Namaz iki hissədən ibarətdir. Birinci hissə onun zahiri əməlləridir ki, bütün namaz qılanlar onu yerinə yetirirlər. Məsələn: Üzü qibləyə durmaq, paltarın pak olması, dəstəmazlı olmaq və s. bu və digər əməllər namazın şərii hökümlər baxımından düzlüyünə əsas səbəbdir. Belə ki, əgər ilkin mərhələdə bunları yerinə yetirməsək namazımız şərii baxımdan batildir.
Amma namazın ibadət olaraq əsas hissəsi, onun batini (daxili) üzüdür. Yəni namazın "zahiri üzü" deyəndə paltarın və cismin paklığı nəzərdə tutulursa, batini üzü deyəndə də qəlbin paklığı nəzərdə tutulur. Əgər namaz qılan özünü qəlbən Allahın hüzurunda hiss etmirsə, qəlbən Allaha bağlanmırsa və o uca varlığın müqabilində qəlbini təslim etmirsə onda heç bir mənəvi durumdan və eşqdən söhbət gedə bilməz. bəs namazın ibadət olaraq Allah dərgahında qəbul olması, məhz qəlbin paklığı və Allaha bağlılığı, həmçinin onunla necə raz- niyaz etməsindən aslıdır. Əgər ibadətlərimizdə süstlük hiss ediriksə, namazlarımızı vaxtı- vaxtında eşqlə yerinə yetirmiriksə bu bizim qəlbimizin günahla ləkələndiyindən xəbər verir. Təbii ki, hər kəs qəlbinigünahdan qoruyaraq öz uca Allahına tərəf eşqlə ibadət edərsə, onda ibadətin mənəvi şirinliyini duymuş olar.
Namaz Allahın dərgahında ibadətlərin ən mərtəbəsidir. Belə ki, bəndə ibadəti yerinə yetirməklə Allahın müqabilində təslim olduğunu və ona iman gətirdiyini sübut edir. Həmçinin hədislərdə də namaz "möminin meracı, zinəti və dinin sütunu və s. kimi gəlmişdir.
Belə hir qanun varki, "əgər bir şey kamil surətdə həqiqət olaraq qəbul olunursa, onun tərəfdarlarına vacibdir ki, həqiqəti, zəiflədən və ya aradan aparan amilləri aradan qaldırsınlar".
Namaz da eynilə belədir. Belə ki, hər kəs namazı Allaha yaxınlaşmaq üçün ən yaxın vasitə kimi qəbul edirsə, ilkin surətdə ona namazın tələblərini yerinə yetirmək vacibdir. Yəni o, insanı ibadətdən çəkindirən əməllərlə mübarizəyə qalxmalı və onu ibadətə sövq edən əməlləri eşqlə yerinə gətirməlidir. Çünki, bu əmələr namaz vaxtı onu özünü Allah müqabilində qəlbən hiss etməsi üçün olduqca faydalıdır.
Namaz vaxtı qəlbin Allahın hüzurunda necə olması barəsində mətləblər olduqca geniş olmasına baxmayaraq biz burada yığcam olaraq onların bir neçəsinə işarə edirik:
1)- Uca Allahın əzəmətinə kamil surətdə diqqət yetirməklə yanaşı, nə üçün ibadət etdiyi haqında düşünmək:
Allaha ibadət edən şəxs ilk növbədə, ibadət etdiyi məbudun kim olduğunu dərk etməli və həmçinin namaz qılarkən kimin müqabilində durduğunu bilməlidir.
Bildiyimiz kimi bütün kamil sifətlərAllaha məxsusdur. Həmçinin xalis kamilliklər uca Allahın dərgagında cəmlənmişdir. Bu kamilliklərdən biri də Allah taalanın hikmət sifətidir. Sllah taalanın bu sifətə malik olması heç bir yaradılışın bihudə (əbəs yerə) olmadığına bir sübutdur. İnsanda bu yaranmışların biri olmaqla yanaşı, həm də onların ən şərafətlisidir. Təbiidir ki, Allah taalanın ən şərafətli yaranmışı hikmətsiz deyildir. İnsanın yaradıldığında əsas səbəb onun kamillik zirvəsinə çatmasıdır.
Bu zirvəyə yüksəlməyin ən ümdə yolu Allaha bəndəlik etməkdir. Misal üçün: Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, əməli saleh olmaq və s.
Bir sözlə ilahi təkamülə çatmaq üçün ilahinin bizə əmr etdiyi "siratəl müstəqim"lə, düzgün və doğru yolla irəliləmək lazımdır. Allah Taala Qurani kərimdə buyurur:
«وَ أَنِ اعْبُدُونی هذا صِراطٌ مُسْتَقیم»
"Mənə ibadət edin! Bu doğru yoldur deyə əmr edmədikmi?"[1]
Əgər insan ibadətini bilməsə və niyə ibadət etdiyini dərk etməzsə, ibadətin şirinliyi və ləzzəti ona nəsib olmayacaqdır. ,Buna yalnız təfəkkür və düzgün dini baxışlarla yiyələnmək olar.
2)- İbadətlə uyğunluğu olmayan əməllərdən çəkinmək:
İnsanda baş verən hər bir mənəvi təsir, onun keçmiş əməllərinin xalis olduğunu xatırladır. Bu səbəbdən də ibadətin insanlarda qoyduğu mənəvi təsir müxtəlifdir, İbadətdən öncə Allah bəyənməyən əmirlərinə zidd olanvə onunla uyğunluğu olmayan hər hansı bir əməli etməməlidir. Məsələn: "Bir həkim xəstəliyi eyni olan iki xəstə üçün, eyni dərmanları yazmaqla yanaşı, onlara bəzi qida növlərindən çəkinməyi məsləhət bilir.
Xəstələr həkimin göstərişlərinə uyğun olaraq dərmanlardan vaxtı- vaxtında istifadə edirər. Amma xəstənin biri həkimin qadağan etdiyi qidalardan mütəmadi olaraq istifadə edir. Edir. Müalicə müddəti bitdikdə isə, həkimin göstərişinə kamil surətdə əməl edən xəstə şəfa tapır. Amma o biri xəstə həkimin verdiyi dəvalardan istifadə etsədə rejimə (pəhrizə) riayət etmədiyi üçün şəfa tapmır. Çünki, xəstəliyinə zidd olan amilləri aradan qaldırmamışdır."
Əgər bir şəxs batini nuraniliyə (ibadət, Allaha doğru hərəkət) tərəf addımlayırsa, gərək zülmətdən (günah və şeytan) tam surətdə çəkinsin. İmam Sadiq (ə) atası imam Baqir (ə- dan belə nəql edir: "Qəlb üçün ən ziyanlı şey, günahdır".[2]
Yəni qəlb ilikn yaradılışda pak nurani və hər bir çirkinlikdən amanda olmuşdur.
Amma pis əməllər nəticəsindən qaralaraq öz nuraniliyini əldən vermişdir. İmam Sadiq (ə) bu barədə buyurur:
«کان أبی (ع) یقول: ما من شیء أفسد للقلب من خطیئة، إنّ القلب لیواقع الخطیئة فما تزال به حتّى تغلب علیه فیصیّر أعلاه أسفله»
"Günah insanı ibadət və raz- niyazdan məhrum edər və münacatın şirinliyini insandan alar.[3] Mövləvi öz Məsnəvisindən Şüğeyb peyğəmbərlə günahkarın əhvalatını belə nəql edir: (xülasə)
Bir gün günahkar bəndə Şüğeybə tənə vurur ki, mən gecə- gündüz günah edirəm. Amma bir dəfə də olsun sənin Allahın məni etdiyim günaha görə cəzalandırmayıb. Allah taala Şüğeybə ilham edir:
"Ey Şüeyb! Ona de ki, Allah taala səndən namazın, orucun, zəkatın və bütün yaxşı əməllərin şirinliyini almaqla cəzalandırıb. Həmiçinin sənin nəzərində öz həyatını mənasız edib və sən bu həyatda elə bir şey yoxdur ki, onu eşqlə zövqlə qiymətləndirirsən. Bu həyatın sənin üçün olduqca darıxdırıcıdır. Burada sənin üçün elə bir şey yoxdur ki, sənin üçün maraqlı və ürəkaçan olsun. "Günahkar eşitcək qəflət yuxusundan oyanır və yerindəcə donub qalır.[4]
3)- Nəfsin saflaşdırılması:
İnsan gərək öz fitrətinə nəzər salsın və orada olan bütün qara pərdələri yırtaraq nuraniliyə tərəf addımlasın. O qara pərdələr ki, təkəbbür, dünya pərəstlik və qəflət kimi şeylərdən onun qəlbində yaranmışdır. Allah taala Qurani kərimdə buyurubdur:
«قد افلح من زکیها و قد خاب من دساها»
Nəfsin (günahlarından təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır.[5]
4)- Əməli saleh olmaq:
Bədənin bütün işləri ruhun vasitəsi ilə idarə olunur. Bu səbəbdən bütün əməllərin nəticəsi ruhda cilvələnməkdədir. Əgər bədən günaha düşərsə ruh qaralar və ikinci bir günah etmək üçün cürətlənər. Əks halda isə daha da nurani olmaqlıa yanaşı yaxşı işlərdən zövq alar. Bu səbəbdən də əgər insan şəri vacibatları (namaz, oruc zəkat, həmçinin nafilə və gecə namazları) yerinə yetirməklə bərabər yaxşı əməl sahibi olarsa, ibadətlərimizdə süst olmamaqla yanaşı onun ləzzətini də duyacaqdır.
Bir sözlə şirinliyini duymaq, ruhun paklğından aslıdır. Ruh pak və nurani olarsa, ibadət də şirin və yorucu olmayacaqdır.[6]
«قل کل یعمل علی شاکلته»
5)- Allahla dost olmaq:
Allah taala ilə dost olmağın və həmçinin onun nuru il qəlbi işıqlandırmağın çoxlu şərti var ki, biz onun bir neçəsini burada qeyd edirik:
· Dünyaya məhəbbət bağlamamaq,
· Dünya məhəbbətini ilahi məhəbbətlə dəyişmək
· İnsanı Allahdan uzaqlaşdıran amiləri tanımaq və ondan suğortalanmaq.
· Nəfsani istəkləri və ləzzətləri, Allahın istəkləri və məhəbbəti ilə dəyişmək və s.
Nəticə:
Əgər ibadət edərkən qəlbən Allaha bağlanmaq istəyiriksə, onda gərək ilkin surətdə qəlbimizi və ruhumuzu günahlardan və bizi Allahdan uzaqlaşdıran amillərdən çəkindirək. Bundan əlavə Allah bəyənən işlərlə qəlbimizi daha da nurani edərək, onu nəfsani istəklərin müqabilində daha da qüvvətləndirək. Həmçinin qəlbimizi şeytani xəstəliklərdən qoruyaq ki, ilahi nemətlərin (ibadətin) şirinliyini duyaq.
Xəstəlikdən yemək yeməyə halı olmayan və ya onun onun dadını bilməyən xəstələr kimi olmayaq. Bir sözlə "namazdan öncə Allahın evini (qəlbi) təmizləyək ki, namaz vaxtı Allahı ora dəvət etməyə üzümüz olsun."
Daha geniş məlumat üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
- Adab səlat, imam Xomeyni (rh),
- Rahhayi xaric əz sifat rəzilə, seyyid Rəhim, təvəkkül.
- Sirrul- səlat, imam Xomeyni (rh).