Ölümdən qorxmağın müxtəlif səbəbləri ola bilər ki, bu fürsətdə xülasə olaraq onlardan bəzilərinə işarə olunur.
1. Camaatın bir çoxu ölümü fəna yoxluq və məhv olmaq mənasına təfsir edirlər.
Aydındır ki, insan fənadan və yoxluqdan qorxur. Əgər insan ölümü bu cür məna etsə, mütləq ondan qorxacaq; bu cəhətdən, həyatın ən yaxşı anlarında ölüm fikri, həyatın şirinliyini onun üçün zəhər edir və həmişə bu cəhətdən nigarandır.
2. Bir sıra insanlar var ki, ölümü həyatın sonu bilirlər və məada etiqadları olduğu halda bəyənilməyən və qeyri qanuni əməllərinə görə ölümdən qorxurlar və ondan vəhşət edirlər; çünki ölümü öz əməllərinin pis nəticələrinə yetişməyin başlanğıcı bilirlər. Allahın hesabından və əməllərin cəzasından qaçmaq üçün istəyirlər hər nə qədər çox ölümü təxirə salsınlar.
Bir şəxs İslam Peyğəmbərindən (s) soruşdu: Nə üçün ölümü istəmirəm? Buyurdu: Sərvətin var? Dedi bəli:
Buyurdu: Ondan bir şey özündən qabaq göndərmisən? Dedi: Xeyir.
Buyurdu: Buna görədir ki, ölümü istəmirsən.[1]
Bu həmindir ki, İmam Əli (ə) hikmətli sözlərinin birində ondan, ah və nalə çəkib və xəbərdarlıq verir: "Ah axirət azuqəsinin azlığından və yolun uzunluğundan və səfərin uzaqlığından və məqsədin və giriş yerinin böyüklüyündən".[2]
3. İmam Sadiq (ə) buyurur: Bir nəfər Əbuzərdən soruşdu: Nə üçün ölümdən qorxuruq?
Cavab verdi: Çünki dünyanı abadlaşdırıb axirətinizi viran etmisiniz. Təbiidir ki, istəmirsiniz abad yerdən viran olmuş məkana gedəsiz.[3]
Necə ki, bu rəvayətdən istifadə olur, ölümdən qorxmağın səbəbi, axirət üçün çalışmamaq, bəlkə ona laqeyd yanaşıb və dünyaya üz çevirməkdir və bu da axirətin viran olmasına səbəbdir.
İnsan inanmalıdır ki, ölüm axirət dünyasına qədəm qoymaq və bu dünyanın çalışmalarının nəticəsini görməkdir.
Bu inanc səbəb olur ki, insan öz şəri və insani vəzifələrinə əməl etsin və Allahın geniş rəhmətinə ümidvar olsun. Bu halda insan nə inki ölümdən qorxmur, bəlkə onu Allah görüşünə xatir sevəcək və ona eşq bağlayacaq.
Əziz Peyğəmbər (s) buyurub: "Ölüm möminin hədiyəsidir".[4] Əmirəl möminin (ə) buyurur: "And olsun Allaha! Əbu Talibin övladlarının ölümə istəyi süd əmər uşağın anasının sinəsinə olan istəyindən daha çoxdur"[5].
Buna əsasən, ölümdən qorxmamağın yolu, axirətə diqqət etməkdir; çünki Allaha və qiyamətə etiqadın olmaması, axirəti unudmaq və onun üçün yol azuqəsi hazırlamamaq, ölümdən qorxmağın əsas səbəblərindəndir.
Bu sualın müfəssəl cavabı yoxdur.
[1] - Şeyx Səduq, Xisal, Kəmreyi tərcüməsi, cild 1, səh 69, kitabçı, Tehran, birinci çap, 1377 m.
[2] - Təmimi Amədi, Əbdül- vəhid, Ğorərul- hikəm və dorırul- kəlam, səh 144, dəftəri təbliğatı İslamı, Qum, 1366 m.
«آه مِنْ قِلَّةِ الزّادِ وَ طُولِ الطَّریقِ وَ بُعْدِ السَّفَرِ وَ عَظیمِ الْمُورِدِ»
[3] - Kuleyni, Məhəmməd ibni Yəqub, Kafi Mühəqqiq və Müsəhhih, Ğəffari, Əli Əkbər; Axundi, Məhəmməd, cild 2, səh 458, Darul- kutubil İslami, Tehran, dördüncü çap, 1407 h. q.
«عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ جَاءَ رَجُلٌ إِلَى أَبِی ذَرٍّ فَقَالَ یَا أَبَا ذَرٍّ مَا لَنَا نَکْرَهُ الْمَوْتَ فَقَالَ لِأَنَّکُمْ عَمَرْتُمُ الدُّنْیَا وَ أَخْرَبْتُمُ الْآخِرَةَ فَتَکْرَهُونَ أَنْ تُنْقَلُوا مِنْ عُمْرَانٍ إِلَى خَرَابٍ»
[4] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 70, səh 171. Əlvəfa müəssisəsi, Beyrut, 1409 q.
[5] - Nəhcül- bəlağə, səh 52, h 5.
Bu sualın müfəssəl cavabı yoxdur.