Təvəllüd bayramı İslami sünnətlərdən deyil. Və İslami təlimatlarda sifariş olunmayıb ki, insan öz doğum gününü bayram etsin. Biz bu təzə sünnnəti məhkum etmək istəmirik, baxmayaraq ki, əcnəbilərin kor- koranə daxil olan (adət) sünnətlərini bəyənmirik; çünki etqadımız var ki, sünnətlərin gərək xalqın zehnində dərin kökləri olsun. Amma belədir (adət) sünnətin qəbulundan sonra onu təkmilləşdirmək üçün çalışnaq olar. Bu sünnətdə dəyişiklik etmək olar ki, bir şəxsin təvəllüdü Allahın şükrü üçün bir münasibət olsun ki, onu belə bir günə qədər diri saxlayıb. Habelə fikirləşmək üçün bir fürsətdir ki, ömrünü hansı yolda sərf edibdir və qalan ömründə doğru yol seçsin və Allahı yad etsin və ondan istəsin ki, gələcəyini keçmişindən yaxşı etsin, aqibətini xeyir etsin, ən yaxşı gününü Allahla görüş qərar versin. Buna əsasən özün üçün və yaxud övladları üçün təvəllüd bayramı qeyd etmək, əgər israf və haram musiqi, rəqs və sair kimi, şəriətin ziddinə olan məsələlərlə bir olmazsa, eybi yoxdur.
Təvəllüd bayramı İslam sünnətlərindən deyil. İslami təlimatlarda tapşırılmayıb ki, insan doğrum gününü bayram etsin.
Hətta böyüklərin doğum günlərini əzizləyib və qeyd etmək baxmayaraq ki, müsbət nəticələri vardır, amma bizim ərəb və şərq tarixlərimizdə bu işlər omayıb. Allahda iki Peyğəmbərinin təvəllüdündən başqa bu barədə bir söz deməyib. Biri Musa (ə) haqqında ona nisbət öz lütfünü aydınlaşdırmaq üçün ona xüsusi kəramət etdi və onu Firondan nicat verdi və onun ailə mühitində böyütdü.[1]
«فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِیَکُونَ لَهُمْ عَدُوًّا وَ حَزَناً...»
Fironun ailəsi onu (sudan) götürdülər ki, nəhayət, onların (can) düşməni və qəmgin onlarına səbəb olsun.
İkinci Məsih (ə) miladıdır ki, Allahın qüdrətinin məzhəridir. Amma Allah İbrahimin (ə) ya başqa Peyğəmbərlərin heç birinin təvəllüdü barədə söz deməyibdir; çünki insan ki, müəyyən bir zamanda dünyaya gəlir, onun üçün bir dəyər deyil. Bu cəhətdən İslam şəriətində, heç bir sifariş yoxdur ki, xalqı Peyğəmbər İmam ya başqalarının təvəllüd bayramını qeyd etməyə dəvət etmiş olsun. Müsəlmanlar bu məsələdə başqa mədəniyyətlərdən təqlid ediblər ki, Peyğəmbərlərinin miladını bayram edirlər. Necə ki, məsihilər, böyüklərinin ədiblərinin və sənətkarlarının miladını hər il bayram edirlər, hətta tarix başlanğıcını Məsihin miladı qərar veriblər, bir halda ki, Müsəlmanlar- miladın yerinə Peyğəmbərinin hicrətini tarix balanğıcı ediblər.
Əlbəttə bizim bu məsələdə mövqeyimiz mənfi deyil; çenki biz belə sünnətlərdə təqlid etməkdə və böyüklərin təvəllüdünü bayram etməkdə, heç bir ziyan görmürük; çünki camaat bu bayramları qeyd etməklə öz böyüklərinin təlimatları, çalışmaları, risaləti və əxlaqıyla tanış olurlar və onlarla əlaqədə olurlar və o böyüklərdən enerji alırlar. Bunlar millətə təravət verir, hər il bütün xalqa ulqu olurlar; bu cəhətdən biz bəzi İslami dəstələrlə ki, Peyğəmbərin (s) miladı üçün bayram keçirməyi bidət və haram bilirlər, müvafiq deyilik; ona görə ki, bidət o işlərə deyilir ki, camaat bilirlər mari müqəddəs tərəfindən onun barəsində bir hökm yoxdur, haram bir sünnət hesablanmaz.[2] Təvəllüd bayramını keçirmək sünnətinin, müsbət nəticələri vardır; çünki millətlə dini böyüklərin arasında əlaqə yaratmaq səbəb olur ki, xalq onunla yaşasınlar və onun həyat tərzi ümmətin fikir və təcrübəsinə qənaətbəxşdir. Allah da bayramlarda və şadlıqlarda yeniliyi və həyat gedişatını haram etməyibdir. Bu sünnətlərə əməl etmək təzə vəsilələrdən istifadə etmək kimidir ki, bizim hamımız yaşayışda onlardan istifadə edirik, eybi yoxdur.
Şəxsin təvəllüd bayramı keçirmə məsələsi səmimi bir haldır ki, şəxs varlıq aləminə gəldiyini və il uzunu həyatının davam etməsini xatırlayır. Biz bu təzə sünnəti (adəti) məhkum etmək istəmirik, baxmayaraq ki, əcnəbilərin kor- koranə daxil olan adətlərini bəyənmirik; çünki etiqadımız var ki, adətlərin gərək xalqın zehnində dərin kökləri olsun. Amma belə bir atədin qəbulundan sonra onu təkmilləşdirmək üçün çalışmaq olar. Məsələn: Övladların təvəllüdü bayramı eyni halda nemətin vüvudu və həyatının davamı üçün Allah dərgahına şükr etməyə bir münasibət ola bilər və habelə Allahın həmdi üçün bir fürsətdir necə ki, İmam Zeynulabidin (ə) səhəri və axşamı qarşılayanda deyirdi:
«و هذا یوم حادث جدید و هو علینا شاهد عتید، ان احسنّا ودّعنا بحمد، و ان اسأنا فارقنا بذم»[3]
"Bu təzə bir gündür. Bizim əməllərimizə şahiddir. Əgər yaxşılıq etsək tərifləyərək bizimlə vidalaşar və əgər pislik etsək pisləyərək bizdən ayrılar".
Bu adətdə belə bir dəyişiklik etmək olar ki, şəxsin viladəti Allaha şükr etmək üçün bir münasibət olsun ki, onu viladət gününə qədər diri saxlayıb. Habelə fikirləşmək üçün bir fürsətdir ki, ömrünü hansı yolda sərf edib və qalan ömrünü doğru yola sərf etsin və Allahı unutmasın və ondan istəsin ki:
«اللّهم اجعل مستقبل امرى خیراً من ماضیه و خیر اعمالى خواتیمها و خیر ایامى یوم القاک فیه»[4]
Ey Allah gələcəyimi keçmişimdən daha yaxşı et və aqibətimi xeyir et və günlərimin ən yaxşısını özünlə görüşən gün qərar ver.
Buna əsasən özün üçün və yaxud övladların üçün təvəllüd bayramı qeyd etmək, əgər israf və haram musiqi, rəqs və sair kimi, şəriətin ziddinə olan məsələlərə bir olmazsa, eybi yoxdur.