Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha pərəstiş edin və tağutdan çəkinin!” desinlər.” Əgər bütün dinlərdə olan bu müştərək cəhəti və oxşarlığı nəzərə alsaq, hətta məsihi dini İsa (əleyhis-salam) kimi, yəhudi dini də Musa (əleyhis-salam) kimi peyğəmbərin gətirdiyi tövhid əqidəsi və yeganəpərəstlik nidaları ilə, hər növ təhrifdən uzaq olan ilkin ilahi prinsiplərlə birlikdə qeyri-dini məktəb və ideologiyalardan üstündür, baxmayaraq ki, hər bir əsrdə bu ilahi dinlərin ardıcıllarının bəziləri öz dinlərinin ilkin etiqad prinsiplərinə etinasız yanaşmış, öz səmavi kitabları olan Tövrat və İncili təhrif etmiş və nəticədə bu dinləri qeyri-dini ideologiyalara oxşar vəziyyətə salmışlar.
Dini quruluş və məktəbin qeyri-dini məktəblərdən ən mühüm imtiyaz və dəyəri – insan fitrətinin qəflətdən oyadılması və onun batinində əmanət qoyulmuş bil-qüvvə mənəvi kamalları (istedadları) feliyyətə (zühur ərsəsinə) çatdırmaq olmuşdur. Başqa sözlə desək, düzgün dini dəyərlər və əsaslara görə bil-qüvvə vəziyyətindən (hələ zahir olmamış istedadlardan) bil-fel vəziyyətinə (zahir olmağa) doğru tədrici dəyişiklik icad etmək üçün şərait yaratmaqdır.
Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər səmavi dinlər arasında əsas oxşarlıq tövhidi və yeganə Allaha pərəstişi yer üzündə bərqərar etmək, insanları Allahdan qeyrisinə pərəstişdən və bəndəlikdən xilas etməkdir. Quranda buyurulur: “Biz hər ümmətdə bir rəsul göndərdik ki, (ümmətə desinlər:) Yeganə Allaha pərəstiş edin və tağutdan çəkinin!”[1]
Əgər peyğəmbərlərin dəvətində mövcud olan bu oxşarlığı nəzərə alsaq, hətta məsihi və yəhudi dinində belə İsa və Musa (əleyhiməs-salam) kimi peyğəmbərlərin tövhid və yeganəpərəstlik nidası ilə qarşılaşırıq. Bu da onların ilkin etiqad üsulları idi ki, həmin dövrdə təhrifdən uzaq olmuş, qeyri-dini məktəb və ideologiyalardan çoxlu fərqlərə malik olmuşdur. Baxmayaraq ki, hazırkı dövrdə məsihilərin və yəhudilərin bəziləri öz dinlərindəki ilkin etiqad prinsiplərinə etinasız yanaşmış, öz səmavi kitabları olan Tövratı və İncili təhrif etmişlər. Buna görə də bir çox hallarda bəlkə də qeyri-dini məktəblərə oxşar olduğunu demək olar.
Amma ilahi dinlər arasında İslam dini hərtərəfli bir ayindir, onun dini təlimləri səadətə çatmaq istiqamətində bütün fərdi və ictimai məsələlərə şamildir. İslam dininin hərtərəfli olması onun hüdudlarının və sərhədlərinin geniş miqyaslı olmasının göstəricisidir. İslam dininin hərtərəfli olması onun Allah tərəfindən nazil edilməsi ilə uyğundur. Dinin nazil olmasının hədəfi də elə insanın xilqət hədəfidir. Çünki insanı müəyyən bir hədəf üçün yaradan Allah o hədəfə nail olmaq üçün lazım olan hökmləri, göstərişləri və maarifləri də ona çatdırmalıdır. Allah-taala bu proqramları müxtəlif zaman dövrlərində insanların ehtiyac və ləyaqətlərinə uyğun olaraq göndərmişdir. O proqramların hamısı “islam” adı ilə həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və onun canişinlərin (əleyhimus-salam) vasitəsi ilə bəşəriyyətə gətirilmişdir.[2]
Deməli, islam dini və onun ideologiyası digər dinlərdən üstün və onlarla müqayisədə hərtərəflidir. Amma ümumi şəkildə, bu din digər ilahi dinlərlə, habelə qeyri-dini məktəblərlə – o cümlədən: hər növ təhrifdən uzaq olan əsil asimani dinlərin prinsip və üslublarından heç birinə tabe olmayan liberalizmlə müqayisədə əsaslı meyarlara və imtiyazlara malikdir. Aşağıda bu fərqlərin və imtiyazların bəzisinə küllü şəkildə işarə edirik:
a) Hədəfdəki fərqlər və imtiyazlar
Həyatının əsası və üslubları din əsasında olmayan quruluş və ideologiyalar bütün diqqətlərini dünyaya və insan mehvərində təmərküzləşdirmişlər. Başqa sözlə, onların əsas hədəfi yalnız insanın və cəmiyyətin maddi və dünyəvi ehtiyaclarını təmin etməkdir, bundan əlavə heç bir hədəf nəzərdə tutmurlar.[3] Amma dini quruluş iki əsas hədəfi izləyir: Əvvəla, insanın və cəmiyyətin bu dünyadakı ehtiyaclarının təmin olunması və insanların səadətə çatması, ikincisi isə axirətdəki əbədi səadətinin təmin olunması.
İslam ideologiyasının ən mühüm hədəfləri aşağıdakılardır:
1. Bütün yer üzündə tövhid və yeganə Allaha pərəstişin bərqərar olunması, insanların Allahdan qeyrisinə pərəstiş və bəndəlikdən xilas edilməsi;
2. İslami haqq-ədalətin bərqərar edilməsi yolu ilə nümunəvi və ideal cəmiyyətin təşkil olunması: “Biz Öz rəsullarımızı aydın dəlillərlə göndərdik və onlara (asimani) kitab və (haqqı batildən seçib ayıran və ədalətli qanunlardan ibarət olan) mizanı nazil etdik ki, camaat ədaləti bərqərar etsinlər.”[4]
İnsani fəzilətlərin çiçəklənməsi, mənəviyyatın inkişafı və ilahi qürb – son kamal mərhələsinə çatmaq üçün ictimai ədalətin bərqərar olunması islam dininin xüsusi işlərindən biri kimi tanınır. Halbuki, qeyri-dini məktəblərdən heç biri ali-insani fəzilətlərin çiçəklənməsi, insanların dünya və axirət səadətlərinə münasib şərait hazırlamaq istiqamətində heç bir iş görmürlər.
3. İnsan fitrətini qəflət yuxusundan oyatmaq, onun ruhunda qoyulmuş bil-qüvvə mənəvi kamalları (istedadları) feliyyətə (zühura) çatdırmaq. Başqa sözlə, düzgün dini dəyərlər əsasında bil-qüvvə mərhələsindən bil-fel və zühur mərhələsinə seyr etmək üçün insanda tədrici dəyişikliklərə şərait yaratmaq.
b) Pislik və yaxşılıq meyarındakı fərqlər
Qeyri-dini məktəblər və quruluşların üslub və proqramlarında yaxşını və pisi, vacibi və haramı ayırd etmək əsas etibarı ilə vəhyi, dinin əsas prinsipləri və dəyərlərini nəzərə almadan baş verir. Onların inancına görə əql təklikdə – vəhydən kömək almadan yaxşını pisdən seçməyə qadirdir. Bu nəzəriyyə “əqlə ifratçı meyl cərəyanı” kimi məşhurdur. Yaxud onların bəziləri yaxşını və pisi ayırd etməkdə yeganə meyar kimi insani hiss və duyğuları qəbul edirlər. Yaxşını və pisi ayırd etmək barəsində digər meyarlar da vardır.
Şübhəsiz, mənəvi dəyərlərə etinasızlıq “məqsəd vasitəni doğruldur” nəzəriyyəsini əməldə hakim bir prinsipə çevrilir, əxlaqi meyarları və prinsipləri kölgədə qoyur.
Amma islam dinində insanın ilahi kəramət və əxlaqı ilə uyğun gəlməyən, yüksək insani keyfiyyətlərlə, ideal əxlaqi dəyərlərlə müxalif olan və bəşərin əbədi səadətini və kamalını dağıdaraq məhv edən üslub və meyarlardan istifadəyə icazə verilmir.[5]
v) İnsan ruhunun (nəfsinin) saflaşdırılmasında islamın iki istiqamətdəki nəzəri
İslam dini səadət, kamal və ruhi yüksəliş yolunda insana iki tərəfli yol göstərir və bu yoldakı müvəffəqiyyəti onun nəticəsi hesab edir. Bu həqiqəti inkar etmək olmaz ki, insan fiziki cisimdən əlavə, daha yüksək varlıq olan ruha da malikdir, ona təkcə fiziki yöndə nəzər salaraq ruhundan qafil olmaq olmaz. Qurani-kərim insan xilqəti ilə əlaqədar söhbət edərkən hər iki yönə işarə edir: “İnsanın xilqətini palçıqdan başladı”[6], “Sonra onun nəslini çox dəyərsiz bir suyun xülasəsindən yaratdı.”[7] Bu, insanın maddi yönündür. Bunun davamında onun həqiqi və ruhani həqiqətinə işarə edərək buyurur: “Öz ruhumuza mənsub olan ruhdan ona verdik.”[8]
İlahi yönlü ruh mələkuti, şərafətli və zavala uğramayan bir ünsürdür. İslam nəzərindən bu mücərrəd ünsür bədənin çürüyüb dağılmasından sonra da qalır, əbədi həyatdan bəhrələnir, əncam verdiyi işlərə görə ya əbədi səadətə, ya da əbədi bədbəxtliyə düçar olur. İlahi dünya görüşündə insanın tərifində deyilir ki, insanın kamalı ruhi yöndə təkamül və yüksək insani sifətlərin kəsb olunması ilə aşkar olur.[9]
[1] “Nəhl” surəsi, ayə: 36
[2] Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə bax: “İslamın haqq olmasının dəlilləri”, sual 13071 (sayt: az13107); “İslamın sair dinlərə üstünlüyü və xüsusiyyətləri”, sual 12304 (sayt: 12069)
[3] Bax görünüş: “İnsanlar və vəliyyi-fəqih əsasında olan hökumət, onun liberalist quruluşundan üstünlükləri”, sual 9981, (sayt: 10127)
[4] “Hədid” surəsi, ayə: 25
[5] Aşağıdakı görünüşlərə bax: “Dini mənbələrin əxlaqda rolu”, sual 562, (sayt: 615), “Təkamül əxlaqı və onun nəticələri”, sual 563, (sayt: 616), “Din əsasında olan əxlaq”, sual 7078 (sayt: 7327)
[6] “Səcdə” surəsi, ayə: 7
[7] “Səcdə” surəsi, ayə: 8
[8] “Səcdə” surəsi, ayə: 9
[9] Aşağıdakı görünüşlərə bax: “İnsanın səadət və kamalı”, sual 8441, (sayt: az8461); “Din və insan”, sual 5026 (sayt: az5553); “İnsanın əbədiliyi və onun dünyada sınaqdan keçirilməsi”, sual 13259 (sayt: az13138); “İnsan və kəramət”, sual 7670 (sayt: az7750); “İnsan, din və dünyanın əlaqəsi”, sual 11472 (sayt: 11437)