Hər iki qisimdən olan rəvayətlərin sənədinin alimlər tərəfindən qəbul olunduğuna diqqət yetirməklə, onların tərəfindən bu iki bəyan arasında ittifaq yaratmaq mümkündür, çünki onlar demişlər:
1. Keçmiş dövrlərdə mal-dövlət sahibləri öz əmlakını müxtəlif hissələrə – bəziləri on hissəyə, bəziləri yeddi hisslərə bölürdülər. Buna əsasən, insanın öz malında vəsiyyət etməsi onun malını necə bölüşdürməsindən asılıdır.
2. Daha güclü nəzər birinci qisimdən olan rəvayətlərə əməl etməkdir. İlkin prinsip mülkün (əmlakın) varislərin ixtiyarında qalmasıdır. Başqa sözlə desək, ilkin prinsip varislər tərəfindən artıq miqdarın ödənməməsidir. “Artıq miqdar” da o zaman gerçəkləşir ki, “cüz”ü yeddidə bir kimi qeyd edən rəvayətlərə əməl etsinlər.
3. Birinci qisimdən olan rəvayətləri vacibə, ikinci qisimdən olan rəvayətləri isə müstəhəbbə yoza, yəni cüzü onda bir hesab edərək vacib miqdarı həmin əsasda götürə bilərik. Amma varislərə müstəhəbdir ki, yeddidə bir deyən rəvayətlər çox olduğuna görə malın yeddidə birini vəsiyyət edilən şeylərdə sərf etsinlər.
Əgər vəsiyyətdə anlaşılmazlıq kəlmələrin mənasında olan icmala (anlaşılmazlığa) qayıdırsa, məsələn, bir şəxs malından “bir hissəsini” vəsiyyət etsə və “malımın bir hissəsini filan xeyir işə xərcləyin” desə, danışan şəxsin məqsədini təyin etməklə əlaqədar bir şahid də olmasa, qayda bunu tələb edir ki, bu vəsiyyət nəzərə alınmasın və sanki ümumiyyətlə vəsiyyət etməmişdir. Bundan sonra irs bölməsində olan ümumi qayda-qanunlara müraciət etmək lazımdır. Çünki bu kəlam camaat arasında heç bir müəyyən və konkret məfhumu ifadə etmir.
Amma nəzərə alaq ki, bu bölmədə mövcud olan şəri dəlillər və mötəbər rəvayətlərin bəziləri müəmmalı kəlmələri təfsir edir. Onlara təəbbüdən (qeydsiz-şərtsiz) müraciət etmək vacibdir.[1] Belə vəsiyyətin baş verdiyi halda vəsiyyət edənin malından vəsiyyət olunan şəxsə nə qədər mal çatması ilə əlaqədar iki qisim rəvayət mövcuddur:
Birinci qisim rəvayətlər: Bəzi rəvayətlərdə “cüz” onda bir kimi təfsir olunmuşdur. Yəni gərək əmlakın onda biri vəsiyyət olunan şəxsə verilsin.
İmam Sadiq (əleyhis-salam)-dan soruşdular ki, bir nəfər öz malının “cüz”ünü vəsiyyət edir. Həzrət buyurdu: “Onun nümunəsi onda birdir.” Alimlərin çoxu da bu kimi rəvayətlərə istinad edərək malın cüzünə vəsiyyət edilərkən onda birini vacib hesab etmişlər.[2]
İkinci qisim rəvayətlər: Elə rəvayətlər də vardır ki, “cüz”ə vəsiyyəti yeddidə bir kimi təfsir edirlər. Aşağıdakı hədis kimi: Məhəmməd ibni Əli ibni Məhbub, Əhməd ibni Əbi Nəsir Bəzəntidən nəql edir ki, imam Kazim (əleyhis-salam)-dan “malının bir cüz’ünü” vəsiyyət edən şəxs barəsində soruşdum, həzrət buyurdu: “Onun (cüz’ün) mənası yeddidə birdir. Çünki Allah-taala buyurur: “Onun (cəhənnəmin) yeddi qapısı vardır və hər bir qapısı üçün cəhənnəm əhlindən bir “cüz’ü” ayrılmışdr.”[3] Buna əsasən, gərək cəhənnəm əhli yeddi hissəyə bölünsün ki, şərif ayənin təbiri ilə, hər bir hissə bir cüz hesab olunsun.”
Bəziləri də bu kimi rəvayətlərə istinad edərək malın bir hissəsi vəsiyyət ediləndə “yeddidə biri” vacib bilmişlər.[4]
Hər iki qisimdən olan rəvayətlərin sənədi alimlər tərəfindən qəbul olunduğundan, zahirən birinci nöqtədə bu iki dəstə bir-biri ilə təzadlı görünür. Amma fəqihlər bu qisim rəvayətlər arasında ortaq məxrəc yaratmaqla əlaqədar bəzi nəzərlər vermişlər ki, onların bəzilərinə işarə edirik:
1. Keçmiş dövrlərdə mal-dövlət və əmlak sahibləri öz mal-dövlətlərini müxtəlif hissələrə: bəziləri on yerə, bəziləri yeddi yerə bölürdülər. Buna əsasən, insanın öz malında vəsiyyət etməsi malının necə bölgüsü ilə əlaqədar olurdu.[5]
2. Daha güclü nəzər birinci qisimdən olan rəvayətlərə əməl etməkdir. Çünki ilkin prinsip (mal sahibi dünyadan gedəndən sonra) mülkün (əmlakın) varislərin ixtiyarında qalması və başqa sözlə, varislər tərəfindən artıq miqdarın ödənilməməsidir. Artıq miqdar da o zaman mümkündür ki, “cüz”ü yeddidə bir kimi təbir edən rəvayətlərə əməl etmiş olalar.[6]
3. Birinci qisimdən olan rəvayətləri vacibə, ikinci qisimdən olan rəvayətləri isə müstəhəbbə yoza bilərik. Yəni “cüz”ü onda bir hesab edərək vacib miqdarı həmin əsasda hesablaya bilərik.
Amma varislərə müstəhəbdir ki, (“cüzü” malın yeddidə biri kimi qeyd edən rəvayətlər çox olduğuna görə) malın yeddidə birini vəsiyyət edilən yerlərdə sərf etsinlər.[7]
Diqqət yetirmək lazımdır ki, əgər meyitin vəsiyyət etdiyi sərf olunacaq miqdar malın üçdə birindən artıq olsa, üçdə birdən artıq miqdara vəsiyyət o zaman səhih olar ki, varislər buna razı olsunlar.”[8]
Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) yuxarıdakı suala cavabı belədir: “Meyitin öz malının üçdə birinə qədər vəsiyyət etməsi vərəsənin icazəsi olmadan da qüvvədədir. Onun miqdarını təyin etmək üçün gərək yəqin olunan miqdarla kifayətlənsinlər. Baxmayaraq ki, ehtiyat müstəhəb budur ki, ehtimal verilən çox miqdara əməl etsinlər.”
[1] Musəvi Bocnurdi, Seyid Həsən, “Əl-qəvaidul-fiqhiyyə”, 6-cı cild, səh. 291, “Əl-Hadi” nəşriyyatı, Qum
[2] Şüştəri, Məhəmməd Təqi, “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 230, “Səduq” kitab mağazasının çapı, Tehran, birinci çap, 1406-cı il
[3] Tusi, Əbu Cəfər, Məhəmməd ibni Həsən, “Təhzibul-əhkam”, 9-cu cild, səh. 209, hədis 828, “Darul-kutubil-islamiyyə”, Tehran, dördüncü çap, 1407-ci il. “Hicr” surəsi, ayə: 44
[4] Şüştəri, Məhəmməd Təqi, “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 233, “Səduq” kitab mağazasının nəşri, Tehran, 1406-cı il
[5] Qummi, Səduq, Məhəmməd ibni Əli ibni Babəveyh, “Mən la yəhzuruhul-fəqih”, mütərcim: Ğəffari, Əli Əkbər, 6-cı cild, səh. 50, “Səduq” nəşriyyatı, Tehran, birinci çap, 1409-cu qəməri il
[6] Hilli, Miqdad ibni Əbdüllah, “Kənzul-irfan fi fiqhil-Quran”, tərcüməçi: Bəxşayeşi, Əbdür-Rəhim Əqiqi, 2-ci cild, səh. 585, Qum, birinci çap; Amili, Seyid Məhəmməd Hüseyn Tərhini, “Əzzubdətul-fiqhiyyə fi şərhir-Rovzətil-bəhiyyə”, 6-cı cild, səh. 38, “Darul-fiqhi littibaəti vən-nəşr”, Qum, dördüncü çap, 1427-ci il
[7] Şüştəri, Məhəmməd Təqi “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 233, “Səduq” kitab mağazası, Tehran, İran birinci çap 1406-cı
[8] Xomeyni, Seyid Ruhullah Musəvi, “Tozihul-məsail”, səh. 578, məsələ 2589, birinci çap, 1426-cı qəməri il