Please Wait
Baxanların
5791
İnternetə qoyma tarixi: 2011/08/23
Saytın kodu fa12743 Arxiv kodu 16151
Dəstə Təfsir
Sualın xülasəsi
Son zamanda gələn insanların hamısı mömin və behişt əhlidirmi?
Sual
Quran ayələrində bir neçə yerdə gəlib ki, behişt əhlinin əksəriyyəti keçmiş millətlərdən, az bir dəstəsi ilə son zəmanənin insanlarındandırlar. Halbuki, İmam Zamanın (əc) dövründə gələcək son insanlar haqqında çoxlu rəvayətlər var ki, dünyanın insanları o qədər ədalətli olacaqlar ki, dünya ədalətlə dolacaq. Belə ki, bir nəfər mömin ehtiyacı olduqda, əl atıb digər mömin qardaşının cibindən istdiyi qədər pul götürəcək, qarşı tərəf ilə ona heç bir irad tutmayacaqdır. Yaxud, tənha bir qadın dünyanın bu başından o biri başına səfər edəcək və heç kim ona mane olmayacaq. İndi belə çıxır ki, bu rəvayətlər dəlalət edir ki, İmam Zamanın (əc) zəmanəsinin insanlarının hamısı behişt əhli olarcaqlar, yoxsa yox? Əgər cavab müsbətdirsə, onda rəvayətlərlə Quran ayələrindən gələn zidd mənaları necə həll demək olar?
Qısa cavab

 İmam Zamanın (əc) dövründə də həm günahkar və cəhənnəmliyə layiq və həm də behişlik və saleh insanlar olacaqlar. O cümlədən, isanlar ictimaiyyətdə ədalət cəhətdən cəmiyyət elə qüdrətli bir mexanizmlə olacaq ki, heç kimin cəmiyyət içində açıq şəkildə günah etməyə qüdrəti və imkanı olmayacaq. Belə olan halda, belə nəzərə gəlir ki, cəmiyyətdə günahkar yoxdur. Hər halda rəvayətlərdə gələn açıq təkidlərə görə İmam Zamanın (əc) dövründə cəmiyyətdə behişt əhli cəhənnəm əhlindən daha çoxdur. Bunun müqəbilində əgər dünyanı ibtidadən və ya hətta, İslamdan sonrakı vaxta qədər iki qismə bölsək, keçmişdəki yaxşı insanların faizi ikinci dövrdə olan saleh insanların faizindən daha çoxdur. Ona görə də, Quran ayəsində belə ayə gəlib ki: ”Bir dəstə keçmişdəkilərdən və az bir dəstə də onlardan sonra gəliblər.” Bu ayədə keçmişdəkilərdən məqsəd, insan cəmiyyətinin ilk saleh dəstələrinə və ikinci dəstə isə İmam Zamanın (əc) da hökumətinin əsri daxil olmaqla, ikinci dəstə saleh insanlara aid olur. Bu işin dəlili də aydındır. Çünki, İmam Zamanın (ə) çox da uzun müddət olmayan hakimiyyəti dövründəki olan saleh insanların ümumi sayı, saleh insan cəmiyyətinin birinci mərhələsində olan salehlərin sayı ilə müqayisədə son dərəcədə çox azdır. Beləliklə, rəvayətlərdə gələn saleh və behişt əhlinin sayı ilə, Quranda gələn behişt əhlinin sayı arasındakı fərqdə heç bir ziddiyyət yoxdur.

Ətreaflı cavab

 Verilmiş sualın iki əsli vardır:

 1.Behişt əhlinin tərkibi kimlərdən ibarətdir? Görəsən, Behiştdə axirzamanın cəmiyyətindən çox insanlar var yoxsa, digər zamanının cəmiyyətindən?  

2.İmam Zamanın (əc) hakmiyyəti dövründə də fasid və cəhənnəmlik insanlar olacaqmı?

 Birinci əsl:

 Quranın bəzi surələrində belə bir ayə gəlib: “(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), bir azı da axırıncılardandır”[1]  Lüğət əhlinin nəzərinə əsasən, ayədəki “süllə” sözü[2] çox izdihamlı bir cəmiyyətə deyilir. Keçmiş ilk ümmətlərdən məqsəd isə peyğəmbərlər nəzərdə tutulur. Sonuncu ümmətdən məqsəd, İslam ümmətidir. Ona görə ki, Quranda hər yerdə əvvəl və sonrakı ümmətlərdə sözü işlədilirsə məqsəd, islamdan əvvəlki və islamdan sonrakı ümmətlər nəzərdə tutulur. Necə ki, həmin surədə gəlib: ”Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra həqiqətən, yenidən dirildiləcəyikmi?! Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi? (Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da; mə’lum bir günün (Qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.”[3] Bu ayənin mənasına əsasən demək olar ki, keçmiş ümmətlərdə Allaha yaxın insanlar daha çox olublar.

 Ayənin zahirindən məlum olur ki, ümümiyyətlə ümmətlərin bölümü təkcə islama yox, ümumi bəşərə