Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ödənilməyibdir.
İslamda şəri qanunlara riayət etməklə mal və sərvət toplamaq cayizdir. Bəyənilməyən malı və sərvəti almaq deyil. Bəlkə dünya pərəstlik və dünyanı axirətdən üstün bilməkdir. Mala və sərvətə axirət səadətinə çatmaq üçün vəsilə kimi yanaşmaq lazımdır ki, belə bir halda mal və sərvət yığımaq dünyanı tələb etmək yox bəlkə axirəti tələb etməkdir. Amma o ki qaldı dini alimlərin sərvətli olmasının heç bir eybi yoxdur. Amma bu alimlərin dünyanı sevib dünyapərəst olması bəyənilmir. İslam mətnləri xalqı dünypərəst alimlərdən uzaq olmağa çağırır nə inki sərvətin alimlərdən.
1. Rəvayəti araşdırmaq
Qeyd olunan rəvayət aşağıdakı şəkildə bəzi kitablarda həzrəti Əmirəl- möminindən nəql olunubdur:
1. Çoxlu nemət görmədim məgər kənarında zay və tapdalanmş haqq.[1] Bu rəvayət mötəbər hədis kitablarında yoxdur qeyd olunmuş kitablarda da sənədsizdir bu cəhətdən sənədi zəifdir. Amma başqa rəvayətləri o cümlədən növbəti rəvayət ki, bu məzmundadır nəzərə alaraq rəvayətin sənədinin zəif olması düzəlir.
2. Allah qüdrətlilərin varlarında kasıbların ruzisini vacib edibdir. Nəticədə kazıb ac qalmasın o vaxt ac qalar ki, varlı verməsin, qiyamət günündə Allah ki, böyükdür onun ehtiyacsızlığı onları bu işdən mühafizə edər.[2]
Bu rəvayət əvvəlki rəvayətə nisbət çox etibarlıdır və müxtəlif hədis kitablarında o cümlədən Nəhcül- bəlağə vəsailüş-şiə Biharul- ənvar Ğürərül- hikəm və irşadu- ğulub kitablarında zikr olunubdur. Bu rəvayətlər doğru olsalarda məqsədləri o mal və sərvətdir ki, onun xums və zəkat kimi mali təklifləri ödənməyibdir və camaatı onları ödəməyə dəvər edir.
2.İslamda sərvət və mal
İslam mənbələrində mal və sərvət barədə iki dəstə rəvayətlərlə rastlaşırıq: Bu rəvayətlərin birinci dəstəsində zahirdə mala və sərvətə mənfi münasibət var, Həzrəti Əli (ə) buyurur: Mən möminlərin rəhbəriyəm mal və sərvət günahkarların rəhbəri və rəisidir.[3] Yəni möminlər məndən tabeçilik edirlər amma günahkarlar mala və sərvətə tabedirlər. habelə buyurur: Mal şəhvətlərin köküdür.[4]
Hər kim dirhəm və dinarı sevsə o dünyanın quludur.[5]
Allahın Rəsulu (s) buyurur: Hər o kəski dirhəm və dinarın qulu olsa məlun və Allahın rəhmətindən uzaqdır.[6]
İslamın başqa mətnlərindən bəzisində yuxarıda deyilən rəvayətlərin qarşısında olaraq mal sərvət və dünya bəyənilib və təriflənibdir. Quranda oxuyuruq: Mal və övladlar dünya yaşayışının zinətidirlər.[7] Habelə Quranın neçə yerində sərvət "xeyr" adlandırılıb, aşağıdakı ayə kimi: " کتب علیکم اذا حضر احدکم الموت ان ترک خیرا.."[8] Habelə müfəssirlərdən bir çoxu aşağıdakı mübarək ayədə xeyirli mal və sərvət mənasına tutublar. " انه لحب الخیر لشدید"[9]
Allahın Rəsulu (s) buyurur: Nə qədər saleh mal saleh kişi üçün yaxşıdır.[10] İmam Baqir (ə) buyurur: Nə qədər dünyanın köməyi axirəti ələ gətirmək üçün yaxşıdır.[11]
Bu iki dəstə rəvayətlərdə diqqət edib fikirləşsək aydın olar ki, İslamda malın və sərvətin ki, axirətə yetişmək üçün vəsilələdir bəyənilibdir. Bu cəhətdəndir ki, həzrəti Əli (ə) gördü ki: "görəsən sən dünyada günaha bulaşıbsan yoxsa dünya sənə qarşı günah edibdir".[12] İslamda mal və mal qazanmaq bəyənilib və bir sıra yerlərdə vacibdir, amma mal və sərvətə pərəstliş etmək Allaha pərəstiş etməyin qarşısında pislənibdir. İslam dinində mal və sərvət axirət səadətinə yetişmək və Allaha yaxın olmaq üçün bir vəsilədir, nə hədəf və məqsəd.[13] Qurani kərimdə oxuyuruq: Ey o kəslər ki, iman gətirmisiniz! Malınız və övladınız sizi Allahdan qafil etməsin.[14]
Şəhid mütəhhəri buyurur: "İslamda mal və sərvət heç vaxt təhqir olmayıb, nə icadı nə dəyişməsi və nə də istifadəsi bəlkə bunların hamısına təkid və tövsiyə olubdur. Və onlar üçün şərait və ölçülər qoyulub və heç vaxt sərvət İslam nəzərindən atılası deyildir bəlkə onu atmaq israf və zay etmək qəti olaraq haramdır."[15] Maldan müdafiə cihad hökmündə bilinir və bu yolda ölməyin şəhid olmaq savabı vardır.[16]
3. İslamda sərvətin icadı və qazancı.
İslamda müxtəlif yollarla həm fərdi həmdə ictimai sahələrdə sərvəti ələ gətirməyə dəvət edibdir. Allahın Rəsulu (s) buyurur: Halal ruzi dalıyca getmək hər müsəlam qadın və kişisinə vacibdir.[17] Bu hədisdən sərvət ələgətirmək və qazanmaqda qadın kişi bərabərçiliyi başa düşülür. Sərvət ələ gətirmək kişilərə məxsus deyil. Habelə halal ruzi qazanmaq əfzəl ibadətlərdən sayılıbdır.[18] Cəmiyyəyin həyatı müstəqil iqtisadiyyatda və əsarət və quldurluqla bərabərdir. Bu cəhətdən həzrəti Əli (ə) buyurur: Fəqir olmaq və kasıblıq ən böyük ölümdür.[19] İslam icazə vermir ki, qeyri müsəlmanın müsəlmana üstünlüyü olsun.[20]
Bu hədəf o vaxt təmin olar ki, müsəlmanlar əcnəbilərə əl açmasınlar və müstəqil iqtisadiyyata sahib olsunlar. Sərvət əldə etmək bu məqsədi təmin edir. Şəhid Mütəhhəri demişkən: "İslamın hədəfləri sağlam iqtisadiyyat və müstəqil iqtisadi qüvvə olmadan mümkün olası deyil".[21]
İslamda əkinçilik, maldarlıq, sənət və qeyri kimi müxtəlif sərvət ələ gətirmək tövsiyə olunubdur. Bu ki, Peyğəmbər əkinçinin qubar bağlamış əlini öpürdü islam cəmiyyətində qazancın əhəmiyyətinin əlamətidir.
Məsumların həyat tərzinə müraciət edərkən görürük ki, onlarda sərvət ələ gətirmək üçün çalışırdılar. Rəvayət olunubdur ki, Əmirəl- möminin (ə)- ın əkinçilik məhsullarından gəliri qırxmin dinar idi.[22] Başqa bir rəvayətdə nəql olubdur ki, fədəkin illik gəliri igirmi dörd min dinar olub. Başqa rəvayətdə yetmiş min dinar nəql edilibdir.[23]
4. İslamda sərvət paylanması
Sərvəti ələ gətirəndən sonra bu sərvət ədalətli şəkildə cəmiyyətdə paylanmalıdır. İslam iqtisadi məktəbində iki iş əsl hədəf adıyla təqdim olunubdur:
1- Cəmiyyətin daxilinə nisbət iqtisadi ədalət.
2- Cəmiyyətin xaricinə nisbət iqtisadi qüdrət.[24] İmam Sadiq (ə) buyurur: Əgər xalqın arasında ədalər bərqərar olsaydı ehtiyacsız olardılar.[25] Qurani kərim buyurur: Sərvət təkcə sərvətlilərin arasında dövr etməli deyil.[26] Bəlkə kasıblarında əlinə çatmalıdır. Bu cəhətdən İslamda zəkat xums və sədəqə kimi müxtəlif mali təkliflər qoyulubdur ki, cəmiyyətin sərvəti fəqirlərə də yetişsin və cəmiyyətin fərdlərinin bir səvuyyədə iqtisadi inkişafları olsun və cəmiyyətdə təbəqələr arasında olan fərq azalsın və nəhayətdə aradan qalxsın.
5. İslamda sərvət toplamaq
Əgər varlanmaq şəri yollardan olarsa İslam nəzərindən heç bir eybi yoxdur. İslamın mal və sərvəti kontrol etmək üçün qəbul etdiyi yol kasıb insanların uca sərvətlərə yetişməyinin qarşısını almaq deyil. Bəlkə onlar üçün maddi vəzifələr və təkliflər qoyur.[27] Quran həzrəti Süleyman həzrəti Davud və Zülqərneyn kimi sərvətli insanlardan ad çəkir ki, iman əhli olublar bunların qarçısında Qarun kimi kafir sərvətlidəndə yad edir. Quranda oxuyuruq artıq istəmək sizi özünə məşğul və Allahdan xəbərsiz edibdir. O yerə qədər ki, ölənləri saymaq üçün qərstanlığa getdiniz.[28]mal və sərvət toplamaq əgər insanın Allahdan xəbərsiz edirsə pisdir və İslamda ondan çəkinilibdir. Sərvətə ürək bağlamaq və axirəti dünyaya satmaq düzgün deyil. Amma bu çoxlu mal sərvət Allah yolunda istifadə olarsa çox bəyənilmiş və təqdirə layiq olar ki, həzrəti Xədicə (s) bu cür sərvətlilərdən idi ki, öz sərvətini İslamın inkişafı və yayılması üçün istifadə etdi. Quran da o şəxslər ki, mal və sərvət yığırlar və onu Allah yolunda sərf etmirlər dəhşətli əzaba bəşarət verir.[29]
Həmin ayə haqda Allahın Rəsulu (s) buyurur: Hər o mal ki, zəkatı verilsə bu ayə ona aid deyil. [30] Əgər sərvət yığmaq şəri yolla olarsa və ehtikar adlanmasa və zəkat xums kimi mali təklifləri gözlənilərsə heç bir eybi yoxdur.
6. Sərvət və alimlər
Deyilən mətləblərə diqqət edərək aydın olur ki, əgər bir alim sərvətli olsa, heç bir eybi yoxdur. Alimin dünyaya bağlanması pislənibdir. Əgər dünya pərəstlik və lampərəstlik adi insanlar üçün rəva olmasa- ki, rəva deyil- alimlər üçün heç bəyənilməzdir. Bu cəhətdən həzrəti İsa (ə)- dan nəql olubdur ki, buyurub: Dinar dinin xəstəliyidir alim dinin təbibi və həkimidir. Bir zaman ki, gördünüz təbib xəstəliyi özünə yapışdırıb ona qarşı bədbin olun. və bilin ki, o başqalarına nisbət xeyirxah deyil.[31]
Müşahidə olunur ki, bu gözəl hədisdə dini alimlərin dünyanı sevməsi və dünyapərəstliyi pislənilibdir.
[1] - Şəmsəddin, Muhəmməd Məhdi, Derasət fi Nəhcül- bəlağə, cild 40, Beyrut, daruz- zəhra, ikinci çap, 1392, h. q. Curdaq, Corc; Rəvan Nəhcül- bəlağə bi ca, mərkəz əl ğədir mərdəsətul- islamiyyn, ikinci çap, 1375
«ما رآیت نعمة موفورة الاّ و بجانبه حق مضیع»
[2] - Seyyid Rəzi, Nəhcül- bəlağə, kəlimati qisar, hədis 32.
«ان الله سبحانه فرض فی اموال الاغنیاء أقوات الفقراء فما جاع فقیر الاّ بما متع به غنی و الله تعالی جده سائلهم عن ذلک»
[3] - Nəhcül- bəlağə, kəlimat qisar h 308
«انا یعسوب المؤمنین و المال یعسوب الفجار».
[4] - Məclisi, Muhəmməd Baqir, Biharul- ənvar, cild 69, səh 67
«المال مادة الشهوات».
[5] - Həmin, cild 2, səh 107.
«من احب الدینار و الدرهم فهو عبد الدنیا».
[6] - Kafi, cild 2, səh 270
«ملعون ملعون من عبد الدینار و الدرهم ».
[7] - Kəhf surəsi, ayə 46.
«المال و البنون زینة الحیاة الدنیا.»
[8] - Bəqərə surəsi, ayə 180.
[9] - Adiyat surəsi, ayə 8. ".
[10] - Biharul- ənvar, cild 69, səh 59,
«نعم المال الصالح للرجل الصالح».
[11] - Kafi, cild 5, səh 72,
«نعم العون الدنیا علی طلب الاخرة»
[12] - Nəhcül- bəlağə, Sübhi Saleh, x. 131
[13] - R. k. Məktəb və nizami iqtisadi İslam, Məhdi Hadəvi Tehrani, səh 108
[14] - Munafiqun surəsi, ayə 9
«یا ایها الذین امنوا لاتلهکم اموالکم و لا اولادکم عن ذکر الله.»
[15] - Mütəhhəri, Murtəza, İslam iqtisadi nizaminda bir nəzər, səh 17, Tehran, ədra, bəhar 68, birinci çap.
[16] - Biharul- əncar, cild 10, səh 100
«المقتول دون ماله شهید»
[17] - Camiul- əxbar, səh 139
«طلب الحلال فریضة علی کل مسلم و مسلمة»
[18] - Kafi, cild 5, səh 78
[19] Nəhcül- bəlağə, kəlimat qisar, x 154
«الفقر الموت الاکبر».
[20] - Nisa surəsi, ayə 141
«و لن یجعل الله للکافرین علی المؤمنین سبیلا.»
[21] - Mütəhhəri, Murtəza, İslam iqtisadi nizamına bir baxış, səh 26, Tehran, Sədra, bəhar 68 birinci çap.
[22] - Qumi Şeyx Abbas, Səfinətul bihar, cild 8, səh 137.
[23] - Həmin, səh 138.
[24] - R. k. Hadəvi Tehrani, Məhdi, İslam iqtisadi nizamı və məktəbi, səh 56, Qum, xanei xerəd, ikinci çap.
[25] - Kafi, cild 1, səh 541.
«لو عدل فی الناس لاستغنوا».
[26] - Həşr surəsi, ayə 7
«کی لایکون دولة بین الاغنیاء منکم.»
[27] - R. k. Hadəvi Tehrani, həmin, səh 74.
[28] - Təkasur surəsi 1- 2.
«الهاکم التکاثر حتی زرتم المقابر.»
[29] - Tövbə surəsi, ayə 34
«و الذین یکنزون الذهب و الفضة و لا ینفقونها فی سبیل الله فبشرهم بعذاب الیم.»
[30] - Vəsailüş- şiə, cild 9, səh 30
«الدینار داء الدین و العالم طبیب الدین فاذا رأیتم الطبیب یجر الداء الی نفسه فاتهموه و اعلموا انه غیر ناصح لغیره».
[31] - Biharul- ənvar, cild 2, səh 107
«کل مال یؤدی زکاته فلیس بکنز».