Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik:
1. Borc vermək ixlsala yanaşı olsun;
2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun;
3. Borc halal maldan verilsin;
4. Borc verilən zaman yazılsın;
5. Mömin qardaşına borc verən şəxs onun borcunu qaytarması üçün şərait yaranacağını gözləsin. Yəni borclu şəxsin maddi imkanı olduğu halda öz borcunu ödəməsini təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun pulu qaytarmağa imkanı olmadığını bildikdə ona təzyiq göstərməsi caiz deyildir.
İslamda çox təkid olunan məsələlərdən biri də ehtiyaclı möminlərə borc verməkdir. Hətta rəvayətlərimizdə bu iş sədəqədən üstün hesab olunmuşdur.[1]
Amma bəzi hallarda mövcud qayda-qanunlarla əlaqədar vəzifələrimizə əməl etmirik. Buna görə də bizə çoxlu maddi xəsarətlər dəyir. Bu halda bilə-bilə, yaxud da xəbərimiz olmadan günahı başqalarının boynuna atırıq. Faizsiz borc vermək üçün bu gözəl sünnət barəsində müəyyən şərtlər qeyd olunmuşdur. Quranın ən uzun ayəsində deyilir: “Ey iman gətirənlər! Bir-birinizə (uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa imkanı olarsa, gərək – Allahın ona təlim verdiyi kimi yazmaqdan imtina etməsin və gərək yazsın. Üzərində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan Allahdan qorxsun və heç bir şeyi əskiltməsin...”[2]
Rəvayətlərdə də bu mühüm məsələyə təkid olunur.[3]
İslam şəriətində borc işinə ciddi yanaşılması və bunun möhkəm tutulması ilə əlaqədar təkidlərə diqqət yetirməklə, əgər bu işdə səhlənkarlığa yol versək və nəticədə bizə xəsarət dəysə, onu din rəhbərinin öhdəsinə qoymamalıyıq.
Faizsiz borc verməyin şərtləri və qaydaları
Mömin qardaşlara borc verməklə əlaqədar dini mənbələrdə müxtəlif şərtlər və qayda-qanunlar vardır ki, onların bəzilərini qeyd edirik:
1. Borc tam ixlasla və xalis niyyətlə verilməlidir;
2. Tam razılıq və səmimi qəlbdən verilməlidir;
3. Halal maldan borc verilməlidir;[4]
4. Borc verərkən tərəflər onu yazmalıdır;[5]
5. Mömin şəxsə borc verən bir adam gərək onun öz borcunu qaytarmaq üçün maddi imkanları olan vaxta qədər gözləsin. Yəni borclu şəxsin imkanı olduğu halda öz pulunu qaytarmağı təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun maddi imkanı olmadığını bildiyi halda onu təzyiqə məruz qoyması caiz deyildir.[6]
Burada faizsiz borc verməyin qayda-qanunları və əhəmiyyəti ilə əlaqədar bir neçə rəvayəti qeyd edirik:
İmam Sadiq (əleyhis-salam) buyurur: “Əgər bir şəxs müəyyən bir malı (pulu) başqasına borc versə və onun ödənməsi üçün vaxt təyin etsə, amma borc, təyin edilən müddətdə qaytarılmasa, (verməyə imkanı olmasa), hər gün təxir müqabilində borc verən şəxsə bir dinar sədəqənin savabı yazılacaqdır.”[7]
Əbdullah ibni Sənan imam Sadiq (əleyhis-salam)-dan rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: “Əgər min dirhəm pulu (bir kəsə) iki dəfəyə borc versəm, mənim üçün onu bir dəfəyə (və bir yerdə) sədəqə verməkdən daha sevimlidir. Səndən borc alan şəxsin öz borcunu ödəməsini – imkanı olduğu halda – təxirə salması caiz olmadığı kimi, sənin də borc verdiyin şəxsin sıxıntıda və yoxsulluqda olduğunu bildiyin halda öz haqqını almaq üçün ona təzyiq göstərib pulunu tələb etməyin caiz deyildir.”[8]
Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşə bax:
“Qərzul-həsənə və onun sədəqədən üstünlüyü”, sual 13033 (sayt 12763)
[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 71-ci cild, səh. 104, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri
[2] "Bəqərə” surəsi, ayə: 282-ci ayə
[3] Hürr Amili, “Vəsailuş-şiə”, 17-ci cild, səh. 11, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu qəməri il
[4] Kuleyni, “Üsuli kafi”, 3-cü cild, səh. 843, “Üsvə” nəşriyyatı, üçüncü çap, 1375-ci şəmsi il
[5] “Bəqərə” surəsi, ayə: 282
[6] Şeyx Səduq, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 1318, “Darur-Rəzi”, birinci çap, 1406-cı qəməri il
[7] Yenə orada
[8] Yenə orada