Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var:
- İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir:
a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur.
b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın qəbul etdiyi və tam ixtiyarlı bir hakim və hökumət iş başına gəlsə, məzlumların haqqını zalımlardan alar və ədaləti icra edər.
c)- Müsəlmanların müstəqilliyi və əziz olmaları. Fəqihlərin dedikləri "nəfyi səbil qaydasını nəzərə almaqla, şeyx də bu qaydanı ümumi sayıb və fiqhin müxtəlif bölümlərində icra edir və bu yolla müsəlmanların müstəqillik və əziz olmalarını açıqlayır.
2. İslam hökumətinin nüfuz dairəsi: Şeyxin nəzərində bir neçə yerdə İslam hökumətinin nüfuz dairəsi var. bu yerlər aşağıdakılardırlar:
a)- Dini təlimlərin və hökmlərin açıqlanması.
b)- Cəmiyyətdə məhləməyə diqqət.
c)- Siyasət və camaatın işlərini idarə etmək.
Şeyx Tusinin kitablarında yuxarıdakı yerlərə müsbət baxışı olub və onları təsdiqləyir.
3.Camaat və hökumət. Bu barədə də, camaat və hökumətin qarşılıqlı əlaqələrini nəzərə alıb və camaatın rolu və camaat və rəhbərliyin iki tərəfi nəzarətinə diqqət çəkmişdir.
Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var:
- İslam hökumətinin hədəfləri
İlahi və dini bir hökumətdə istənilən hədəflər var ki, onların bəzisinə işarə edirik:
a). Cəmiyyətdə nəzm və əmin- amanlıq: Nəzm və əmin- amanlıq iki çox mühüm olan mövzu və hər yerdə camaatın ilk ehtiyaclarındandır. O olmadıqda, cəmiyyət məhvə doğru gedir.
Şeyx Tusi kitablarının bəzisində elə cümlələr işlədib ki, nəzmsizlik və əmniyyətsizlikdən yaranan hərc mərclik və fəsad burulğanına düşən camaatı xilas etmək üçün, hökumət sayəsində nəzm və əmniyyətə diqqət edilməsinə işarə edir.[1]
b)- İctimai ədalətin genişlənməsi: Qurani- kərim ayələrin birində buyurur:
«لَقَدْ أَرْسَلْنا رُسُلَنا بِالْبَيِّناتِ وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْميزانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ»[2]
həqiqətən, biz elçilərimizi açıq- aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və (ədalət əsasında olan) tərəzi nazil etdik ki, insanlar (bir- biri ilə) ədalətlə rəftar etsinlər...
Buna əsasən, Peyğəmbərlər və İlahi rəhbərlərin hədəflərindən biri, onların proqramlarının ən ilki olan ictimai ədaləti genişləndirməkdir. Cəmiyyətdə ədalətin olması mövzusu o qədər mühümdür ki, Allahın rəsulu (s) məşhur bir hədisdə buyurur: Hökumət və rəhbərlik küfrlə qalar, amma zülmlə qalmaz".[3]
Şeyx bu fikirdədir ki, əgər camaatın qəbul etdiyi və tam ixtiyarlı bir hakim və hökumət iş başına gəlsə, mühüm budur ki, məzlumların haqqını zalımlardan alacaq. Çünki bu iş baş verdikdə, o cəmiyyətdə yaşayan insanlar, xoşbəxtlik və yaxşı işlərə yetişir və fəsad və bədbəxtlikdən uzaqlaşarlar. Əgər tam ixtiyarlı bir hökumət iş başında olmasa, fəsad hər yeri bürüyər və həyatda özbaşınalıq baş verər.[4]
c)- Müsəlmanların müstəqilliyi və əziz olmaları: Şiənin böyük fəqihlərinin müzakirə etdiyi mövzulardan biri, fiqh məsələsindəki "nəfyi səbil qaydasıdır." Onlar bir tərəfdən İslamın digər səmavi dinlərin ardıcılarına hörmət bəslədiyini xatırladıb və deyirlər: "Digər səmavi dinlərin ardıcıllarının da, müsəlmanlar kimi hüquqları var, "digər tərəfdən də, bu mühüm məsələni qeyd edirlər ki, İslam cəmiyyəti və İslamdan qaynaqlanan hökumət zalım olmadığı bir kəsə ya bir cəmiyyətə zülm etmədiyi və zülmə boyun əymədiyi kimi, kafirlərin onlara hakim olmalarını qəbul etməməlidirlər. Bu qaydanı Quran ayələrindən əldə olunduğunu bilib və deyirlər:
«ولن یجعل الله للکافرین علی المؤمنین سبیلاً»[5]
"Allah heç vaxt kafirlərə möminlərin üzərində hakimliyə bir yol göstərməz".
Şeyx Tusi də, fiqhi mövzuların müxtəlif yerlərində bu ayəyə istinad edib və onu təsdiq edərkən deyir:
«و ذلک عام فی جمیع الاحکام الا ماخصه الدلیل»[6]
"Bu qayda ümumidir və hökmlərin hamısında gəlir. Yalnız xüsusi sübutun istisna etdiyi yerlərdən başqa".
İslam hökumətinin nüfuz dairəsi:
Hər bir hökumətdə, onun ixtiyar və nüfuz dairəsi, onun sahibləri və baş bilənlərinin düşüncəsinə əsasən formalaşır. İslam da, bəyəndiyi hökumət və onun dini hakimləri üçün, hökumətin nüfuz dairəsinin ərsələrini açıqlamışdır.
Şeyx Tusi də, böyük fəqih olaraq, İslam nəzərindən hökumətin hpmumətin dairəsini açıqlayıb və təsvirə çəkibdir. Dediklərimizdən aydın oldu ki, Şeyxin njəzərində, hökumət Allah- Taalanın hakimiyyətinə əsasən yaranmalıdır. Bu mühüm vəzifə, ilk öncə Peyğəmbərlər və İmamların öhdəsindədir ki, elə xüsusiyyətləri varlarıdır ki, İslam cəmiyyətini inkişaf etdirib və dini hədəflərə doğru yönəldə bilərlər. Qeybət dövründə də, bu rəyhbərlik davam edib və şiənin fəqihlərinin nüfuz dairələri olub və bəzi vəzifələri phdələrinə götürürlər ki, onların bəzisinə işarə edirik:
a)- Dini təlimləri və hökmləri bəyan etmək
Bu vəzifə ilk öncə İlahi Peyğəmbərlərin öhdəsində olub və onlardan sonra, vəsi və canişinlər bunu davam etdirdilər. Qeybət zamanında da, böyük fəqihlər buyurur: Bizim (şiələrin) yanımızda belə qərara gəlinibdir ki, hökmləri bəyan etmək və fətva vermək vəzifəsini, qeybət zamanında siyasi- ictimai hadisələr barəsində hökm verməyi qərar verməyi əməldə icra etməyi öhdələrinə qoyulan şəxslərdir. Onlar (alimlər və fəqihlər) bu məqam və dərəcələrin daşıyıcıları, şiələridirlər.[7]
b)- Cəmiyyətdə qaziliyə diqqət
Qazilik və məhkəmə təkcə İslamda deyil, əksinə İslami Peyğəmbərlərin dinində diqqətə layiq olubdur. İnsanlar arasındakı mübahisə və ixtilafları həll etmək üçün, məhkəmə zəruri bir işdir.
Qurani- kərim buyurur:
«یا داود انا جعلناک خلیفة فی الارض فاحکم بین الناس بالحق...»[8]
"Ya Davud! Həqiqətən Biz səni yer üzündə xəlifə (canişin və əvvəlki Peyğəmbərlərə xələf) etdik. Buna görə də, insanlar arasında ədalətlə hökm et..."
Cəmiyyətdə ədalətli məhkəmə sustemi olduqda, məzlumlardan himayət olunar və zalımların qarşısı alınacaq. Ona görə də, İslam məktəbində, mühüm və təsirli vəzifələrdən biri, qazilik və hakimlik mövzusudur ki, xüsusi şəraitdə baş verir və İslam hökuməti və siyasi sistemdə çoxlu təsiri vardır.
Şeyx Tusi qaziliyi vaciblərdən biri sayır ki, səlahiyyətli şəxslərdən bir dəstəsi onu öhdələrinə alıb və iş görməlidirlər. Bu barədə deyir: "Amma camaat arasında hökm etmək və bir- birləri ilə ixtilafları olan insanlar arasında qazilik, haqq hakimin ona belə bir icazəni verdiyi şəxsin buna haqqı çatır. Bu işi Məsum (ə) (İmamların özü cəmiyyətdə hazır olmadıqda) şiə fəqihlərinin öhdəsinə qoyubdur. Buna əsasən, bacaran hər kəs, hakimlik etməlidir..."[9]
C)- Cəmiuyyətin işlərini idarə etmək və siyasət
Hakim vəzifələrində əsas olan məsələ, siyasət və cəmiyyətin işlərini idarə etməkdir ki, keçən mövzuları da əhatə edir. Yəni məhkəmə və qazilik üçün müəyyən şəxsləri təyin etmək, siyasətin cilvələrindən biridir. Onun digər bir cilvəsi, İlahi əmr və hədləri icra etməkdir.
Çünki, əgər cəmiyyətdə hədlər və təzirlər icra olmasa, fasid insanlar cəmiyyəti hərc- mərcliyə apararlar. Amma qanun və hədləri icra etməklə, cəmiyyətdə rahatlıq hakim olacaq.
İşləri idarə etməyin cilvələrindən biri, düşmənlərlə cihad və döyüşdür. Şeyx Tusi bu barədə deyir: Düşmənlərlə mübarizə və camaatı müdafiə etmək, İmam (ə)- ın vəzifələrindən biridir.[10] Təcavüzkar düşmən İslam məmləkətinə hücum etdikdə, hamının vəzifəsi müdafiə etməkdir və İmamın (ə) hazır olması şərt deyil.[11]
Siyasət və idarəçiliyin digər cilvələrindən biri, siyasi sistemin mali və iqtisadi quruluşunu tənzimləməkdir. Çünki, mali mənbələr və onu paylaşmaq, hər bir hökumətin və sistemin əsas məsələlərindən biridir. Şiə fiqhində, zəkat, xums, cizyə, ənfal və başqaları kimi mövzular, mali mənbələr adı ilə qeyd olunubdur ki, İslam cəmiyyətinin rəhbəri, onları cəm etmək və münasib yerində paylamaq üçün, addım atmalıdır.
3.Camaat və hökumət
İlahi və səmavi təlimlər arasında olan dini hökumətdə, dinin qanunları cəmiyyətdə icra olunmalıdır. Camaatın rolu və camaat və rəhbərliyin qarşılıqı nəzarəti diqqətə layiqdir. Bir tərəfdən, rəhbərlik cəmiyyət işləri barəsində qərar vermək üçün camaatla məsləhətləşir, sonra qərar verir. Digər tərəfdən isə, əhali hökumət işlərinin axırına nəzarət edir və faydalı təklif və tənqidlərini əsirgəmirlər.
Şeyx Tusi kəlami kitab olan "Təlxisuş- şafi" kitabında, əvvəlcə ümmətin imamın vücudundan əldə etdikləri mənffətləri qeyd edir. Sonra camaatın vəzifəsini izah edir və deyir: "Camaatın İmamdan əldə etdikləri fayda üç qisimdir. Onun bir qismi İlahi fel lədir. Digər qismi İmam yerinə yetirir. Üçüncü hissəni camaatın özü yerinə yetirirlər. İlahi fel və vəzifə budur ki, Allah İmamı yaradıb, onu elmlərlə qüdrətli edib, bu böyük mövqe və rolu icra etmək imkanlarını onun ixtiyarına vermiş və onu bu böyük məsuliyyəti qəbul etməyə vəzifəli edibdir. İmam tərəfdən olan digər hissə, bu vəzifəni qəbul etmə, özünü hazırlama və belə bir mühüm iş yerinə yetirməyə lazımi şəraiti yaratmaqdır.
Üçüncü hissə, bu sahədə camaatın mövqeyini müəyyənləşdirir. Şeyx Tusi ona işarə edərkən camaatı vəzifəli bilir ki, özlərini İmama tabe etsinlər və onun siyasi qüdrətinin mökhəmlənməsi üçün lazımi şəraitləri hazırlasınlar ki, imam bu yolla işləri nəzm- intizama sala bilsin.[12]
Bu əsasda Şeyx Tusinin nəzərlərinin arasından yaxşılığa əmr və pislikdən çəkindirmə barəsində danışmaq açıqlana bilər ki, müxtəsər olmağa riayət etmək səbəbindən, onun barəsində danışmırıq.
[1] - Şeyx Tusi, Əl- iqtisadul- hadi, səh 183.
[2] - Hədid surəsi, ayə 25.
[3] - Şeyx Mufid, Əmali, səh 310.
«قوله صلی الله علیه و آله: الملک یبقی مع الکفر ولایبقی مع الظلم»
[4] - Əl- iqtisadul- hadi, səh 183.
[5] - Nisa surəsi, ayə 141.
[6] - Şeyx Tusi, Əl- məbsut, cild 2, səh 167, Əl- xilaf, cild 3, səh 188.
[7] - Təlsisuş- şafi, cild 1, səh 131.
[8] - Sad surəsi, ayə 26.
[9] - Şeyx Tusi, Ən- nihayə, səh 301.
[10] - Ər- rəsailul- əşr, səh 112.
[11] - Əl- məbsut, cild 2, səh 8.
[12] - Şeyx Tusinin siyasi düşüncəsi, səh 96, Təlxisuş- şafidən nəql olunmaqla, cild 1, səh 106.