Ətraflı axtarış
Baxanların
6111
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Məhdi (əleyhis-salam)-ın qiyam və qeybdə olmasını bəyan etmişdirmi?
Sual
Nə üçün həzrət Məhdi (əleyhis-salam)-ın mövzusu Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən aşkar şəkildə zikr olunmamışdır?
Qısa cavab

İslamın əvvəllərində həzrət Məhdi (əleyhis-salam)-ın vücudunun əsli müsəlmanlar arasında danılmaz bir məsələ idi və bir kəs o həzrətin vücudunun əslində əsla şəkk-şübhə etmirdi. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də Məhdinin vücudunun əslini, onun xüsusiyyətlərini, tövhid hakimiyyətini təşkil edib haqq-ədaləti yayması və zülmün, haqsızlığın kökünü kəsməsi, islam dinini bütün dünya dinlərinə qalib etməsini və o cənabın əli ilə baş verən bir sıra digər  islahatları bütün müsəlmanlara yığcam şəkildə bəyan və onları bu kimi sevinc gətirən məsələlərə ümidvar etmişdi.[i]

Vədəsi verilən Məhdinin müqəddəs vücudu, qiyamı və zühuru ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən çoxlu rəvayətlər nəql olunmuş, sünnü və şiə alimləri onları qeyd etmişlər. O rəvayətlərə diqqət yetirməklə aydın olur ki, “Məhdi” və “Qaim” mövzusu Peyğəmbərin dövründə müsəlmanların arasında danılmaz və şübhəsiz bir məsələ olmuşdur. Belə ki, o mübarək vücudun gələcəkdə dünyaya gəlməsi ilə əlaqədar əqidə camaatın arasında adi bir məsələ idi, camaat yalnız onun fəri mövzuları ilə (əsil-nəsəbi, adı, künyəsi, hərəkat vaxtı, zühur əlamətləri, qeybdə olma səbəbləri və s.) əlaqədar Peyğəmbərdən soruşur və o həzrətdən cavab alırdılar. Peyğəmbər də bəzən o müqəddəs vücuddan xəbər verir, onun barəsində müəyyən mətləbləri açıqlayırdı. Misal üçün, buyururdu ki, vədəsi verilən Məhdi mənim, övladım Fatimənin, Hüseynin nəslindən dünyadan gələcəkdir.[ii] Bəzən onun adını və künyəsini bəyan edir, bəzən isə digər xüsusiyyətlərini irəli çəkirdi.

Bu hədislər şiə kitablarından əlavə mötəbər sünnü kitablarında da, o cümlədən “Yənabuil-məvəddət” kitabında əks etdirilmişdir.



[i] İbrahim Əmini, “Dadqostəre cəhan”, səh. 92

[ii] Yenə orada, səh. 40

Ətreaflı cavab

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən və məsum imamların hər birindən həzrət Məhdinin təvəllüdü, qeybdə olması, zühuru, dünya səviyyəli qiyamı və s. kimi xüsusiyyətləri ilə əlaqədar çoxlu rəvayətlər nəql olunmuşdur. Həqiqətdə o həzrətin təvəllüdündən uzun illər öncə onun səciyyəvi xüsusiyyətləri bəyan olunmuş, o cümlədən Peyğəmbərin xanədanından, Fatimənin və İmam Hüseynin (əleyhimus-salam) nəslindən olunması, qanlı qiyamla yer üzünün hər bir yerini haqq-ədalətlə doldurulması irəlicən xəbər verilmişdir. Bu rəvayətlərin sayı o qədər çoxdur ki, islam mövzularının heç biri barəsində bu qədər hədis gəlib çatmamışdır.[1] Hətta bu məsələ 12 imam şiə məzhəbinin zəruri əqidəvi məsələlərindən hesab olunur.[2] Həzrət Ayətullah Safi Gülpayqani bu hədislərin bir qismini özünün dəyərli “Müntəxəbul-əsər” kitabında bir yerə toplamışdır. Biz burada Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən Məhdi (əleyhis-salam) barəsində mötəbər şiə və sünnü mənbələrində nəql olunan mətləblərə ayrı-ayrılıqda və qısa şəkildə işarə edirik:

 

Həzrət Məhdi (əleyhis-salam) şiə mənbələrində

Həzrət Məhdi (əleyhis-salam)-ın qeybdə olması və qiyam etməsi məsələsi islamda qəti və danılmaz bir məsələdir, onun barəsində çoxlu kitablar yazmışlar. Belə ki, onların bir çoxunun yazılma tarixi o həzrətin təvəllüdündən uzun illər öncəyə qayıdır. Misal üçün, şiənin mötəbər hədis alimlərindən və müəlliflərindən biri olan Həsən ibni Məhbub Zərrad “Əl-məşixə” kitabını qeybəti-kubradan yüz il öncə yazmış, İmam Məhdi (əleyhis-salam)-ın qeybdə olacağı ilə əlaqədar rəvayətləri orada nəql etmişdir.[3] Həmçinin Ayətullah Əmini “Dadqostəri cahan” adlı kitabında (Nəcaşinin “Rical” kitabından nəqlən) o həzrətin təvəllüdündən qabaq onun qeybət dövrü ilə əlaqədar kitab yazan 7 nəfər böyük şəxsiyyətin adını çəkir.

Şeyx Müzəffər “Əqaidul-imamiyyə” kitabında yazır: “Əgər Məhdilik təfəkkürü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tərəfindən müsəlmanlar üçün irəli çəkilməsəydi, birinci hicri əsrində yalançı iddiaçılar, o cümlədən keysanilər, abbasilər və sairləri vədəsi verilən Məhdilik iddiasını etməzdilər.”[4]

Həmçinin Şeyx Səduq “Kəmalud-din və təmamun-nemət” adlı kitabında Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən (sair imamlardan yox) məcmu halında 45 rəvayət nəql etmişdir. Bu rəvayətlər həzrət Məhdinin vücudunun əslinə dəlalət etməkdən əlavə, onun bəzi xüsusiyyətlərini də bəyan edir.[5]

Misal üçün, Əbdüllah ibni Abbas, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Allah-taala yer üzünə nəzər saldı və onların arasından məni seçərək peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər salaraq Əlini seçdi və onu imam qərar verdi. Sonra mənə fərman verdi ki, onu özümün qardaşım, vəlim, vəsim, xəlifəm və vəzirim seçəm. Əli məndən, mən də Əlidənəm, o qızım Fatimənin əri, iki nəvəm Həsənlə Hüseynin atasıdır. Bilin ki, mütəal Allah məni və onu Öz bəndələrinə höccət qərar vermiş, Hüseynin övladlarından elə imamlar seçmişdir ki, mənim əmrimlə qiyam edər, dinimi bərqərar edər, vəsiyyətimi qoruyub saxlayarlar. Onların doqquzuncusu Əhli-beytimin Qaimi və ümmətimin Məhdisidir ki, zahiri quruluşda, danışıqda, rəftar və davranışda camaat arasında mənə ən çox oxşar şəxsdir. O uzun müddətli qeybət dövründən sonra zühur edəcək, Allahın dinini hər bir dinə qalib edəcək, Allahın köməyi və mələklərin yardımı ilə dəstəklənəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.”[6]

İbni Abbas yenə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Məndən sonra Allahın insanlara olan höccətləri, vəsiləri və canişinləri on iki nəfərdir. Onların birincisi qardaşım, axırıncısı isə övladımdır.” Soruşdular ki, qardaşın kimdir? Həzrət buyurdu: “Əli ibni Əbi Talib.” Soruşdular ki, övladın kimdir? Buyurdu: “Məhdi. O həmin kəsdir ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ətalətlə dolduracaqdır. Məni haqq olaraq nübüvvətə seçən Allaha and olsun! Əgər dünyanın axırına bir gündən artıq qalmamış olsa belə, Allah o günü o qədər uzadacaqdır ki, övladım Məhdi qiyam etsin. Bundan sonra İsa ibni Məryəm asimandan nazil olaraq namazda ona iqtida edəcəkdir... Onun hakimiyyəti yer üzünün şərqinə və qərbinə çatacaqdır.”[7]

Qeyd etmək lazımdır ki, sair şiə mənbələrində bu xüsusda çoxlu rəvayətlər vardır.

 

Əhli-sünnət  mənbələrində həzrət Məhdi (əleyhis-salam)

Məhdəviyyət, həzrət Məhdi (əleyhis-salam)-ın vücuduna və zühuruna olan etiqad təkcə şiə məzhəbinə məxsus deyildir, əksinə böyük sünnü mühəddisləri də o həzrətlə əlaqədar olan hədisləri bir çox səhabə və tabeindən nəql edərək öz kitablarında bir yerə yığmışlar. Belə ki, şiə kitablarından əlavə, sair islam məzhəblərinin (hənəfi, şafei, maliki və hənbəli) kitab və əsərləri də həzrət Məhdi (əleyhis-salam)-ın özü və zühuru ilə əlaqədar Peyğəmbər rəvayətləri ilə doludur.[8]

Bəzi böyük tədqiqatçıların apardığı araşdırmalara əsasən əhli-sünnət mühəddisləri həzrət Məhdi (əleyhis-salam)-la əlaqədar hədisləri öz kitablarında 33 nəfər Peyğəmbər səhabəsindən nəql etmiş, böyük və məşhur sunnü alimlərindən 106 nəfəri qaib imamın zühuru ilə əlaqədar rəvayətləri öz kitablarında cəm etmiş, onlardan 32 nəfəri həzrət Məhdi barəsində müstəqil kitab yazmışlar.[9]

Əhməd ibni Hənbəl (241-ci ildə vəfat edib) “Müsnəd” və Buxari (256-cı ildə vəfat edib) “Səhih” kitabında həzrət imam Zaman (əleyhis-salam)-ın təvəllüdündən qabaq bu barədə kitab yazan şəxslərdir. Onlar həmin kitablarda həzrət Məhdi ilə əlaqədar rəvayətləri qeyd etmişlər. Misal üçün, Əhməd ibni Hənbəl bu hədisi nəql edir: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Əgər dünyanın ömrünə bir gündən artıq qalmamış olsa belə Allah-taala mütləq o gündə bizim xanədandan olan bir şəxsi seçəcək, o, dünyanı haqsızlıq və zülm ilə dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.”[10]

Böyük sünnü tədqiqatçılarından və alimlərindən biri olan İbni Əbil-Hədid yazır: “Dünyanın ömrünün və şəri təkliflərin yalnız Məhdinin zühurundan sonra sona satacağı barədə bütün islam firqələri yekdil nəzərdədirlər.”[11]

Məşhur sünnü alimi Şeyx Süleyman Qənduzi “Yənaibul-məvəddət” adlı kitabında yazır: Nəsəl adlı bir yəhudi Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in hüzuruna gəlib müxtəlif suallar soruşdu, axırda o həzrətin özündən sonrakı vəsiləri və canişinləri barəsində soruşdu. Peyğəmbər onları belə təqdim etdi: “Mənim vəsim Əli ibni Əbi Talib, ondan sonra iki nəvəm Həsənlə Hüseyndir. Ondan sonra Hüseynin nəslindən doqquz imam gələcəkdir.” Yəhudi şəxs dedi: “Onların adlarını de.” Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Hüseyn dünyadan gedəndən sonra oğlu Əlidir, oğlu Əli dünyadan gedəndən sonra onun övladı... Həsən dünyadan gedəndən sonra onun oğlu höccət Məhəmməd əl-Məhdidir. Bunlar on iki imamdan ibarətdir.”[12]

Hətta şiəliklə ziddiyyətdə və qatı düşmənçilikdə olan ən ifratçı firqə – vəhhabilik də Məhdilik mövzusunu qəbul etmişdir. Belə ki, Ərəbistanın mühüm dini mərkəzlərindən biri olan “rabitətul-aləmil-islamiyy” mərkəzi bu xüsusda bir bəyanat verərək demişdir: “O (Məhdi) on iki nəfərdən ibarət olan raşidi xəlifələrin sonuncusudur ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhih hədislərdə onlardan xəbər vermişdir. Məhdi ilə əlaqədar hədisləri səhabələrdən bir çoxu nəql etmişlər: Hafizlərdən və mühəddislərdən bəziləri də aşkar şəkildə demişlər ki, Məhdi barəsində olan hədislər həm səhih, həm də həsən növündən olan hədislərdir və onların məcmusu qəti olaraq təvatür həddindədir. Məhdinin qiyamına etiqad vacibdir və bu, Əhli-sünnət və cəmaətin danılmaz əqidələrindəndir. Cahil və bidətçi şəxsdən başqa heç kəs onu inkar etməz.”[13]

Nəhayət, islam məsələlərində tədqiqat aparanlardan bəziləri bu zəmində əhli-sünnət yolu ilə nəql olunan rəvayətlərin sayının 200-ə qədər olduğunu nəql demişlər, halbuki həmin mövzuda şiə tərəfindən nəql olunanlar 1000-dən artıqdır.[14]

Qeyd etmək lazımdır ki, bu xüsusda sünnü hədislərinin az olmasının səbəbi budur ki, şiələr əhli-sünnətin əksinə olaraq məsum imamların da hədislərini Peyğəmbərin öz hədisi kimi höccət bilirlər, lakin əhli-sünnət yalnız Peyğəmbərin sözlərini höccət hesab edirlər. Sünnülərin bu xüsusda rəvayət etdiyi hədislərin hamısı Peyğəmbərdəndir.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Məhdilik məsələsini Əli (əleyhis-salam)-ın Qədir-xumdakı vilayət məsələsi kimi, gözəl şəkildə öz ümmətinə bəyan etmişdir. Amma əhli-sünnət Peyğəmbərin birinci xəlifəsi ilə əlaqədar məsələdə şiələrlə ixtilafda olduğu kimi, bu xüsusda da ixtilaf etmiş və o həzrət üçün başqa bir nümunə təyin etmişlər.

Deməli, həzrət Məhdi (əleyhis-salam)-ın mövzusu Peyğəmbər tərəfindən aşkar şəkildə bəyan olunmuşdur və bu da məsələni son dərəcə əhəmiyyət daşıdığını göstərir.



[1] Məhdi Pişvayi, “Sireye pişvayan”, səh. 693

[2] “Bidayətul-məarifil-ilahiyyə”

[3] Məhdi Pişvayi, “Sireyi pişvayan”, səh. 695

[4] Məzmunun nəqli, bax: “Bidayətul-məarifil-islamiyyə”, “Məhdi barəsindəki əqidəmiz” babı

[5] Şeyx Səduq, “Kəmalud-din və təmamun-nemət”, 24 və 25-ci bablar

[6] Yenə orada, 24-cü bab, hədis 2

[7] Məhəmməd Əli Şərqi, “Üsuli vafi”, səh. 226

[8] Məhdi Pişvayi, “Sireyi pişvayan”, səh. 697

[9] Yenə orada

[10] Yenə orada

[11] Yenə orada, səh. 700

[12] Nasir Məkarim Şirazi, "Təfsiri nümunə", 7-ci cild, səh. 375; “Gənclər üçün üsuli-dindən 50 dərs”, səh. 306

[13] "Təfsiri nümunə", 7-ci cild, səh. 375; “Gənclər üçün 50 dərs”, səh 320

[14] Nasir Məkarim Şirazi, “Həzrət Məhdinin dünya səviyyəli hökuməti”, səh. 151

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün ölümdən qorxuruq?
    6176 Qədim kəlam 2012/02/13
    Ölümdən qorxmağın müxtəlif səbəbləri ola bilər ki, bu fürsətdə xülasə olaraq onlardan bəzilərinə işarə olunur.1.             Camaatın bir çoxu ölümü fəna yoxluq və məhv olmaq mənasına təfsir edirlər.Aydındır ki, insan fənadan və yoxluqdan qorxur. Əgər insan ölümü bu ...
  • Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və fərqlər var? bütün elimlərin kökünün Quranda olması, düzdürmü? Bu məsələ nə qədər doğrudur?
    7979 Təzə kəlam 2010/09/29
    Elmin üç mənası və iki istilahı var:Bəzən bilmək mənasındadır, bəzən bilik mənasında, bəzən də bilinmiş mənasındadır. Bu üç mənadan, birincisi məsdər mənası, ikincisi ismi məsdər, üçüncüsü isə vəsfi məfuldur.Elmin (knov l edge) iki istilahı var: Bəzən mütləq elm və ...
  • Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
    8177 Quran elmləri 2011/11/24
    Quranın beş surəsindən hər biri bir heyvanın adı ilə bağlıdır: 1 - “Bəqərə” surəsi (dişi inək), 2 - “Nəhl” (bal arısı), 3 - “Nəml” (qarışqa), 4 - “Ənkəbut” (hörümçək) və 5 – “Fil” surəsi.[1]
  • İslam təlimləri nəzərindən insandan başqa sair canlı varlıqlar üçün də hüquq təyin olunmuşdurmu?
    5657 Hədis elmləri 2012/02/18
    Dini mənbələrdə mövcud olan bir çox rəvayətlər göstərir ki, haqq yalnız insanlara aid deyil, Allahın sair məxluqları da müəyyən hüquqlara malikdir və onlara riayət etmək lazımdır. Misal üçün, “Mən la yəhzuruhul-fəqih” kitabında “həqqud-dabbəti əla sahibiha” (heyvanın öz sahibi üzərində olan haqqı) adlı bir bölmədə qeyd olunan bəzi ...
  • Əgər imam camaat namazda əsl qiblədən otuz dərəcə ixtilafla dursa, ona iqtida edənlərin vəzifəsi nədir?
    3746 Cürbəcür 2015/05/27
    Qeyd olunmuş sualı bir neçə təqlid olunan müctehidin idarəsindən alınmış cavabları təqdim edirik: Ayətulah-üzma Xamneyinin (Allah hifz eləsin) idarəsindən: Namazı qibləyə tərəf qılmaq lazımdır. İnsan qəsdən namazı otuz dərəcə qiblədən kənara qıla bilməz. Ayətulah-üzma Məkarim Şirazinin (Allah hifz eləsin) idarəsindən: Gərək qibləyə tərəf dursun. Qibəldən dörd-beş dərəcə ...
  • Kim və necə teyyul ərz edə bilər?
    14169 Əməli irfan 2011/06/14
    "Teyyul- ərz" termini "bir anda dünyanın hər yerinə getmək" mənasındadır. O, adi insanların qüdrətindən xaric olan bir əməldir. İnsan bu məqama yetişmək üçün gərək təbiətin bəzi silsiləvi qanunlarını keçsin və onu öz qüdrətinin müstəmləkəsi etsin. Bunun ümdə şərti insanın nəfsin mərifətini əldə etməsidir. Yəni insan şəri və düzgün ...
  • İslam dinini, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirə və davranışını musiqi və ğina yolu ilə təbliğ edib yaymaq olarmı?
    5126 تبلیغ و گفتگو 2012/09/24
    Ümumi şəkildə islam dininin, xüsusi şəkildə isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) əməl və davranışının təbliği ən mühüm məsələlərdən biridir ki, onun təbliğ və icrası yolunda dərindən diqqət yetirmək lazımdır. Bu işdə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 1. İslam dininin və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    6515 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la getməmişdir?
    8024 تاريخ بزرگان 2012/01/19
    Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsi ilə əlaqədar çoxlu dəlillər qeyd etmişlər. Onların bəziləri münaqişəlidir və qəbul etmək olmaz. Amma bəzilərinə etimad etmək olar. Onların ən mühümü və yaxşısı Əbdullahın yaşlı və xəstə olmasıdır. Bu, digər tarixi hadisələrlə, o cümlədən öz ailəsini imam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə göndərməsi, Kərbəlada iştirak ...
  • Kərbəla əsirləri hansı gündə Kərbəladan Şama doğru hərəkət etmişlər?
    6703 تاريخ بزرگان 2011/07/28
    Məqtəl və tarix kitablarının nəqlinə uyğun olaraq Kərbəla əsirlər karvanı Məhərrəm ayının 11-də Kərbəladan hərəkət etmiş və 12-də Kufəyə daxil olmuşlar. Məhərrəmin 19-da Kufədən Şama doğru hərəkət etmiş və səfərin 1-də Şama daxil olmuşlar.[1]

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160618 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    147138 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115810 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    107158 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89403 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    89194 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52290 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41869 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    41061 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40701 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...