir:
«سبحان من لایعتدى على اهل مملکته، سبحان من لایأخذ اهل الارض بالوان العذاب، سبحان الرؤوف الرحیم، اللهم اجعل لى فى قلبى نورا و بصرا و فهما و علما انک على کل شىء قدیر»[2]
B)- Seyyid ibni Tavus rəvayət edir ki, qəlbin oyaq olması üçün bu duanı üç dəfə oxuyun:
«یا حى یا قیوم یا لااله الا انت اسئلک أن تحیى قلبى اللّهم صل على محمد و آل محمد»[3]
C)- Mütaliə zamanı oxunan dua:
«اللهم اخرجنى من ظلمات الوهم و اکرمنى بنور الفهم اللّهم افتح علینا ابواب رحمتک و انشر علینا خزائن علومک برحمتک یا ارحم الراحمین»[4]
(Allahummə əxricni min zulumatil vəhm və əkrimni binurul fəhm Allahummə iftəh ələyna əvvabə rəhmətik vənşur ələyna xəzainə ulumikə bu rəhmətikə ya ərhəmər- rahimin).
D)- Hər gün sübh namazından sonra bir söz deməmiş, desin:
«یا حى یا قیّوم فلا یفوت شیئا علمه و لایؤده»"[5]
(Ya həyyu ya qəyyum fə la yəfut şəya elmuhu və la yəudhu).
3)- Quran oxumaq xüsusiylə də ayətul- kürsü.
4)- O şeylər ki, zehnin zəifləməsinə səbəb olur onlardan çəkinmək misal üçün: Günaha qovuşmaq, dünya malına bağlı olmaq, və həddən artıq dünyaya bağlı olmaq və dünyada baş vermiş hədislərdən narahat olmaq və...[6]
5)- Həyəcan və stresi azaldıb rahatlığı əldə etmək xüsusiylə də mütaliə zamanı.
6)- Fikri məşğul edən işləri azaltmaq.
7)- Diqqət və düşüncəni gücləndirmək.
Nöqtə: Bütün bunlar ki, hafizə və fikrin güclənməsi üçün yollar rəvayət və dualardan açıqlandı, tamam şəkildə ilət hesab olunmur. Bəzi amillər bizim ixtiyarımızda deyil bəlkə genetik və başqa amillərə bağlıdır.
Başqa cür desək, hər bir insanın istedad, düşüncə və hafizəsi onun mühitindən aslı və yaxud irsi və bir çox digər amillərə bağlıdır ki, onlardan bəziləri bizim ixtiyarımızdadır. Misal üçün yuxarıda işarə olunan dualardan və göstərişlərdən ki, bəziləri ixtiyarında deyil, genetik insan amillərinə bağlıdır. Bunun üçün də bu intizarda olmalıyıq ki, yuxarıdakı işləri görməklə, həqiqətən təsir qoyacaq və möcüzə olacaq bir an içində sizin hafizəniz 90 dərəcədən 130 dərəcəyə yüksələcək. Əgər belə olmasa məsum İmamların verdikləri tövsiyələrə qarşı öz inamımızı əldən verək. Bəli əgər bir hafizə 100 dərəcədədirsə onu gücləndirmək mümkündür. Əlbəttə bir mərhələdə misal üçün ən kiçik və uşaqlıq dövürlərindən bir sıra proqramlar əsasında ananın və uşağın qidalanmasında və bundan əlavə inkişaf mühütini sağlam hərəkətlərlə təkmiləşdirmək (kamilləşdirmək) hafizəni gücləndirir. Amma cavanlıq və orta yaşlarda bunun üçün daha çox diqqət etmək lazımdır ki, hafizənin güclənməsinə mane olan amilləri aradan aparıb qabiliyyətləri inkişaf etdirən hər bir amili gücləndirmək lazımdır; bu rəvayətlər də ən çox bu mərhələyə işarə olunmuşdur.
B: Maddi işlərə riayət etmək:
1. Fiziki və təbii ehtiyacları təmin etmək (münasib yeməklər, idman, təmizliyə riayət etmək və idman).
2. Dişləri fırçalamaq.
3. Klikozalı yeməklərdən istifadə etmək )misal üçün. Xurma, bal və təbii şirniyyatlar). Kalsium, fosfor və vitaminli yeməklər: Balıq yağı, portağal, pamidor, buğda səbusu (qabığı) təzə göyərti, kök və cigər).
Məfatihul- cinan kitabında gəlmişdir: Sübh yeməyindən əvvəl hər gün məviz (qara üzüm qurusu) yemək xüsusiylə də qırmızı və igirmi bir ədəd olsun, şaftalı yemək, boyun ətrafında olan ət, mərci və bal hafizənin güclənməsində təsiri vardır.[7]
4. Oxunan mövzu və məsələni təkrar və həll etmək. (çox mühümdür).
5. Hər 45 dəqiqə mütaliədən sonra 10 dəqiqə istirahət etmək.
6. Tənəffüs idmanı, bu işi görmək üçün kifayətdir ki, ayaq üstə və ya uzanaraq tamamıyla nəfəs alıb sonra issə nəfəsi yavaş- yavaş azad etsin.
C: Psixoloqların tövsiyələrinə riayət etmək:
1. Hecalandırmaq: Yəni kəlmədə olan hərfləri və ya cümlədə olan kəlmələri bir- birindən ayrılmaq, hecalamaq vasitəsiylə mümkündür hərflər və yaxud rəqəmlərdən mənalı sözlər əldə edib hafizənin güclənməsində təsir qoysun. Misal üçün bu rəqəmləri 83- 619- 2177- 149 (milad tarixinə çevirərək) 1492- 1176 1983 öz hafizəmizi gücləndiririk.
2. Mənalandırmaq: Bu qayda bütün başqa yollardan yaxşıdır, hər nə qədər dərin məna edilib onda əlamət qoyulsa, bəhs o qədər yaxşı insan zehnində qalacaqdır.
Bunun üçün də əgər bir kitabdan hər hansı bir nöqtənin yadda qalmasını istəyirsinizsə ən çox öz diqqət və fikrinizi onun mənasına verin nəin ki, kəlmələrə. hər nə qədər mənanın dərinliyinə və kamilliyinə diqqət edilsə o qədər də yadda qalacaqdır.
3. Nəzm və çərçivəyə salmaq: Oxunan mətləb bəhsləri çərçivəyə salmaqla daha tez öyrənmək imkanı əldə olur, əvvəl hifz edib sonra isə yaddaşımıza müraciət etmək. Yəni bir mövzunu öyrənmək üçün ki, bir neçə fəsldən ibarətdir onu silsiləvari olaraq tərtib verib yuxarıdan aşağı hissələrə bölərək hifz edin.
4. Mövzu və şəraitləri bir- birinə birləşdirmək: Çox vaxtlar, biz bir məsələni öyrənməkdə, məxsus bir zaman və yer şəraiti əsasında öyrənirik. Bütün bu şəraitlərə şəraitlərin bir- birinə birləşməsi deyilir.
Biz o zaman müəyyən məsələni əldə etməyə malik oluruq ki, mövzuları bu şərait əsasında icra edək. Misal üçün əgər sizdən uşaqlıq dövründəki sinif yoldaşlarınızın adlarını sizdən istəsələr, o məktəbin həyətində və yaxud daxilində gəzərək o adları daha tez xatırlayacaqsınız.
5. Son nəticə: Bu qaydada tələbinin dərsliklərini yadda saxlanma ehtimalı daha çoxdur ki, aşağıdakı başlıqlardan ibarətdir:
1. Dərsdən əvvəl mütaliə.
2. Sual etmək.
3. Oxumaq,
4. Fikirləşmək.
5. Əzbərləmək.
6. Təkrar etmək.
Tozih: Hesab edin müəyyən bir kitabdan bir mövzunu yadda saxlamaq istəyirsiniz sonradan onu təkrar etmək istədikdə əvvəl onu mütaliə edərək bütün mövzuları nəzərdən keçirin. Bu cür mütaliə səbəb olur ki, fəsldə olan mühüm mövzunu çərçivəyə salasınız. (O cür ki, işarə olundu), İkinci və üçüncü mərhələdə: Tələbə hər fəsldən sual hazırlamalı və oxuduğu (üçüncü) mərhələdə hazırlanmış suallara cavab vermək üçün oxunsun; Dördüncü mərhələdə tələbəyə deyilir oxuduğun zaman bildiklərindən sual hazırla və bu mövzuda fikirləş; bu zaman tələbə öz oxuduqlarına məna verir. Sonra isə beçinci və altıncı mərhələdə yeni o mərhələlərdir ki, əzbərləyib və təkrar etməkdə tələbə səy etməlidir, lazımdır ki, oxuduğu həqiqətləri yadına salaraq özü hazırladığı suallara cavab versin.[8]
Əlavə məlumat üçün bax: sual 808.
Göstərici "Mitaliə duası və şəraiti"- nə müraciət edin.