Əgər dini fəaliyyətlər (Qurandan başqa fəaliyyətlər o cümlədən Quran oxumaq və əzbərləmək kimi) vacib işlərdə olarsa; misal üçün namazın vacib məsələlərini öyrətmək kimi, bu fəaliyyətlərdə pul və muzd almağa icazə verilmir. Amma dini fəaliyyətlər müstəhəb işlərdə olarsa, pul və muzd almağın eybi yoxdur. Quran fəaliyyəti, yalnız Quran öyrətməyə məxsus olarsa (namazda həmd və ixlas surəsini nəzərə almadan) onun qarşılığında pul və muzd almağın eybi yoxdur, amma (məkruh) bəyənilməzdir. Yalnız hədiyyə ünvanıyla ona versinlər.
Vacib işlərin, o cümlədən vacibi kifayi[1] işlərin qarşılığında muzd almağa, o cümlədən meyyitə qüsl vermək və ya onu öyrətmək və namazın vacib məsələlərini öyrətməkdə, icazə verilmir.[2] Amma təlim vermək üçün hazırlıq işləri üçün ki, şəri cəhətdən də şəxs üçün vacib deyildir. O cümlədən məxsus bir yerdə hazır olmaq, pul almağın eybi yoxdur.[3] Amma bir çox müctəhidlərin nəzərinə əsasən, namazın müstəhəb əməllərini[4] öyrətməyin qarşılığında pul almaq və müstəhəb elmləri öyrətmək[5] üçün pul almağın eybi yoxdur.
Müctəhidlərin nəzəriyyəsini açıqladıqdan sonra, sualın cavabı bir neçə hissədə verilmişdir:
Birinci: Əgər dini fəaliyyətləri (yalnız Quran fəaliyyətləri o cümlədən Quran oxumaq və əzbərləmək kimi) vacib işlərdə olarsa; misal üçün namazın vacib məsələlərini öyrətmək kimi, bu işin qarşılığında pul və muzd almağa icazə verilmir, amma dini fəaliyyətlər müstəhəb işlər daxilində olarsa pul və muzd almağın eybi yoxdur.
İkinci: Əgər Quran fəaliyyətləri namazdakı həmd və ixlas surələri öyrətmək olarsa onun qarşılığında pul və muzd almağa icazə verilmir.
Üçüncü: Amma əgər Quran fəaliyyətləri, Quran öyrətmək çərçivəsində olarsa (namaz üçün həmd və ixlas surələrini öyrətməyi nəzərdə tutmadan) onun üçün pul və muzd almaq, Müctəhidlərin fətvalarına əsasən ibarətdir:
1.Quran öyrətməyin qarşılığında pul almağın eybi yoxdur,[6] baxmayaraq ki, bəzi Müctəhidlər məkruh olmasına fətva vermişdirlər.[7] Amma hədiyyə qəbul etmək və pul almaq bu işlərin ilk hazırlığı üçün (o haldakı camaat arasında nəzərə çarpan bir miqdarda pul olsun) maneəsi yoxdur.[8]
Dördüncü: O rəvayət ki, (o cür ki, sualda gəlmişdir) Quran öyrətmək üçün pul almağı məzəmmət etmişdirlər, bir çox fəqihlər onun məkruh (xoşa gəlməz) olduğunu bildirmişdirlər; yəni, əgər pul almasalar yaxşıdır. Amma əgər bir şəxs Quran öyrətsə və pul şərti olmasa və əgər ona hədiyyə verilsə onu almağın məneəsi yoxdur. Əlbəttə o cür ki, açıqlandı həmd və ixlas surələri ki, namazda oxunur pul o zaman alına bilər ki, hədiyyə ünvanıyla olsun.
Beşinci: Aşağıda bir sıra rəvayətlər qeyd olunmuşdur ki, onlardan bir dəstəsində Quran öyrədib onun qarşılığında pul almaq məzəmmət olunmuşdur və digər bir dəstəsində isə pul almağı maneəsinin olmadığını bildirir; Beləliklə bir çox fəqihlər, rəvayət və bəzi dəlillərə əsasən ondan icazə verilməsini bilmiş və bu işin məkruh olduğunu bildirmişlər.
1. İmam Əli (ə) buyurur: "Hər kəs Quran öyrətməyi üçün muzd alarsa qiyamət günündə də o məbləğ miqdarında savab ona nəsib olar".[9]
Bunun üçün də bu rəvayətin dəlalət və sənədinin zəif olmasını nəzərə alaraq,[10] Quran öyrətmək üçün alınan pul və muzd məkruh sayılır;[11] çünki bunun üçün pul almağın haram olmamasına hökm vermişdirlər: "Qiyamətdə həmin məbləğ miqdarında savab olacaqdır" ondan kinayədir ki, o savab almayacaqdır.[12] Bəs bu rəvayətin dəlalətinə əsasən, məkruh olmasına hökm vermək münasib sayılır.[13]
2. Bəzi rəvayətlərin mövzusu sualda işarə olunan rəvayət kimidir
«من یقرء القرآن لیطلب به الدنیا»[14]
Quranı oxuyub tilavət" etməsi barəsində nəin ki, onun təlimi barəsində; Quranın tilavəti barəsində əsl ondan ibadətdir ki, Quranı tilavət etmək ibadətdir. İbadətdə əsl isə ibadət edən şəxs öz ibadəti qarşısında muzd almasın və Allah üçün olsun və Allahın razılığın əldə etmək üçün ibadət etsin.
3. Bəzi rəvayətlərdən bunu əldə etmək olar ki, Quran öyrətmək üçün pul və muzd almağın məneəsi yoxdur; misal üçün Peyğəmbər (s) buyurur: "Məsləhət görülən muzd odur ki, Allah kitabının (təlimi) üçün alınsın).[15] Bu rəvayətə əsasən (məkruh) xoşa gəlməz belə sayılmır. O cümlədən başqa bir rəvayətə əsasən Allahın rəsulu (s) icazə vermişdir ki, bir qadının mehriyyəsi Quran təlimi də ola bilər.[16]
Nəticə: budur ki, yaxşı olar Quran və din maarifinin nəşri və ya digər fəaliyyətlər Allah yolunda olsun; və axirətdə daha çox mənəvi savabı nəzərə alaq. Belə bir halda, bu işin qarşılığında nə qədər də muzd verilsə maneəsi yoxdur və hədiyyə adlandırırlar.
Hökmlərin fəlsəfəsindən əlavə məlumat əldə etmək üçün aşağıdakı göstəricilərə müraciət edin: "Şiə məzhəbində namazın fəlsəfə və sirləri" sual 17725(17409).
"Fiqh hökmlərinin fəlsəfəvə hikmətləri" sual 8593.
[1] - Vacibi kifayi o vacibdir ki, ilk növbədə hər bir şəxs üçün vacibdir, amma əgər onlardan bir nəfər onu həyata keçirsə, onun vacib olması digərlərinin öhdəsindən götürülür. Muzəffər, Məhəmmədrza, Usuli- fiqh, cild 1, səh 92. İslamiyan, Qum, Təbrizi, Qulam Hüseyn, Əl- usulul məhzəbət, səh 32, Tus çapı.
Becnurdi, seyyid Məhəmməd, Qəvaidu fiqhiyyə, cild 2, səh 166. Əruc müəssisəsi, Tehran, üçüncü çap, 1401, hicri qəməri.
[2] - Kərəki (Muhəqqiq Sani) Əli ibni Hüseyn, Cameul məqasir fi şərhil cəvaid, vild 4, səh 25, Alul beyt (ə) müəssisəsi, Qum, ikinci çap 1414 hicri qəməri. Qəvaidu fiqhiyyə, cild 2, səh 168; cəmii əz pejuheşheşgəran, Şahruddinin nəzarəti altında, seyyid Məhmud, fərhənge fiqh mutabiqe məzhəbe Əhli- beyt (ə) cild 1, səh 145 və cild 2, səh 344, müəssisə Dairətul- məarife fiqhe İslami bər məzhəbe Əhli- beyt (ə) Qum, birinci çap 1426 hicri qəməri; Əraki, Məhəmməd Əli, Əlməsail əlvazihə cild 1, səh 177. Nəşriyyat, Dəftəre təbliğate İslami, Qum, birinci çap 1414 hicri qəməri. Şubberi Zəncani, seyyid Musa, Əl məsailul şəriyyə, səh 228, nəşrul fəqahət müəssisəsi, Qum, birinci çap, 1428 hicri qəməri; Məkarim Şirazi, Nasir Risaleye tozihul- məsail, səh 164, nəşriyyat, İmam Əli ibni əbi Talib (ə) mədrəsəsi, Qum, ikinci çap 1424, hicri qəməri; Sübhani, Cəfər, Risaleye Tozihul məsail, səh 248, məsələ 841, İmam Sadiq müəssisəsi. Qum, üçüncü çap, 1429, hicri qəməri. Vəhid Xorasani, Hüseyni Tozihul məsail səh 198. Məsələ 1008, İmam Baqir (ə) mədrəsəsi, Qum, doqquzuncu çap, 1428 hicri qəməri.
[3] - Əcvəbətul- istiftaat, səh 245. Sual 1111.
[4] - Tozihul məsail (Məhəşşi), cild 1, səh 551 və 552 məsələ 999; Hüseyni Amuli, Seyyid Cavad ibni Məhəmməd, Məfatihul- kəramət fi şərhi qəvaid əl- Əllamə, cild 12, səh 309. Dəftəre intişarate İslami, Qum, birinci çap 1419 hicri qəməri; Yəzdi, seyyid Məhəmməd Kazım, əl- ürvətul- vusqa (məşəhhi) muhəqqiq, hüseyni Səbzvari, Əhməd cild 2, səh 515 məsələ 35, Dəftəre intişarate İslami, Qum, birinci çap 1419 hicri qəməri; Xoyi, seyyid Əbul- Qasim, Misbahul fəqahət, Muqərrər, Tohidi, Məhəmməd əli, cild 1, səh 476.
[5] - Fərhənge fiqh mutabiqe məzhəbe Əhli- beyt (ə) cild 1, səh 145.
[6] - Behcət, Məhəmməd Təqi, istiftaat, cild 1, səh 411 sual 1447, nəşriyyat Dəftəre həzrət Ayətullah Behcət, Qum, birinci çap 1428 hicri qəməri; Fazil Lənkərani, Məhəmməd, Cameul məsail,cild 1, səh 591, sual 2211, nəşriyyat əmire qələm, Qum, on birinci çap. "Əlbəttə bəzi müctəhidlər Quran təlimi üçün muzd almağı qəbul etmirlər); Təbrizi, Cavad, intişarate cədid, cild 1, səh 179, sual 868 və səh –
440 sual 1921 Qum birinci çap.
[7] - Məkarim Şirazi, Nasir, istiftaate cədid, Muhəqqiq, Ulyan Nəjadi, Əbul Qasim, cild 1, səh 521, sual 1713, nəşriyyat, İmam Əli ibni Əbi Talib (ə) mədrəsəsi, Qum, ikinci çap 1427 hicri qəməri.
[8] - Təbrizi, istiftaate cədid, cild 1, səh 179 sual 868 və səh 440, sual 1921. Qum, birinci çap.
[9] - Şeyx Səduq, Mən la yəhzuruhul fəqih, cild 3, səh 178, Dəftəre intişarate İslami Qum, ikinci çap 1413 hicri qəməri.
«مَنْ أَخَذَ عَلَى تَعْلِیمِ الْقُرْآنِ أَجْراً كَانَ حَظَّهُ یوْمَ الْقِیامَةِ»
[10] - Ənvarul- fəqahət, Kitabəl- ticarət, səh 433; Məcməul faidə və əl burhan fi şərhi irşadil əzhan, cild 8, səh 18.
[11] - Hilli, həsən ibni Yusif, təzkirətul fəqahə, cild 12, səh 136, Alul- beyt (ə) müəssisəsi,Qum, birinci çap; Ərdəbili, Əhməd ibni Məhəmməd, Məcməul faidə və əl burhan fi şərhi irşadil əzhan, mühəqqiq, İraqi, Müctəba və İştihardi, Əli pənah və Yəzdi İsfəhani, Hüseyn, cild 8, səh 18, Dəftəre intişarate İslami, Qum, birinci çap, 1403 hicri qəməri; Məclisi, Məhəmməd Təqi, Rozətul Müttəqin fi şərhi mənla yəhzuruhul fəqih, mühəqqiq, Musəvi Kermani, seyyid Hüseyn və İştihardi, Əli pənah və Təbatəbayi, Seyyid Fəzlullah, cild 6, səh 511- 512, Fərhənge İslamiye Kuşanbur müəssisəsi, Qum, ikinci çap 1406 hicri qəməri; Bəhrani, Yusif ibni Əhməd, Əl- hədaiqun- nazirə fi əhkamil itrətil- Tahirə, Mühəqqiq, İrəvani Məhəmməd Təqi və Muqərrəm, seyyid Əbdul- rəzzaq, cild 18, səh 214, Dəftəre intişarate İslami, Qum, birinci çap, 1405 hicri qəməri; Məkarim Şirazi, Nasir, Ənvarul- fəqahət- Kitabul Ticarət, sət 433, nəşriyyat, İmam Əli ibni Talib (ə) mədrəsəsi Qum birinci çap 1426.
[12] - Rozətul muttəqin fi şərhi mənla yəhzuruhul fəqih cild 6, səh 512.
[13] - Təbrizi, Cavad, İrşadu əl- Talib ila əl- təliqi ələl- Məkasib, cild 1, səh 301, İsmailiyan müəssisəsi, Qum, üçüncü çap, 1416 hicri qəməri.
[14] - İmam Sadiq (ə) buyurur: " وَ مِنْهُمْ مَنْ یقْرَأُ الْقُرْآنَ لِیطْلُبَ بِهِ الدُّنْیا وَ لَا خَیرَ فِی ذَلِك" "Bəziləri Quran oxuyurlar (mənafeləri) üçün və dünya malı əldə etmək üçün, onlarda heç bir xeyir yoxdur". Şeyx Kuleyni, l- kafi, cild 2, səh 607, Nəşre İslamiyyə, Tehran ikinci çap, 1362 hicri şəmsi.
[15] - " إِنَّ أَحَقَ مَا أَخَذْتُمْ عَلَیهِ أَجْراً كِتَابُ اللَّه" İbni əbi Cumhur Əhsayi, Məhəmməd ibni Əli, əvali əl- ləali əl- əziziyyə fil əhadisil- diniyyə, cild 1, səh 176, Daru- seyyidul- şuhəda lil- nəşr, Qum, birinci çap, 1405 hicri qəməri.
[16] - Həmin, cild 2, səh 263.