Saytın kodu
fa20649
Arxiv kodu
73215
Dəstə
Hədis elmləri ,آفرینش انسان و جهان
Sualın xülasəsi
Nəsnasın keyfiyyəti və varlığı necədir?
Sual
Nəsnasın keyfiyyəti və varlığı necədir?
Qısa cavab
Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar.
Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər.
Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər.
Ətreaflı cavab
“Nəsnasın”mahiyyət və keyfiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir:
- Nəsnas xəyali bir heyvan və varlıqdır ki, insan şəklində təsəvür etmişlər. Ümumi dildə isə meymun növü mənasında işlədilir.[1]
- İnsana bəzi cəhətlərdən oxşayan və digər cəhətlərdən onunla fərqi olan məxluqlardır. Onlar Adəm nəslindən olmayıblar.[2] Buna əsasən bəzi rəvayətlərdə və bəzi təfsirçilərin fikrində Adəm (ə) ın yaradılışından öncə “Nəsnas” adlı varlıqlar yerdə yaşayıblar. Onlar daha çox fəsad və öldürməklə məşğul olublar. Həmin səbəbə Allah buyuranda: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm” Mələklər dedilər: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”.[3] Buna əsasən bu məxluqların öncəki bəd davranışları səbəb oldu Mələklər insana da bəd güman olsunlar. Məhz buna görə insanı nəsnasla müqayisə etdilər.[4]
Unutmayaq ki, bəzi rəvayətlərdə Adəm (ə) ın yaradılışından öncə nəsnas adı və nəsli qeyd olunub. Amma bəzi digər rəvayətlərdə Adəm (ə) dan öncəki varlıqlar kimi və ad qeyd edilmədən işarə olunubdur.[5] Burada iki rəvayətlə kifayətlənirik:
Həzrəti Əli (ə) buyurdu: “Elə ki Allah istəyirdi sonsuz qüdrəti ilə bir varlıq yaratsın, Cin və nəsnasın yaradılışından yeddi min il keçirdi”.[6] Bu hədis bir sıra mövcudların, o cümlədən Nəsnasın yaradılışını İnsanların yaradılışından öncə göstərir.
İmam Məhəmməd Baqir (ə) Cabir bin yəzid Cəfinin cavabında buyurur: “Sən elə güman edirsən ki, Allah təkcə bu aləmi yaradıb, və sizdən başqa bir bəşər yaratmayıb, Allaha and olsun Allah min min aləm yaradıb, min min Adəm və sən bu aləmin və Adamların sonuncundasınız”.[7], [8]. Bu hədisdə ancaq Həzrəti Adəm nəslindən olan insanlardan öncə mövcud olan varlıqlardan söhbət gedib, amma nəsnasdan söhbət getməyib.
Həzrəti Əli (ə) buyurdu: “Elə ki Allah istəyirdi sonsuz qüdrəti ilə bir varlıq yaratsın, Cin və nəsnasın yaradılışından yeddi min il keçirdi”.[6] Bu hədis bir sıra mövcudların, o cümlədən Nəsnasın yaradılışını İnsanların yaradılışından öncə göstərir.
İmam Məhəmməd Baqir (ə) Cabir bin yəzid Cəfinin cavabında buyurur: “Sən elə güman edirsən ki, Allah təkcə bu aləmi yaradıb, və sizdən başqa bir bəşər yaratmayıb, Allaha and olsun Allah min min aləm yaradıb, min min Adəm və sən bu aləmin və Adamların sonuncundasınız”.[7], [8]. Bu hədisdə ancaq Həzrəti Adəm nəslindən olan insanlardan öncə mövcud olan varlıqlardan söhbət gedib, amma nəsnasdan söhbət getməyib.
- Bir hədisə[9] istinadən Nəsnas, insanlardan bir növ və bəni Adəm nəslindən olublar. Məsx səbəbi ilə bir əl və bir qol olublar və heyvanlar kimi otlayırmışlar.[10] Bu mənaya əsasən deyə bilərik ki, nəsnasın nümunələri Ad qövmündə var idi. Bunun Həzrəti Adəmdən (ə) öncə ki, varlıqlarla da ziddiyyəti yoxdur. Çünki, bəzi rəvayətlərə əsasən, insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmaq, heyvani hisslərinin güclü olması və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən və bu ayənin “إِنْ هُمْ إِلَّا كَالْأَنْعامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا”[11] aydın göstəricilərdindən hesab ediliblər.[12]
[1] - Bostanı, Fuad əfram, ərəbcə- farsca əbcəd lüğəti, tərcüməçi: Məhyar, Rıza, Səh 912, “Nəsnas” termini, İslam nəşriyyatı, Tehran, İkinci çap, 1375, hicri şəmsi ili ilə.
[2] - Fərahidi, Xəlil bin Əhməd, Kitabul eyn, cild 7, səh 200, Hicrət nəşriyyatı, Qum, ikinci çap, 1410 hicri qəməri tarixi ilə; Türeyhi, Fəxrəddin, Məcməul bəhreyn, cild 4, səh 111, Mürtəzəvi kitabçısı, Tehran, üçüncü çap, 1375 hicri şəmsi tarixi ilə.
[3] - Bəqərə surəsi, ayə 30.
[4] - Baxın: Bəlaği Nəcəfi, Məhəmməd Cavad, Alaur-Rəhman fi təfsirul Quran, Araşdırmaçı və tərtibatçı: İslam araşdırmalar mərkəzi, cild 1, səh 83, Besət birliyi, ilk çap, Qum, 1420 hicri qəməri tarixi ilə; Təbatəbayi, Seyid Məhəmməd Hüseyn, Əl mizan, fi təfsirul Quran, cild 1, səh 119, İslam nəşriyyatı ofisi, Qum, beşinci çap, 1417 hicri qəməri tarixi ilə; Feyz Kaşani, Molla Möhsün, Təfsirus- Safi, cild 1, səh 106, Sədr nəşriyyatı, Tehran, ikinci çap, 1415 hicri qəməri tarixi ilə; Məkarim Şirazi, Nasir, Nümunə Təfsiri, cild 1, səh 174, Darul kutubul İslamiyyə, Tehran, ilk çap, 1374 hicri şəmsi tarixi ilə.
[5] - Bu göstəricilərə baxın: Mağarada yaşayan insanlar nəsli, 636 cı sual (sayt: 695); Adəm, insandan səkkizinci nəsil, 5901 ci sual (sayt: 6471)
[6] - Şeyx Səduq, Məhəmməd bin Əli, İləlüş- Şəraye, cild 1, səh 104, Davəri kitabçısının nəşriyyatı, Qum, İlk çap, 1385 Hicri şəmsi tarixi ilə.
[7] - Şeyx Səduq, Məhəmməd bin Əli, Xisal, Mühəqqiq və müsəhhih: Ğəffarı, Əli Əkbər, cild 2, səh 652, Camieye müdərrisine Qum, İlk çap, 1362 Hicri şəmsi tarixi ilə.
[8] - 6618 cavabından iqtibas.
[9] - Hədis belədir: “Ad qövmündən bir dəstə öz peyğəmbərləri ilə müxalifət etdiklərinə görə , Allah onları məsx edib, nəsnas sifətinə gətirdi. Onlardan hər birinin bir əli və bir ayağı vardı. Bədənin bir tərəfindən yerlə sürünür və heyvanlar kimi otlayırdılar”. Məclisi, Məhəmməd Baqir, Bəharül Ənvar, cild 24, səh 96, Dar ehya ul turasul ərəbi, beyrut, ikinci çap, 1403 hicri qəməri tarixi ilə.
[10] - Məcməul bəhreyn, cild 4, səh 111; Hüseyni Zübeydi, Məhəmməd Mürtəza, Tacul Ərus min cəvahirul Qamus, cild 9, səh 11, Darul fikr, Beyrut, İlk çap, 1414 hicri qəməri tarixi ilə
[11] - Furqan surəsi, ayə 44: “Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar”.
[12] - Baxın: Kuleyni, Məhəmməd bin Yəqub, Əl kafi, tədqiqatçı və təshihçi: Ğəffarı, Əli Əkbər Axundi, Məhəmməd, cild 8, səh 244 və 245, Darul kütübul İslamiyyə, Tehran, Dördüncü çap, 1407 hicri qəməri tarixi ilə; Təyyib, Syid Əbdül Hüseyn, Ətyəbül bəyan fi təfsirul Quran, cild 1, səh 388, İslam nəşriyyatı, Tehran, ikinci çap, 1378 hicri şəmsi ili ilə; Mühəqqiq Səbzvari, Hadiül müzəllin, səh 256 və 257, Mədəni şəxsiyyətlər və əsərlər birliyi nəşriyyatı, Tehran, ilk çap, 1383 hicri şəmsi ili ilə.