O ki Quran ayələrindən və rəvayətlərdən cəhənnəmin təbəqələri və dərəcələri haqqında ələ gəlir; budur ki, cəhənnəmdə cənnət[1] kimi müxtəlif təbəqələrə sahibdir ki, günahkarlar öz günah və cinayətinin dərəcəsinə uyğun olaraq, bu təbəqələrin birində yerlərib və əzaba düçar olacaqlar.
İmam Baqir (ə) bir rəvayətdə " لَها سَبْعَةُ أَبْوابٍ لِکُلِّ بابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُوم"[2] cəhənnəm yeddi qapıya sahibdir və hər qapı üçün onlardan müəyyən bir dəstəyə bölünüblər, bu ayə haqqında buyurub: Mənə xəbər yetişdi ki, Allah cəhənnəmi yeddi təbəqə qərar veribdir.
Birinci təbəqə (mərtəbə) ki, onun ən yuxarı təbəqəsidir "cəhənnəm" adlanır. Cəhənnəm sakinləri bu təbəqədə bərk daşların üzərində dayanarlar onların ilığları və beyinləri hərarətin şiddətindən qaynayar.
İkinci təbəqə "ləzi"dir; bu dərəcədə alovun hərarəti əl ayağı və başın dərisini qoparıb aparar və o kəsləri ki, Allahın fərmanına arxa çevirib və malları yığıb saxlayırlar özü nə tərəf çağırar.
Üçüncü təbəqə: "Səqər"dir ki, onda bir ad var ki, nə bir şeyi yerdə saxlayır (heç kəs yanmamış qalmır) və nə də bir şeyi buraxır: bədənin dərisini tamamiylə dəyişir: On doqquz nəfər (əzab mələklərindən) onun üçün qoyulubdurlar.
Dördüncü təbəqə:«حُطَمَه» "Hütəməh" (əzən alov)- dır, ondan saray böyüklüyündə şölələr qalxır ki, (sürətdə və çoxluqda) sarı rəngli dəvələr kimidirlər ki, hər tərəfə pərakəndə olurlar! Hər kəs ona tərəf getsə sürmə kimi qara olar...
Beşinci təbəqə: هاویه "Haviyəh"[3] (cəhənnəm və əsfələ safilinə süqut etmək)- dir ki, onda bir dəstə çağırarlar ey Malik[4] dadımıza çat. Malik onların fəryadına gələn vaxt onların qarşısına sarı oddan qablar qoyar ki, onda çox pis qoxulu sudur ki, bədənlərinin dəriləri onun istiliyinin çoxluğundan dəmir kimi qızarar, alovlu qabı qaldırarlar ki, ondan içsinlər bu anda üzlərinin əti onun istiliyinin şiddətindən qaba tökülər; bu Allahın sözüdür ki, buyurub:
«وَ إِنْ یَسْتَغیثُوا یُغاثُوا بِماءٍ کَالْمُهْلِ یَشْوِی الْوُجُوهَ بِئْسَ الشَّرابُ وَ ساءَتْ مُرْتَفَقاً»[5]
Əgər su istəsələr, onlar üçün elə bir su gətirərlər ki, qızarmış dəmir kimi üzləri qızarar! Nə pis içməli və nə pis yığıncaq yeridir. Hər kəs ora düşsə yetmiş il odda batar və hər nə qədər dərisi yansa başqa dəri onun yerinə gələr.
Altıncı təbəqə: "Səir"- dir ki, onda oddan üçyüz ximə var və hər ximə oddan üç yüz qəsrə sahibdir və hər qəsrdə oddan üç yüz ev var və hər evdə üç yüz növ oddan əzab var ki, o evlərin arasında, oddan ilanlar və əqrəblər və habelə oddan zəncirlər boyunbağılar var. Bu Allahın buyurduğudur:
«إِنَّا أَعْتَدْنا لِلْکافِرینَ سَلاسِلَ وَ أَغْلالاً وَ سَعیراً»[6]
Biz kafirlər üçün zəncirlər cə odun yandıran şölələrini hazırlamışıq!
Yeddinci təbəqə: "cəhənnəm"- dir ki, "fələq" orada yerləşir, o cəhənnəmdə bir quyudur ki, açılan vaxt od alovlanır və o odlu əzabın ən şiddətli dərəcəsidir...[7]
Bu sualın müfəssəl cavabı yoxdur.
[1] - R. K. Yeddi təbəqəli cənnətlər, 1859 (sayt: 1915).
[2] - Hicr, 44.
[3] - Cəhənnəmin هاویه "Haviyəh" adlanmasının səbəbi budur ki, haviyəh "həva" maddəsindən tutulub ki, süqut mənasınadır, məqsəd cəhənnəmin ən dərinliyinə süqut etməkdir. R. K. Təba- təbai, Seyyid Məhəmməd Hüseyn, Əl- mizan, cild 20, səh 349, dəftəri intişarate İslami, Qum, 1417 q.
[4] - Cəhənnəm qaraulçu mələklərindən bir mələyin adıdır.
[5] - Kəhf, 29.
[6] - İnsan, 4.
[7] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 8, səh 289- 290, Əl- vəfa müəssisəsi, Beyrut, 1409 h. q.
Bu sualın müfəssəl cavabı yoxdur.