Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin olmasına, günəş və yerin hərəkətinə və... işarə etməsi, onların həqiqət olmasından əlavə İlahi qüdrətin nişanəsini və insanları Allahı tanımaq o cümlədən yaradılış barəsində düşünməyə yol açmaq üçündür. Quranda olan bəzi elmi məsələlərin zaman və elmi təcrübələrə ehtiyacı vardır.
Bəs, elmin, Quranda olan elmi nəzəriyyələri barəsində nəzəri toxdursa, Quranın nəzəriyyələrinin batil olmasına dəlalət etmir.
Yeddi səmadan məqsəd əldə olmaq üçün, lazımdır bir neçə nöqtəyə işarə edək:
Birinci nöqtə: Quran- Kərimdə yeddi yerdə bir başa[1] və iki yerdə kinayə[2] olaraq səmanın yeddi olmasından və bir yerdə isə yeddi yerin olmasından söz açmışdır.[3]
İkinci nöqtə: Lüğətdə səmadan (göylərdən) məqsəd:
Lüğətdə "səma" sözünün əsli "səmav" hündürlük deməkdir.[4] Hətta bəzi lüğət alimləri hər bir hündürlüyü onun aşağı hissəsinə nisbət səma və hər bir aşağı təbəqəni onun hündürlüyünə nisbət yer olduğunu bildirmişdirlər.[5]
Üçüncü nöqtə: Quranda səma kəlməsi:
"Səma" sözü və bu əsilli kəlmələr Quranda üç yüz on dəfə gəlmiş, iki mənada işlənmişdir:
A: Maddi səma
Qurani- kərim bir çox yerdə səma (göy) kəlməsini maddi olaraq işlətmişdir ki, bir çox mənalar nəzərdə tutulur:
- Səma, yuxarı mənada işlədilir, " اصلها ثابت و فرعها في السماء"
Təmiz və bərəkətli ağac kimi, onun kökü yerdə sabit və möhkəm budaqları isə göyə ucalmışdır.[6]
- Səma, yəni yer kürəsi ətrafında olan cazibə qüvvəsi: " و نزلنا من السماء ماءً مباركاً"
Göydən bərəkətli suyu göndərdik.[7]
- Səma, ulduzların və planetlərin yeri: O ulu Tanrı ulduzları səmada qərar vermiş və onda parlayan günəş və ayı nurlandırdı.[8]
B: Səmanın mənəvi mənada işlənməsi:
Qurani- kərim bir çox yerlərdə səma kəlməsini mənəvi mənada işlətmişdir ki, bir çox mənalar daşıyır, o cümlədən:
- Səma, dünya işlərinin tədbir olunduğu yer: "Odur yer aləmində olan işlərin tədbirini göydən yer üzünə nazil edir".[9]
- Səma, yəni yüksək və uca bir varlıq.[10]
"Sizə verilən ruzi və vədələr (mümkündür cənnət nəzərdə tutulur) göylərdə qərar verilmişdir."[11]
Dördüncü nöqtə: (Yeddi) sözündən məqsəd nədir? (Səbə)- yeddi sözü ərəb dilində iki cür istifadə olunur.
A: Yeddi müəyyən bir rəqəmdir ki, riyaziyyatda işlədilir.
B: Yeddi, yəni çoxluq əlaməti; çünki bəzi vaxtlar yeddi kəlməsini ərəb kinayə üçün istifadə edir (və çoxluq mənasını) nəzərdə tutur.
Beşinci nöqtə: "Yeddi səma"dan Quranın məqsədi: Təfsir alimləri "yeddi səma" kəlməsi barəsində bir neçə nəzəriyyə vermişdirlər.
A: Yeddi, həqiqi ədəd mənasında nəzərdə tutulur ki, bu cür təsəvvür olunur.
- Yeddi səma, ulduz və planetlərdən doludur və hər biri yer kürəsinin səması kimidir.[12] Yeddi oxşar dünyanın olması ehtimalı da vardır ki, bu günə kimi kəşf olmamışdır.
- Yeddi məqamın bir- birinə yaxın və mənəvi varlıqların (yeddi səma) yeddi çirkin məqamın qarşısında olması.[13]
B: yeddi, çoxluq mənasında istifadə olunmuşdur; bu zaman aşağıdakı ehtimallar təsəvvür olunur:
- Çoxlu göylər (kainat və planetlər) yaratdı. Bir çox yerlər (yerin oxşarı olan) yaratdı ki, onlar hamısı cazibə qüvvəsiylə bir- birinin ətrafında hərəkətdədirlər.
- Səmada olan bir çox cazibə qüvvəsindən ibarət olan təbəqələri yaratdı, və yaxud yer kürəsi tərkibində olan təbəqələri və iqlimləri yaratdı.
- Yüksək məqama sahib bir çox məqamları yaratdı.
Nəticə alırıq kifayət qədər Quranda işarə olan yeddi səma barəsində məlumatın əldə olmadığını nəzərə aldıqda və elmi cəhətdən göylərdə olan bir çox planetlər və varlıqların haqqında məlumatların olmaması üçün, dəqiq nəzər vermək olaz; odur ki, bütün nəzəriyyələr ehtimal olaraq verilir.[14] Bu nöqtəyə də diqqət etmək lazımdır ki, Quranın məqsədi, insanların hidayət olmasıdır. Lakin yeddi səma, günəş və yer kürəsinin hərəkəti və... kimi məsələlərə işarə etmək onların bir həqiqət olmasından əlavə İlahi qüdrətin nişanələrini və insanları Allahı tanımağa hazırlayır. Beləliklə Quranda bəzi elmi məsələlərin sabit olması üçün zaman və elmi təcrübəyə ehtiyacı vardır. Bəs elmin Quranda olan elmi məsələlər barəsində nəzəriyyəsi yoxdursa, Quranın elmi nəzəriyyəsinin batil olmasına dəlalət etmir.
Əlavə məlumat üçün aşağıdakı kirablara müraciət edin:
- Pəjuheş dər ecaze elmiye Quran, Məhəmməd əli Rzayi İsfəhani, cild 1, səh 134.
- Məarife Quran, Məhəmməd Təqi Misbah Yəzdi, səh 234.
- Təfsire nümunə, Nasir Məkarim Şirazi, cild 1, səh 165. [15]
[1] - Bəqərə surəsi, ayə 29; İsra surəsi, ayə 44; Möminun surəsi, ayə 86; Fussilət surəsi, ayə 12.
[2] - Mulk surəsi, ayə 3; Nuh surəsi, ayə 15.
[3] - Təlaq surəsi, ayə 12 " اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَماواتٍ وَ مِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ " Allah o kəsdir ki, yeddi göyü yaratdı və yeri də onlar kimi, onun əmri onlar arasında həmişə nazil olur.
[4] - - Əl- təhqiq fi Kələmatil- Quranil- kərim, həsən Mustəfəvi, (intişarate vezarəte fərhəng və irşade İslami. Birinci çap, Tehran, 1371 şəmsi), cild 5, səh 254.
[5] - Müfrədat, Rağib İsfəhani, Əl- məktəbətul- Rəzəviyyə, Tehran, 1332 hicri şəmsi,
[6] - İbrahim surəsi, ayə 24.
[7] - Qaf surəsi, ayə 9.
[8] - Furqan surəsi, ayə 61.
«تبارك الذي جعل في السماء بروجاً و جعل فيها سراجاً و قمرا منيراً»
[9] - Səcdə surəsi, ayə 5.
«يدبّر الامر من السماء الي الارض»
[10] - Bax: Məarife Quran, Ustad Misbah Yəzdi, (Dər- rahe həqq nəşriyyatı), Qum, 1367 hicri şəmsi), səh 236; Bax: Pəjuheş dər icaze elmiye Quran, Doktor Məhəmməd Əli Rzayi İsfahani, Mubin nəşriyyatı, Rəşt, birinci çap, 1380, cild 1, səh 134.
[11] - Zariyat surəsi, ayə 22.
«و في السماء رزقكم و ما توعدون»
[12] - Əl- təhqiq fi kələmatil- Quranil- kərim, həmin, cild 1, səh 165; Mufrədate Rağib, ərz kəlməsi.
[13] - Bax: Əl- mizan, Əllamə Təbatəbai, İsra nəşriyyatı, Qum, cild 16, səh 247 və cild 19, səh 327.
[14] - Bax: Təfsiri Cövhəri, Təntavi Cöhhəri, Darul- fekr, cild 1, səh 46, bax: Pəjuheş dər ecaze Quran, Doktor Məhəmməd Əli Rzayi İsfəhani, həmin, cild 1, səh 126- 142.
[15] - Bax: Sayt, Payeqahe mərkəze fərhəng və məarife Quran.