Həmd, mədh və şükr lüğətdə və termində:
1. "Həmd" kəlməsi lüğətdə ibadət və sitayiş mənasındadır,[1] terminində isə ibadətdir: Bəyənilmiş iş və sifət ki, ixtiyari olaraq həyata keçirilir.[2]
2. "Mədh" kəlməsi də sitayiş mənasında işlədilmişdir,[3] və bir cəhətdən həmd və mədh bir mənada işlədilmişdir;[4] amma həmdlə olan fərqi budur ki, mədh insan ixtiyarından kənar olan bəyənilmiş işə şamil olur.[5]
Bu açıqlama çərçivəsində həmd və mədh arasında olan fərq məlum olur. Başqa bir nöqtə budur ki, Allaha həmd etmək, onun məqamı və fəziləti[6] bərabərindədir.
3. "Şükr" kəlməsi, nemətləri yad etmək və onu aşkar etməkdir.[7] Fars dilində də sitayiş etmək kimi gəlmişdir.[8]
Allah tərəfindən şükr yəni savab verməkdir[9] ki, Allaha bu cəhətdən şakir və şükr deyilir.[10]
Şükr və həmd arasında bir neçə nəzəriyyə vardır ki, onlardan nümunə üçün iki nəzəriyyəyə işarə olunur:
A. Şükr müəyyən nemət qarşısında dil, ürək və bədənin digər üzvləriylə həyata keçirilir; bu zaman dilə olunan şükr onlardan biri hesab olur.[11]
B. Həmd, gözəl sitayiş deməkdir bu məqsədləki, nemətlərin qarşısında baş əyib təşəkkürünü bildirsin.
Bəs şükr nemətlər qarşısında təzim etməkdir.[12]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Lisanul- ərəb, cild 3, səh 155; Əl- əyn kitabı, cild 3, səh 188 və 189, "Əl- həmd" kəlməsi. Fərhənge Əbcədi Ərəbi, farsi, səh 25.
[2] - Təbatəbayi- Seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril Quran, cild 1, səh 19, Dəftəre intişarate İslami, Qum, beşinci çap, 1417, hicri qəməri; Hüseyni Həmədani, Seyyid Məhəmməd Hüseyn, Ənvare derəxşan, təhqiq, Behbudi, Məhəmməd Baqir, cild 1, səh 15, Kitab fruşiye Lütfi, Tehran, birinci çap, 1404, hicri qəməri.
[3] - Lisanul- ərəb, cild 2, səh 589 "Əl- mədh" kəlməsi.
[4] - Zəməxşəri, Məhmud, Əl- Kəşşaf ən həqaiqu Fəvamizul- tənzil, cild 1, səh 8. Darul kitab əl- ərəbi, Beyrut, 1407. Hicri qəməri.
[5] - Əl- mizan fi təfsiril Quran, cild 1, səh 19; ənvare derəxşan, cild 1 səh 15.
[6] - Əl- müfrədat fi cəbiril Quran, səh 256.
[7] - Lisanul- ərəb, cild 4, səh 423; Əl- müfrədat fi qəbiril Quran, 461. Əl- təhqiq fi kələmati əl- Quranil kərim, cild 6, səh 99 və 100. "Əl- şükr" kəlməsi.
[8] - Əl- təhqiq fi kələmatil Quranil kərim, cild 2, səh 280; fərhənge əbcədi ərəbi- farsi, səh 81 və 512.
[9] - Lisanul ərəb, cild 4, səh 423.
[10] - Bəqərə surəsi, ayə 158 və Fatir surəsi ayə 30.
[11] - Əl- kəşşaf ən- həqaiqi cəvazimul tənzil, cild 1, səh 8- 9.
[12] - Məcməul Bəhreyn, cild 3, səh 39 "Əl- həmd" kəlməsi.