Allah- Taala qeyd olunan ayələrdə, yerin və göyün yaranmasının haqq olması və hədəfi olmasına işarə edib, Peyğəmbər (s)- ə cahil və düşmənlərin inadkar müxalifləri, iş pozmaları, təəssübləri, inadlıq və inadkarlıqları qarşısında, yumşaqlıq və məhəbbət göstərməyi, onları bağışlayıb və onlara yaxşı üz göstərməyi sifariş edir.
Sonda, Allah Peyğəmbər (s)- ə düşmənlərin düşmənçiliyi, onların cəmiyyətinin çoxluğu və ixtiyarında olan çoxlu maddi şəraitlərdən heç vaxt nigaran olmamaq üçün ürək- dirək verir. Çünki, Allah onun ixtiyarında Peyğəmbərlik üçün, sübutlar və bəxşişlərlə heç bir şey bərabər ola bilməz.
Allah- Taala qeyd olunan ayədə buyurur: "Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq- ədalətlə yaratdıq. O saat (qiyamət) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər. 9Onları nadanlıqlarına görə danlama). Həqiqətən, Rəbbin yaradandır, biləndir. Biz sənə Həmd surəsini və əzəmətli Quranı verdik."[1]
"Və ma xələqnəs- səməvati vəl- ərzə vəma bəynəhuma illa bil- həqq" « وَ ما خَلَقْنَا السَّماواتِ وَ الْأَرْضَ وَ ما بَیْنَهُما إِلَّا بِالْحَق » ayəsindəki "həqq" kəlməsindən məqsəd, batil qarşısında olan mənadır. Belə ki, yerin və göylərin yaranması, haqdan ayrı deyil, əksinə onların hamısı haqla birgədirlər. Deməli xilqətin son hədəfi var ki, tezliklə ona doğru qayıdacaq. Çünki əgər xilqətin son hədəfi olmasaydı, oyuncaq olardı.[2] Sonra ayənin aradında buyurur: "Və innəs- saətə ləatiyə" ki, iddiamıza dəlaləti aydındır. Çünki bu xilqət üçün hədəf açıqlanıbdır.[3] Peyğəmbərinə əmr verir ki, cahillər və düşmənlərin inadkar müxalifləri, iş pozmaları, təəssüb, nadanlıq və inadkarlıqları qarşısında, yumşaqlıq və məhəbbət göstərsin, onların günahlarından üz döndərsin və onları bağışlasın:[4]
"Fəsfəhis- səfhəl- cəmil": Çünki, Peyğəmbər (s) məmur olduğu dəvət və vəzifəsi yolunda olan aydın dəlilin olması ilə, camaatın qəlblərində tövhid və məadın əsaslarını höhkəmləndirmək üçün, kobudluğa ehtiyacı yoxdur. Çünki məntiq və ağıl olunmalıdır. Bundan əlavə, cahillər qarşısında kobudluq, çox vaxt onların kobudluq və təəssübünün artmasına səbəbdir.[5]
"Səfh" əslində hər şeyin üstü və kənarı mənasındadır.[6] Şəkil səfhəsi kimi. Ona görə də, "fəsfəh", "üz döndərmək və fikirdən daşınmaq" mənasında gəlibdir. Bir şeydən üz döndərmək, bəzən etinasızlıq, küsmək və bunun kimilərə görə, bəzən də, alicənablıqla əfv və güzəştə görədir. Ona görə də, yuxarıdakı ayədə, fasilə olmadan ona "cəmil" (gözəl) kəlməsi sifət gətirir ki, ikinci mənanı (əfv və güzəşt) çatdırsın.[7]
İmam Rza (ə)- dan olan bir rəvayətdə, o ayənin təfsirində buyrdu: "Məqsəd, əfv etmək danlamaqsızdır."[8]
"Fəsfəhis- səfhəl- cəmil" cümləsi, qabaqkı məsələlərin bir hissəsidir. Təfri farsi belə bir mənanı ona verir: "İndiki dünyanın yaranışı haqdır və bir gün olacaq ki, bunlar o gün sorğu sual olub və cəzalanacaqlar, deməli daha onları istehza və təkzibdən nigaran olma və onlara güzəşt et.[9] "İnnə rəbbəkə huvəl- xəllaqul- əlim" cümləsi, əslində gözəl üz döndərmək, əfv və güzəştin lazımlığına dəlil dərəcəsidir.[10] Güzəşt əmri verən kəs, tərbiyə edən, çox bilən və yaradan Allahdır. O bilir ki, əfv və güzəşt fərd və cəmiyyətin rununa və camaatın cəzm olmasında və inkişafında, necə təsirlidir. Deməli, səfv (üz döndərmək) əmrinə əməl etmək, sizin üçün ağır olmasın.[11]
Sonda Allah Peyğəmbər (s)- ə düşmənlərin düşmənçiliyi, onların cəmiyyətinin çoxluğu və onlarda olan çoxlu maddi şəraitlərdən heç vaxt nigaran olmamaq üçün, ürək- dirək verir. Çünki, Allah onun ixtiyarında Peyğəmbərlik üçün sübutlar və bəxşişlərlə heç bir şey bərabər ola bilməz.[12] Biz sənə Həmd surəsini və əzəmətli Quran verdik: " سبع مثانی" "Səbi- məsani"- nin nə olması barəsində
[1] - Hicr surəsi, ayə 85- 87
«وَ ما خَلَقْنَا السَّماواتِ وَ الْأَرْضَ وَ ما بَیْنَهُما إِلاَّ بِالْحَقِّ وَ إِنَّ السَّاعَةَ لَآتِیَةٌ فَاصْفَحِ الصَّفْحَ الْجَمیلَ، إِنَّ رَبَّکَ هُوَ الْخَلاَّقُ الْعَلیمُ، وَ لَقَدْ آتَیْناکَ سَبْعاً مِنَ الْمَثانی وَ الْقُرْآنَ الْعَظیمَ»
[2] - Təbatəbai, seyid Məhəmməd Hüseyn, Əl- mizan fi- təfsiril- Quran, cild 12, səh 188, İslami nəşrlər dəftəri, Qum, çap beşinci, 1417 hicri qəməri.
[3] - Həmin.
[4] - Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 11, səh 127, Darul- kutubul- İslamiyyə, Tehran, çap birinci, 1374 hicri şəmsi.
[5] - Həmin.
[6] - İbn Mənzur, Məhəmməd bin Mukrim, Lisanul- ərəb, cild 2, səh 512, "Əs- səfv" kəlməsi, Dari- sadir, çap üçüncü, Beyrut,1414 hicri qəməri, Rağib İsfəhani, Hüseyn bin Məhəmməd, Əl- müfrədat fi qəribil- Quran, Araşdırma; Səfvan Ədnan Davudi, səh 486, Darul- elm əd- dariş- şamiyyə, çap birinci, Dəməşq, Beyrut, 1412 hicri qəməri,Qurşi, Seyid Əli Əkbər,Qamusi- Quran, cild 4, səh 131, Darul- kutubul- İslamiyyə,Tehran, çap altıncı, 1371, hicri şəmsi.
[7] - Təfsiri- nümumə, cild 11, səh 127 və 128.
[8] - Şeyx Səduq, Uyuni əxbari- Ər- Rza (ə), Araşdırıcı: Lacurdi, Məhdi, cild 1, səh 294, Cahan nəşriyyatı, Tehran, çap birinci, 1378 hicri qəməri, Ərusi Hoveyzi, Əbd Əli ibn Cümə, Nurus- səqəleyn təfrisi, Araşdırma: Rəsuli Məhəllatı, Seyid Haşim, cild 3, səh 27, İsmailiyan nəşriyyatı, çap dördüncü, Qum, 1415 hicri qəməri.
[9] - Əl- mizan fi təfsiril- Quran, cild 12, səh 190.
[10] - Təfsiri- nümunə, cild 11, səh 128.
[11] - Qiraəti, Möhsin, Nur təfsiri, cild 6, səh 352, Quran dərslərinin mədəni mərkəzi, Tehran, çap on birinci, 1383 hicri şəmsi.
[12] - Təfsiri- nümunə, cild 11, səh 129.