Qısa cavab:
İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər.
İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti və daimi) insanlara vacib etmişdir. Yəni kişi və qadının bütün rabitələri bu qanun çərçivəsində olmalıdır. Siz də öz cinsi istəklərinizi təmin etmək üçün bu qanundan istifadə etmək məcberiyyətindəsiniz. Yəni məsələnin yeganə həll yolu ailə qurmaqdadır. (fərq etməz müvəqqəti və ya daimi ) əgər bu şərait sizin üçün əlverişli deyilsə gərək idman etməklə, oruc tutmaqla və başqa əyləncəli işlərlə özünüzü kontrol edəsiniz ki, günaha düşməyəsiz.
İslam dini baxımından qadın və kişi bir- birlərini təkminləşdirən iki müxalif cinsdirlər. Allah- Taala onları bir- birləri üçün yaratmışdır. Qurani- kərim buyurmuşdur: "Allahın böyük qüdrət nişanələrindəndir ki, sizin üçün öz cinsinizdən qadın yaratdı ki, onlarla aramlıq tapasınız. O sizin aranızda dostluq və mehribanlıq qərar verdi".[1]
Qadın və kişinin bir- birinə olan ehtiyaclarından biri də cinsi əlaqədir. Həmçinin bu ehtiyac İlahinin insanlara bəşs etdiyi nemətlərdən biridir. İslam dini bu həqiqət üçün müəyyən tədbirlər görmüşdür. Yəni belə deyil ki, hamı bu ehtiyaclardan necə gəldi istifadə etsin və ya bunun vasitəsi ilə insanlıq dəyərlərini tapdalasın. Əksinə bu ehtiyacların ödənməsini müəyyən qanun çərçivəsində qərarlaşdırmışdır. İnsan bu qanun çərçivəsində insanın iffətini qoruyub saxlamışdır. Belə ki insan üçün evlənmək qanunlarını vacib etmişdir ki, bütün insanlar bu qanundan bəhrələnməkdədir. Həmçinin insan bu qanunlarla özünü günahdan qoruyub saxlayır.
İslam dini evlənmək qanunlarını olduqca mühüm və mübarək olaraq bizə tapşırmışdır. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəs ailə qursa öz dininin yarısını qorumuş olar".[2]
İslam alimləri buyurmuşdur: "Ailə qurmaq müstəhəb bir əməldir. Amma bir nəfər evlənməzsə günaha düşərsə ona bu iş vacib olur".[3]
Əlbəttə İslam dini cinsi istəklərin kontrolu üçün yalnız evlənmək məsələsi ilə kifayətlənmir. Əksinə ailə qurmaq imkanı (maddi və sair) olmayan cavanlara da müəyyən məsləhətlər vermişdir. Məsələn: Hər cəhətdən daimi evlənmək imkanı olmayan cavanlara müvəqqəti evlənməyi yəklif edir. Bu yolla bir çox fəsadların qarşısını almış olur.
Əgər bir şəxs daimi və müvəqqəti ailə qura bilməsə aşağıdakı əməlləri yerinə yetirməklə cinsi istəklərinin qarşısını ala bilər.
A). Cinsi əlaqədə olmaq xəyalını zehnindən uzaqlaşdırmaq və bu barədə heç bir mütaliə etməməklə yanaşı Allahı zikr etmək:
B). Naməhrəm münasibətlərinə riayət etmək: Bundan əlavə bəzi insanı hərəkətə gətirən amillərdən uzaq olmaq lazımdır məsələn:
1) Naməhrəmə şəhvət gözü ilə baxmamaq
2). Geyimə fikir vermək və modabazlıqdan çəkinmək
3). Naməhrəmlə fiziki əlaqədə olmamaq (görüşmək, əllə zarafat etmək və sair)
4). Naməhrəmlə erotik söhbət etməmək
5). Xoş ətirlərdən istifadə etməmək.
6). Naməhrəmlə tək bir otaqda olmamaq.
S). Eniqmaya qulaq asmamaq və daim zikr etmək. Çünki eniqma və bu qəbildə olan mahnılar və estiradalar insanın şəhvətin hərəkətə gətirir.
C). Şəhvəti daim ağılla kontrol etmək və onun vəsvəsəsini eşitməmək.
V). Daim iffəti və həyanı təbliğ etmək, belə ki, bu fikirdə olmaq insanın şəhvətinin azalmasına çox kömək edir. Qurani kərim buyurmuşdur: "Evlənmək imkanı olmayan şəxslər paklığa və iffətə üstünlük verməlidirlər. Belə olsa, İlahi öz inayəti ilə onlara kömk olar".[4]
Q). Təklikdən qaçmaq və daim insanların yanında olmaq.
Z). Dini mərasimlərdə, namazlarda, əzadarlıqda iştirak etmək.
Qurani- kərim buyurmuşdur: "Namaz insanları pisliklərdən uzaqlaşdırır".[5]
Ş). Din alimləri, tələbələr və möminlərlə həm söhbət olmaq.
H). İşsizlikdən və bekarlıqdan uzaq olmaq.
X) Dini kitablar (xüsusən məad və qiyamət barəsində olan ədəbiyyatlar) oxumaq. Əlbəttə bütün bu qeyd etdiklərimiz Allahın köməkliyi ilə ailə qurmaq astanasına çatmaq üçün vasitədir.
[1] - Rum surəsi, ayə 22.
[2] - Vəsailüş- şiə, cild 14, səh 5.
[3] - Tozihul- məsail mərace, cild 2, səh 449.
[4] - Nur surəsi, ayə 4.
«وَ لْیَسْتَعْفِفِ الَّذینَ لا یَجِدُونَ نِکاحًا حَتّى یُغْنِیَهُمُ اللّهُ مِنْ فَضْلِهِ»
[5] - Ənkəbut surəsi, ayə 54.
«إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَرِ»