Elm və bilik, cahillik və nadanlığın əksidir. Elm və biliyə sahib olan şəxsə alim deyilir. Amma fəzl, bir şeyin artıq olmağına deyilir. Və onun ziddi nöqsandır. Başqalarına nisbətdə üstünlüyü olan şəxsə fazil deyirlər. Bu cəhətdən demək olar ki, hər bir elm üstünlükdür, amma hər üstünlük elm deyil. Məntiq dili ilə onların arasında "ümumi və xüsusi mütləq" vardır. Çünki hər bir alimə fazil demək olar, amma hər fazil alim deyil.
Elm və bilik, cahillik və nadanlığın ziddidir.[1] Və elm və biliyə sahib olan şəxsə alim deyilir. Amma fəzl, bir şeyin artıq olmasına deyilir[2] və onun ziddi nöqsandır.[3] Daha dəqiq ibarətlə desək elm, bir şeyin həqiqətini dərk etməkdir və iki növdür.
1.Bir şeyin zatını (mahiyyətini) dərk etmək (başa düşmək).
2.Sabit və mövcud olan bir şeyin vasitəsi ilə başqa bir şeyin varlığına hökm etmək yaxud ondan uzaq və mənfi olan bir şeyi inkar etmək.[4]
Rəvayətdə gəlibdir: Alimin yuxusu (yəni özünə və yaradana mərifəti olan şəxs) ibadətdir.
Buna əsasən, belə bir xüsusiyyətə, elmvə biliyə sahib olan şəxsə alim deyilir.
Fəzl, Quran ayələrində iki cür mənalandırılıb:
1.Üstünlük 2. Hədiyyə, ehsan və rəhmət.
Birincisi (üstünlük) mümkündür mənəvi ola: Məsələn:
«فَما كانَ لَكُمْ عَلَيْنا مِنْ فَضْلٍ ...»[5]
Sizin bizə üstünlüyünüz yoxdur.
«وَ لَقَدْ آتَيْنا داوُدَ مِنَّا فَضْلًا»[6]
Biz öz tərəfimizdən Davuda böyük bir üstünlük bağışladıq. Və mümkündür maddi ola: Məsələn:
«وَ اللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلى بَعْضٍ فِي الرِّزْقِ»[7]
Allah Taala ruzi cəhətindən sizin bəzilərinizi bəzilərinizə üstün etdi.
Amma ikincisi; məsələn:
«وَ لكِنَّ اللَّهَ ذُو فَضْلٍ عَلَى الْعالَمِينَ»[8]
Amma Allah- Taala camaat üçün ehsan və rəhmət sahibidir. Rağib İsfəhani deyir: Fəzl, ehsan sahibinə vacib olmayan ehsana deyilir. Yəni bəndələrə olunan ehsan, hədiyyə və rəhmət Allaha vacib deyil, bəlkə lütf və kərəm üzündəndir; çünki fərq, artıq olan şeyə deyilir. Bəndələrin ki, Allahın yanında haqqı yoxdur.[9] Hər kimin başqalarına nisbət üstünlüyü ola, ona "fazil" deyirlər.
Rəvayətdə İslam Peyğəmbərindən (s) hər iki məna söylənibdir:
«قال رسول الله: يَا عَلِيُّ نَوْمُ الْعَالِمِ أَفْضَلُ مِنْ عِبَادَةِ الْعَابِدِ يَا عَلِيُّ رَكْعَتَيْنِ يُصَلِّيهِمَا الْعَالِمُ أَفْضَلُ مِنْ أَلْفِ رَكْعَةٍ يُصَلِّيهَا الْعَابِد»[10]
Peyğəmbər (s) buyurub: Ya Əli! Alimin yuxusu abidin ibadətindən üstündür. Ya Əli! Alimin qıldığı iki rəkət namaz abidin min rəkət namazından üstündür.
Nəticə: Yuxarıda deyilən mətləblərə əsasən demək olar:
Hər bir elm fəzldir, amma hər fəzl elm deyil. Məntiq dili ilə onların arasında "ümum və xüsuse mütləq" vardır. Bu cəhətdən hər bir alimə fazil demək olar, amma belə deyil ki, hər fazil alim ola. Bunu da demək lazımdır ki, indi daha çox yerdə "fazil" ibarəti elmdə üstünlüyü olan şəxs üçün işlədilir.
[1] - Fərahidi, Xəlil ibni Əhməd, Əl- eyn, cild 2, səh 152, Hicrət nəşriyyatı, ikinci çap, Qum, 1410 hicri qəməri.
[2] - Müstəfəvi, Həsən, Ət- təhqiq, cild 9, səh 105, Kitab nəşri və tərcüməsi müəssisəsi, Tehran, 1360 hicri şəmsi.
[3] - İbn Mənzur, Məhəmməd ibn Mükərrəm, Lisanul- ərəb, cild 11, səh 524, Sadir evi, üçüncü çap, Beyrut, 1414 hicri qəməri.
[4] - Rağib İsfəhani, Hüseyn ibn Məhəmməd, Əl- müfrədat, təhqiq: avudi, Səfvan Ədnan, səh 580, Darul- elm əd- darul- şamiyyə, birinci çap, Dəməşq, Beyrut, 1412 hicri qəməri.
[5] - Əraf surəsi, ayə 39.
[6] - Səba surəsi, ayə 10.
[7] - Nəhl surəsi, ayə 71.
[8] - Bəqərə surəsi, ayə 251.
[9] - Qurşi, Seyid Əli Əkbər, Qamus, cild 5, səh 183- 185,Darul- kotobil- İslamiyyə, altıncı çap, Tehran, 1371 hicri şəmsi.
[10] - Şeyx Səduq Mənla yəhzuruhul- fəqih, cild 4, səh 367, Cameye Müdərrisin nəşriyyatı, Qum, 1413 hicri qəməri.