"Çox şəkk edən üçün şəkk yoxdur" qaydasına əsasən kəsiruş- şəkk (çox şəkk edən adam) şəkkinə etina etməli deyil. Fəqihlərin əksərinin nəzərinə əsasən, bu qayda namazın özünə məxsus deyil, bəlkə onun dəstəmaz, qüsl və təyəmmüm kimi müqəddimələrinə də şamil olur, habelə həcc, alış veriş və etiqadlar kimi mürəkkəb ibadətlərədə şamil olur.
Bunlar nəzərlərinə görə bir sıra dəlillər bəyan edirlər: "Çox şəkk edən üçün şəkk yoxdur" qaydası kimi ki, ümumiliyi yetirən bir illətdir. Bir şərtlə ki, bu şəxs kəsiruş- şəkkin şəraitinə sahib olsun və onun şəkki vəsvəsə üzündən olmasın, bir cür ki, üsrfdə ona çox şəkk edən desinlər.
"Çox şəkk edən üçün şəkk yoxdur" qaydasına əsasən, kəsiruş- şəkk (çox şəkk edən adam) şəkkinə etina etməli deyil, amma bu qayda- ibadətdən əlavə alış- veriş, həqqunnas, etiqadlar və... kimi başqa işlərədə şamil olur ya yox? Bu barədə bir neçə nəzəriyyə var:
Bir: Əksər fəqihlərin nəzəri:
əksər fəqihlərin nəzərinə əsasən bu qayda namaza məxsus deyil, bəlkə onun dəstəmaz, qüsl və təyəmmüm kimi müqəddimələrinə də şamil olur, habelə həcc və alış- veriş kimi mürəkkəb ibadətlər və etiqadlara da şamil olur. Bunlar nəzərlərinə görə bir sıra dəlillər bəyan edirlər; bunun kimi ki "çox şəkk edən üçün şəkk yoxdur" qaydası ümumiliyi yetirən bir illətdir.[1]
Bir şərtlə ki, bu şəxs kəsiruş- şəkkin şəraitinə sahib olsun və onun şəkki vəsvəsə üzündən olmasın bir cürə ki, ürfdə ona çox şəkk edən desinlər; bu cəhətdən, deyiblər:
- Vəsvəsədən doğan şəkkə, etina etmək lazım deyil.[2]
- İnsan qonaqlığa gedərkən, yemək istədiyi yeməyin halal olmasına çox şəkk edir. Şəkkinə etina etməli deyil gərək bənanı halallığa qoysun.[3]
- Həqqunnas işlərində, vasvası adam şəkkinə etina etməli deyil və gərək bənanı əməlin və işin düzgün olmasına qoysun.[4]
- O kəsin vəzifəsidir ki, bütün ibadi və qeyri ibadi işlərdə müxtəlif şəkklər edir, budur ki, əgər çox şəkk edənin şəraitinə sahibdirsə, şəkklərinə etina etməli deyil.[5]
- O kəslər ki, Allaha və İslam Peyğəmbərinə (s) imanları var, amma onlar üçün çoxlu vasvasılıq tapılır, mütaliə və axtarışa başlayırlar, onlar pakdrlar və bu vasvasılığın heç bir zərəri yordur[6] yəni kafir sayılmazlar və nəcis deyillər.
İki: Fəqihlərdən bir dəstənin nəzəri:
Amma fəqihlərdən bir dəstəsi bu qaydanı ancaq namaza məxsus bilirlər və onun başqa yerlərdə istifadə olunmadığını bildirirlər. Bəlkə deyirlər başqa yerlərdə onlara məxsus olan hökmlərə əməl etmək lazımdır.[7]
Bu hissədə şəkk və şübhə haqqında bir sıra nöqtələri bəyan edirik:
Bir. Vəsvəsə, şəkk, şübhə və təzəlzül şeytani əməllərdəndir; necə ki, xatircəmlik, yəqin və sabitlik rəhmani və mələluti feyzlərdəndir. Şeytan Allah bəndələrini düzgün və doğru yoldan çıxartmaq üçün müxtəlif vəsilələrdən və hilələrdən istifadə edir və özü ki, məkrlidir insanları yoldan çıxartmağın yolunu onların hazırladıqlarının əsasında seçir və həmin yoldan daxil olur. Bu vəsvəsələrlə mübarizə etməyin ən yaxşı yolu, şeytani vəsvəsələrə etinasızlıqdır. Şeytan insanı pisliyə dəvət edərkən insan gərək fikrini başqa şeylərlə məşğul etsin.
İki. İnsan ağıla və fikirə sahib olan bir varlıqdır, doğru yolu tanımalı və ondan ayrılmamalıdır. Məlumdur ki, bu yolun elmi çalışmaya və münəzzəm fikirə ehtiyacı vardır ki, şəxs bu yolla özü üçün mənalı bir dünya qursun və o dünyada "pak həyata" əl tapsın.
Bu yolda nə qədər çalışılsa azdır və hər kəs mərifət qazanmaq üçün çalışmalıdır. Bu məqsəd üçün addım- addım əqidə köklərini möhkəmləndirmək lazımdır ki, bütün təhlükələrdən suğortalansın və heç bir ziyan və sədəmə görməsin.bu hərəkətin birinci nöqtəsi "varlıq aləmi və insan varlığı" haqında mütaliə və düzgün nəticə almaqdır. Bu yolda insanın qarşısına çıxan şəkklər və şübhələr, təbiidir və ötəridir və belə deyil ki, həmişə zəruri və azdırıcıdır, bəlkə bəzən yəqinə tərəf və yüksək mərhələlərə ucalmaq üçün körpü ola bilər. Əlbəttə bu o haldadır ki, insan bu mərhələdən sürətlə keçə və onda dayanmaya; çünki onda gecikmək zərərlidir.[8]
Sonda qeyd olunan suala təqlid mərcələrinin cavablarını xatırladırıq:[9]
- Xaminei: Bir kəs ki, çox şəkk edir kəsiruş- şəkdir, əgər bir kəs namazda üç dəfə şəkk edə ya üç ardıcıl namazda (məsələn sübh, zöhr və əsr namazlarında) şəkk edə, kəsiruş- şəkkdir. Necə ki, onun çox şəkk etməsi qəzəb ya qorxu ya pərişanlıq üzündən olmasa, şəkkinə etina etməsin və kəsiruş- şəkk nə qədər ki, adi camaat halına qayıtmayıb şəkkinə etina etməli deyil.
- Məkarim Şirazi: Bizim fətvamıza uyğun olaraq "kəsiruş- şəkk) yəni çox şəkk edən adam şəkkinə etina etməli deyil, istər namazın rəkətlərinin ədədlərində olsun, ya namazın hissələrində olsun, ya namazın şəraitində.
Kəsiruş- şəkk o kəsdir ki, deyələr çox şəkk edir, əgər bir kəs bir namazda üç dəfə şəkk edə ya üç ardıcıl namazda şəkk etsə kəsiruş- şəkkdir.
- Safi ülpayqani: Ümumi olaraq kəsiruş- şəkk namazın işlərində istər zikirlərdə istər rəkətlərdə istər rukuda və səcdələrdə, şəkkinə etina etməli deyil.
- Sistani: Bəli.
- Hadəvi Tehrani: Kəsiruş- şəkk olan adam ancaq kəsiruş- şəkk olduğu yerlərdə şəkkinə etina etməli deyil və başqa yerlərdəki onun şəkinin ölçüsü adidir. Adi insanlar kimi şəkkin qanunlarına, əməl etsin.
Artıq məlumat üçün aşağıdakı göstəriciləri mütaliə edin:
"Həqqunnas", 9249 (sayt: 9221)
"Həqqunnas və bağışlanmaq tələb etmək" 7952 (sayt: 8054)
"Şəkk yerində ehtiyata hökm etmək" 3078 (sayt: 3324).
[1] - Bax: Musəvi Becnurdi, seyyid Həsən, Əl- qəvaidul- fiqhiyyəh, Mühəqqiq və Müsəhhih, Mehrizi, Məhdi və derayəti, Muhəmməd Həsən, cild 2, səh 353- 356, Əlhadi nəşri, Qum, birinci çap, 1419 hicri qəməri; Təbatəbai Qummi, Seyyid Təqi, Ələnvarul- bəhiyyəh fil- qəvaidul- fiqhiyyəh, səh 190 və 191, Məhəllati nəşriyyatı, Qum, birinci çap, 1423 hicri qəməri; Təbrizi, Cavad, istifttati cədid, cild 2, səh 71, səh 325 Qum, birinci çap, bina və bita.
[2] - nİmam Xumeyni, Seyyid Ruhullah, İstiftaat, cild 1, səh 169, səh 158, dəftəre intişarati İslami, Qum, beşinci çap, 1422 hicri qəməri.
[3] - Həmin, səh 110, sual 295.
[4] - Təbrizi, Cavad, İstiftaati cədid, cild 2, səh 71, sual 325.
[5] - Bəhcət, Muhəməd Təqi, İstiftaat, vild 2, səh 215, sual 2302, həzrəti Ayətullah Bəhcətin dəftərinin nəşri, Qum, birinci çap, 1428 hicri qəməri.
[6] - Məkarim Şirazi, Nasir, Tozihul- məsail risaləsi, səh 36, m 114, Əli ibni Əbi Talib mədrəsəsinin nəşriyyatı, Qum, əlli ikinci çap, 1429 hicri qəməri.
[7]- N. K. Əlqəvaidul- fiqhiyyəh, cild 2, səh 355 və 356.
[8] - R.K. "etiqadlarda şəkk və şübhə" göstəricisi, sual 4895, (sayt: 5356)
[9] - İslam kuest saytının vasitəsiylə dəftərlərdən istiftaat.