Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.
Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.[1]
Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.[2]
Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.
Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.
Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.[3]
Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.[4]
Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:
"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.[5]
Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.
[1] - Ənfal surəsi, ayə 38
[2] - Tərihi, Məcməul- bəhreyn, madde cəb, əssirətul- həlibə, cild 3, səh 105, bu hədis müxtəlif bəyanlarla nəql olunmuşdur. Bax Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 40, səh 230.
[3] - Bax: Mühəqqiq Həmədani, Misbahul- fəqiyə, zəkat kitabı, səh 17, Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul- kəlam, cild 17, səh 10
[4] - Bax: Məkarim Şirazi, Nasir, əl- qəvaidul fiqhiyyə, cild 2, səh 169- 183 (qaidətul- cobb)
[5] - Hüseyni, Corcani, Əbuol- fəth, təfsir şahi, cild 2, səh 96.