Allahın zahirliklərini (yəni o şeylər ki, Allah onlarda təcəlli tapa, zahir ola) ürək gözü ilə görmək düzgün və dəqiq mənada Allahı görməkdir. Bunun müxtəlif dərəcələri vardır. Baxmayaraq ki, onun əsil mərtəbəsi ancaq, salikin (seyr və süluk yolunda qədəm götürən şəxs) zatının fəna olmasından sonra hasil olur, amma onun tənəzzül dərəcələri və mərtəbələri salikin ürək gözü ilə ələ gətirdiklərinin nəticəsində baş verir.
İslami və şiəçilik etiqadında qəbul olunmuş rayət (görmək), Allahı ürək gözü ilə və iman gətirilmiş həqiqətlərlə görməkdir. Amma kəlam, fəlsəfə və İrfanda Allah bu üsul ilə görmədə müxtəlif nəzəriyyələr vardır. Əgər söhbət Allahı müşahidə etməkdə (görməkdə) bu məqama yetişməkdən gedirsə, təbiidir ki, gərək onun axtarışına əməli irfanda məşqul olaq.Amma ləkam, fəlsəfə və hətta nəzəri irfanda bu barədə ələ gələnlər, ya belə bir etiqadın cayiz olub- olmamasına aiddir, ya da bu etiqad barədə əqli və ümumi bəhslərə və onun mənasına şamil olur.
Bu barədə Quran və rəvayətlərdən istifadə olunan şey budur ki, möminlər, kafirlərin əksinə olaraq həmişə Allahın görüşünə ümidlidirlər. Möminlərin bəzisi bu dünyada, bəzisi axirətdə Allahın görüşünə yetişirlər. İrfanda da əsil budur ki, Peyğəmbərin (s) yolunu gedən mömin gərək bu dünyada seyr və sülukun ali dərəcəsində Allahın görüşünə yetişə. Çünki Peyğəmbər (s) bu məqama yetişib və mömində onun ardıcılıdır.
Buna görə də qeyd olubdur ki, namaz, möminin meracıdır. Bilirik ki, meracın nəhayəti Allahın görüşüdür. Sual budur ki, seyr və sülukun başlanğıcında olan şəxs üçün bu məqama yetişmək yolu vardırmı?
Yaxud bu mərtəbədən olan, Allahın zahir olmasını şəxsə daddıran və Allaha yetişməsi üçün seyr edəcəyi dərəcə vardırmı?
Bu barədə şeyx Səduqun "Tövhid" kitabında rəvayət zikr olunubdur ki, fikirləşməyə ehtiyacı vardır və onun barəsində müxtəlif təfsirlər (şərhlər) olunubdur. Ynilə o hədisi zikr edirik:
Əbu Bəsir deyir: Həzrət Sadiqə (ə) dedim: Möminlərinin qiyamət günündə Allahı görməsindən mənə xəbər ver. Buyurdu: Nəinki, qiyamət günü, bəlkə ondan qabaq da görərlər. Dedim ki, nə vaxt? Buyurdu: Onlara buyurduğu zaman. Buyurdu ki:
" أَ لَسْتُ بِرَبِّكُمْ" Mən sizin Allahınız deyiləm? " قالُوا بَلى" dedilər bəli, sən bizim Allahımızsan. Sonra həzrət (ə) bir müddət sakit qaldı və sonra buyurdu: Möminlər qiyamət günündən qabaq bu dünyada onu görərlər!... Sən belə deyilsən ki, həmin vaxt (yəni bu dünyada) onu görəsən?!
Əbu Bəsir deyir ki, o Həzrətə (ə) dedim: Sənə qurban olum mən, sizin bu sözünüzü bəyan edə bilərəm? Buyurdu: Yox!. Çünki, əgər sən bu sözü bəyan edəsən, bizim sözümüzün mənasına cahil olan (onun mənasını anlamayan) onu inkar edər və güman edər ki, bu küfr və oxşatmadır (təşbihdir). Əlbəttə ürəklə görmək gözlə görmək deyil. Allah, müşəbbihə (oxşatma) firqəsinin və mülhidlərin (dinsizlər) təsvir etdiyindən çox üstündür.[1]
Bu rəvayət, Feyz Kaşani kimi ariflərin sözlərində zahir olma (təcəlli) məqamında Allahı görməyə təfsir olunubdur.
Bu və buna oxşar rəvayətlərin sirri sadəliklə hasil olan və bəyan olunan deyil. Bununla belə əməli irfanda Allahın ürək gözü ilə görülməsi bəhsi barədə ünvanlara əl atmaq olar. Bunu bir irfani həqiqət kimi qəbul etmək, ona inanmaq və sonra onun doğruluğu haqqında çalışmaq lazımdır. Allahın zahirliklərini ürək gözü ilə görmək dəqiq mənada Allahı görməkdir. Bunun müxtəlif dərəcələri vardır. Baxmayaraq ki, onun əsil mərtəbəsi ancaq, salikin zatının fəna olmasından sonra hasil olur ki, həzrət Musa (ə) onu tələb etmişdi. Amma onun tənəzzül dərəcələri və mərtəbələri salikin ürək gözü ilə ələ gətirdiklərinin nəticəsində baş verir. O cümlədən Peyğəmbər (s) buyurub: Hər kim məni görsə haqqı görübdür.[2] Yəni Peyğəmbərin (s) camalını cilvələnmiş həqiqət ünvanına istər aşkarda (ayıqlıqda), ya yuxuda və yaxud mükaşifədə (büruz olma) görmək İlahi nişanələr güzgüsündə Allahı görmədən bir mərtəbədir. Bu camal İmamların (ə) camalında da görünməyə qabiliyyətlidir.
Bu isə Allahın görüşünə yetişmək üçün bir vasitədir. Buna əsasən buyurublar: Əlinin (ə) üzünə baxmaq ibadətdir.[3]
İslami irfanda olan eşq məktəbi həmin zahirliklərdə Allahı görmə məktəbidir. Hafiz, Mövlana, Əttarın və s... divanı bu məktəbin rəmz və sirləri ilə doludur.
Feyz Kaşaninin sözünə əsasən- Əbu Bəsirin rəvayətiinin izharında- Allahın təcəllisini hamı görür, amma insanların fərqi onu tanımaq və inanmaqdadır. Feyz Kaşaninin sözlərinin bir qismini "sirli kəlmələr" kitabından qeyd edirik:
"axmayaraq ki, həqiqətən mahiyyətinə "zatına) yol yoxdur. Çünki hər bir şeyi əhatə edəndir və başqa bir şey onu əhatə edən deyil, amma ismlərin simvolunda təcəlli tapma etibarı ilə hər bir mövcudda zahir olar və hər bir güzgüdə cilvələnə bilər. Quranda buyurduğu kimi: Hər yerə üz çevirəsiz Allahın üzüdür (surətidir).[4] Rəvayətdə buyurulur: Hətta əgər yerin ən aşağı təbəqəsinə enəsiz Allahı dərk edərsiz. Bu etibarla tanımağın və görməyin imkanı vardır. Bəlkə bu təcəlli hamı üçün vardır, lakin məxsus insanlar bilərlər ki, nə görürlər. Buna görə də deyiorlər: Hər nəyə baxdıq Allahı, ondan qabaq, ondan sonra və onunla birlikdə gördük. Amma avamlar bimirlər ki, nə görürlər. Necə ki, Quranda buyurur: Bil ki, onlar, Allahın görüşü üçün şəkkdədirlər! Bir halda ki, Allahın hər bir şeyə əhatəsi vardır.[5]
Dedim, sənə yetişmək arzusuna bir gün yetişəcəyəm?
Dedi, yaxşı bax. Bəlkə yetişmiş olasan!"[6]
İlahi zahir olmalarını ələ gətirmək üçün irfanda olan ümumi göstərişlər, ürəyin küfr, nifaq və Allaha şərik qoşmadan saflaşmasıdır. Sağlam ürək o ürəkdir ki, Allahdan başqasından boş ola və təkcə onda hazır olan Allah ola. Bu hazır olma Allahın ürəkdə təcəlli tapmasının müşahidəsi və bu təcəlliyə yəqinləşmək mənasınadır. Belə bir məqam ələ gələndir və ona yetişmək yolu da özündən və öz sevdiklərindən keçməkdir. Əməli irfanın həqiqi mənada bundan başqa hədəfi yoxdur.
Gündəlik həyatda insanların ancaq az bir hissəsi əməli şəkildə belə bir işi qəsd edirlər. Bununla belə bu, bütün insanların qarşısında qərar verilmiş yoldur və qiyamətin günündə onunla üzləşəclər (rastlaşacaqlar)
«قَدْ خَسِرَ الَّذينَ كَذَّبُوا بِلِقاءِ اللَّهِ حَتَّى إِذا جاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قالُوا يا حَسْرَتَنا عَلى ما فَرَّطْنا فيها»[7]
Allahın hüzurunda duracaqlarını inkar edən şəxslər, həqiqətən, ziyana uğrayacaqlar. Belə ki, saat (qiyamət günü) qəflətdən başlarının üstünü aldığı zaman deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza!"
Aid olan göstəricilər:
Sağlam ürək, 14780 (sayt: 14505).
[1] - Səduq, Ət- tövhid, səh 117, Babe ma caə fir- royət, hədis 20, Cameeye müdərrisin nəşriyyatı, Qum, 1357 hicri şəmsi.
[2] - Amuli, seyyid Heydər, Camiul- əsrar, səh 380, Elmi və fərhəngi nəşriyyatı.
«و صاحب هذا المقام هو الموسوم بالخليفة الأعظم و قطب الاقطاب و الإنسان الكبير و آدم الحقيقىّ، المعبّر عنه بالقلم الأعلى، و العقل الاوّل، و الروح الأعظم، و أمثال ذلك.و اليه أشار النبىّ- صلّى الله عليه و آله و سلّم «خلق الله آدم على صورته». و كذلك «من رآني فقد رأى الحقّ»
[3] - Şeyx Tusi, Əl- əmali, səh 350, Darus- səqafə, Qum.
[4] - Bəqərə surəsi, ayə 115.
[5] - Fussilət surəsi, ayə 54.
[6] - Feyz Kaşani, Möhsin, Əl- kəlimatul- məknunə fi ulumi əhlil- hikmət vəl- mərifət, səh 4 və 5, Tarixsiz, ünvansız. (Xülasə və əlavələrlə birlikdə).
[7] - Əl- ənam surəsi, ayə 31.