Oynamaq və musiqi, bir- birindən ayrı iki mövzudur ki, hər birinin özünə məxsus hökmü vardır. Yəni haram oynamaq ilə haram musiqinin bir yerdə olması halında bunları yerinə yetirən şəxs ayrı- ayrılıqda iki haram işə mürtəkib olur.
Fəqihlərin əksəriyyəti mütrüb və eyş- nuş məclislərinə münasib musiqini haram bilirlər, amma bəziləri hər bir musiqini haram bilir və onun növlərinin arasında fərqi qəbul etmirlər.
Oynamaq barədə gərək deyək ki, oynamağın tərifində müxtəlif əsaslar vardır: bəziləri deyirlər: Oynamaq, özünə uyğun (biçimli) hərəkətlərdir ki, eyş- işrətə xatir yerinə yetirilir. və bəziləri deyirlər: Hər bir əməl ki, ürfdə ona oynamaq deyirlər, oynamaq hökmləri ona şamil olur.
Onun hökmü barədə də bir dəstə onu (oynamağı) qəti surətdə haram bilir və başqa bir dəstə isə haramlığını, fəsad yaxud haram işlə birlikdə olduğu halda bilirlər. Hər bir halda əgər haram oynamaq və ya haram musiqi dinləmək ünvanı idman hərəkətlərinə aid olmaya, maneəsi yoxdur və belə işlərdə lazımdır ki, hər bir mükəlləf öz mərcəi- təqlidinə müraciət edə.
Qeyd olunan suala cavab verməzdən öncə lazımdır ki, "Tərəb (şadlıq, şənlik)" "ləhv (eyş, işrət") və "eyş- işrət məclisləri" istilahlarından məqsəd aydınlaşa. Çünki, bunlar haram musiqinin göstəriciləridir (Əlamətləridir).
1. Tərəb: Yüngül xasiyyətlilik halına deyilir ki, mahnı ya təranə eşitməklə insanın canında (ruhunda) əmələ gəlir və onu mötədillik (mülayimlik) halından çıxarır. Bu iş təkcə şadlıq halına məxsus deyil, bəlkə mümkündür qəmli və hüznlü təranələrdən də yarana.[1]
2. Ləhv: Fəqihlərin ləhv kəlməsimnən məqsədləri, bəstələnmiş mahnının əyyaşlıq və fəsad məclisləri ilə uyğunluğundan ibarətdir. Yəni mümkündür bir nəğmə şadlandıran olmaya, amma fasiqlərin iclaslarında yayılmış nəğmələrdən ola.[2]
3. Eyş- işrət məclisləri: Məqsəd, əyyaşlıq, şəhvətpərəstlik, oynamaq və rəqs etmək üçün təşkil olunan məclislərdir və dindarların ürfündə günah məclislərindən hesab olunur.[3]
Bu müqəddiməyə diqqət etməklə musiqi denləmək barəsində mərcəi- təqlidlərdən bəzisinin nəzəriyyələrinə işarə olunur: Fəqihlərin əksəriyyəti "ləhvi" olan musiqi növünü haram bilirlər nəinki, bütün musiqi növlərini. Bəzisi mətrəb musiqini dinləməyi də haram bilirlər.[4]
Həzrət Ayətullah üzmalar imam Xomeyni (r), Xaminei, Sistani, Fazil Lənkərani (r) və Məkarim Şirazi buyururlar: Mütrüb olan hər bir növ musiqini bəstələmək və ona qulaq asmaq cayiz deyil. Haramlıqda meyar musiqinin şad və ya qəmli olması deyilŞ, bəlkə meyar, mütrüb olub- olmamasıdır.[5]
Gülpayqani (r.h): Musiqini eşitmək və ya onu səsləndirməyi qəti surətdə (istər ləhvi və mütrüb olsun ya olmasın) haramdır.[6]
Safi Gülpayqani: Camaatın (ürfün) musiqi bildiyi hər bir şeyi dinləmək, bəstələmək, öyrənmək, öyrətmək və onun adətlərini satmaq (qəti şəkildə) haramdır.[7]
Nuri Həmədani: Mütrüb və ləhvi sayılan, xoşgüzəranlıq və günah məclislərinə münasib mahnılara qulaq asmaq caiz deyil.[8]
Vəhid Xorasani: Xoş güzəranlıq və günah məclislərinə münasib hər bir ləhvi mahnıya qulaq asmaq caiz deyil.[9]
Bəhcət (r.h): Ləhvə (eyş- işrətə) məxsus olan adətlərin səsləndirilməsi ləhvdən başqa yerdə vacib ehtiyata əsasən caiz deyil və onların ləhvdə (eyş- işrətdə) səsləndirilməsi qəti şəkildə lazımdır və mütrib musiqini də dinləmək haramdır.[10]
Təbrizi: Xoş güzəranlıq məclislərinə uyğun olan musiqi ləhvi musiqidir və onu səsləndirmək və qulaq asmaq haramdır.[11]
Bütün müctəhidlərin rəyinə əsasən əgər musiqi haram növdən ola,[12] onun həyəcanlandırıcı olub- olmaması, qəmli ya şad olması, radio- televizor yaxud başqa yerdən yayımlanmasının onun haram olmasında heç bir təsiri yoxdur.[13]
Buna əsasən baxmayaraq ki, idman özü- özlüyündə maneəsi yoxdur, amma həmin idmanlarda haram musiqiyə qulaq asmaqla caiz deyil. Baxmayaraq ki, idmandan məqsəd sağlamlıq və buna oxşar şeylərdir.
Amma sualın başqa bir hissəsi ki, rəqs və idman hərəkətləri barəsindədir, gərək deyək ki, əgər bu idman hərəkətləri rəqs ünvanına aid edilsə, rəqs hökmü ona da aid olacaq. Musiqinin haramlığı rəqsin haramlığından ayrıdır və rəqsin özünə məxsus hökmü vardır.
Rəqs barəsində mərcə alimlərinin tərifi fərqlidir:
Həzrət Ayətullah üzmalar: İmam (r), Bəhcət (r), Təbrizi (r), Xaminei, Sistani, Fazil (r.h) və Gülpayqani: Hər bir əməl ki, ürf ona rəqs deyə.
Məkarim Şirazi: Rəqs, ritmli hərəkətlərdir ki, eyş- işrət məqsədinə yerinə yetirilir.[14]
Buna əsasən əgər bir yerdə rəqs ünvanı ona deyilmiş ola, onun hökmü mərcə alimlərinin nəzərində aşağıdakı şərhlədir:
İmam Xomeyni (r.h): Vacib ehtiyata əsasən qadınların hər yerdə oynamağı istər toy, istərsə də ad günləri məclislərində caiz deyil, qadının öz həyat yoldaşı üçün oynamasından başqa.[15]
Həzrət Ayətullah Gülpayqani: Qadının öz həyat yoldaşı üçün oynamağından başqa hallar haramdır.[16]
Həzrət Ayətullah Əraki: Rəqsin maneəsi vardır.[17]
Həzrət Ayətullah Bəhcət: Rəqsin qəti şəkildə maneəsi vardır.[18]
Həzrət Ayətullah Saafi Gülpayqani: Ancaq qadının öz həyat yoldaşı üçün oynamağı caizdir və bundan başqa hallar haramdır.[19]
Həzrət Ayətullah Vəhid Xorasani: Vacib ehtiyata əsasən qəti şəkildə oynamaq caiz deyil.[20]
Həzrət Ayətullah Sistani: Vacib ehtiyata əsasən caiz deyil qadın və ərinin oynamağından başqa, o da o yerdə ki, başqası olmaya.[21]
Həzrət Ayətullah Məkarim: Təkcə qadının əri üçün oynamağı caizdir, bundan başqalarının maneəsi vardır.[22]
Həzrət Ayətullah Xamneyi: Əsil oynamağın maneəsi yoxdur, əgər haram bir işə səbəb olmasa. (məsələn haram şəhvətin həyəcanlandırılması, musiqi dinləmək və s.) və bu məsələdə oynamağın növləri arasında fərq yoxdur.[23] Yenə buyurur: Ümumi şəkildə əgər oynamaq, şəhvətin həyəcanlandırılması, haram işin yerinə yetirilməsi və yaxud əxlaqsızlıqla nəticələnə, haramdır.[24]
Əgər qadının əri üçün (yaxud əksinə) oynamağı haram işlə birlikdə olmasa maneəsi yoxdur.[25]
Əgər qadının əri üçün (yaxud əksinə) oynamağı haram işlə birlikdə olmasa maneəsi yoxdur.[26]
Həmçinin mərcə alimlərinin cavabı bu sual üçün ki, qadın yaxud kişi edə bilərmi təklikdə və başqalarının gözündən uzaq (hətta öz həyat yoldaşının) idman etmək məqsədilə oynaya? Bu şərhlədir:
Ayətullahlar imam (r.h), Təbrizi, Xaminei və Sistani: Maneəsi yoxdur, amma yaxşıdır ki, mömin ləhvdən çəkinə.[27]
Ayətullahlar Bəhcət, Fazil, Nuri və Vəhid: Vacib ehtiyata əsasən caiz deyil.[28]
Nəticə budur ki, əgər oynamaq yaxud haram musiqi dinləmək ünvanı[29] idman hərəkətlərinə aid edilə maneəsi vardır və əgər bu cür olmasa maneəsi yoxdur və belə işlərdə lazımdır ki, hər bir mükəlləf öz mərcəyi təqlidinə müraciət edə.
Hər halda qeyd olunan sual mərcələrin katibliyinə (dəftərxanasına) göndərilib və alınan cavablar aşağıdakılardır:
Həzrət Ayətullahül- üzma Məkarim Şirazinin katibliyi (dəftərxanası).
Əgər musiqi, ləhv və əxlaqsızlıq məclislərinə uyğun olmaya maneəsi yoxdur.
Həzrət Ayətullahül- üzma Xamineinin katibliyi:
Əgər musiqi ləhvi (əxlaqsız, eyş- işrət) olmaya maneəsi yoxdur və onu müəyyən etmək mükəlləfin öz öhdəsindədir.
Oynamaq əgər şəhvətin oyadılmasına, haram işin yerinə yetirilməsinə yaxud əxlaqsızlığa səbəb ola və ya qadın naməhrəm kişilərin arasında oynaya, haramdır.
Həzrət Ayətullahül- üzma Saafi Gülpayqaninin katibliyi:
İdman öz- özlüyündə yaxşıdır, amma əgər musiqi alətləri və ya oynamaqla birlikdə ola, caiz deyil. Allah alimdir.
Əlaqədar göstəricilər:
1. Göstərici: Musiqinin halal və haramlıq dəlilləri, sual 388 (sayt: 401).
2. Göstərici: Halal musiqini haramdan tanımağın yolu, sual 14034 (sayt: 13806).
3. Göstərici: Musiqinin xasiyyəti və haramlığı, sual 1078 (sayt: 1256).
4. Göstərici: Musiqinin haramlıq dəlilləri, sual 16428. (sayt: 16467).
5. Göstərici: Yayımlardan musiqi dinləməyin hökmü, sual 1358 (sayt: 1381).
6. Göstərici: İdman məqsədi ilə oynamağın hökmü, sual 18374 (sayt: 17944).
7. Göstərici: Hədislərdə oynamağın haramlığı, sual 12886 (sayt: 12652).
[1] - Tələbəlik sualları və cavablar (musiqinin hökmləri), Şəhid Müctəba Hüseyni, səh 40.
[2] - Həmin, səh 41.
[3] - Həmin, səh 42.
[4] - Tozihul- məsaile mərace, cild 2, səh 813 və 913; Məsaile cədid, cild 1,səh 47.
[5] - Qadın və kişi ilə əlaqəli hökmlər, Seyid Məsud Məsumi, səh 227.
[6] - Həmin, səh 228.
[7] - Seyid Möhsin Mahmudi Məsaile cədid, mərace və alimlərin nəzərindən, səh 54.
[8] - Tələbəlik sualları (musiqinin hökmləri), seyid Müctəba Hüseyni, səh 43.
[9] - Həmin.
[10] - Tozihul- məsail risaləsi, müxtəlif məsələlər, səh 3, məsələ 20.
[11] - Seyid Məsud Məsumi, Qadın və kişi ilə əlaqəli hökmlər, səh 228.
[12] - Əlbəttə bəyan olduğu kimi mərcə alimlərindən bəziləri musiqinin bütün növlərini haram bilirlər.
[13] - Musiqinin hökmləri və qadın və kişi ilə əlaqəli hökmlərə müraciət oluna.
[14] - Seyid Müctəba Hüseyni, Tələbəlik sualları və cavablar, (musiqinin hökmləri), səh 84.
[15] - Seyid Möhsin məhmudi, Məsaile- cədid, mərace və alimlərin nəzərindən, səh 203.
[16] - Həmin.
[17] - Həmin.
[18] - Həmin.
[19] - Həmin.
[20] - Həmin.
[21] - Həmin.
[22] - Həmin.
[23] - Seyid Məsud Məsumi, Qadın və kişi ilə əlaqəli hökmlər, səh 219.
[24] - Tozihul- məsail. (İmam Xumeyninin haçiyələri), cild 2, səh 970
[25] - Həmin.
[26] - Seyid Müctəba Hüseyni, Tələbəlik sualları və cavablar (musiqinin hökmləri), səh 84.
[27] - Həmin.
[28] - Həmin.
[29] - Yaxud bəzi əsaslara uyğun haram oynamaq.