Ətraflı axtarış
Baxanların
9746
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər?
Sual
Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər? Bu məsələnin həqiqi səbəbi nədir və nədən qaynaqlanır? Onun mənşəyi nə ola bilər?
Qısa cavab

Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu dörd səbəbdən daha artıq məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu səbəbləri təfsilatı ilə və ayrı-ayrılıqda təhlil etməkdən öncə iki məsələni xatırlatmaq zəruridir.

Birincisi budur ki, dinsizlərlə dindarların bir-biri qarşısında əks mövqe seçməsi yeni bir məsələ deyildir; bəşər tarixi boyu müxtəlif şəkillərdə (hər iki cinahda) mövcud olmuşdur və bu cür mövqe seçmək təkcə dinsizlər tərəfindən olmamışdır. Hal-hazırda dinsizlərin təxribatçı texniki qüdrətə, böyük səviyyəli informasiya vasitələrinə və güclü hərbi texnikaya malik olduqlarına görə onların din əleyhinə apardıqları səs-küylü təbliğatlar və yaratdıqları şantajlar keçmiş dövrlərlə müqayisədə daha da artmağa başlamışdır.

İkincisi, bu kimi əks mövqe seçmələrin bütün hallarda yalnız islamın və dinin həqiqəti müqabilində olmasını təsəvvür etməməliyik; əksinə bu mövqe seçmələr dindən düzgün çıxarış əldə etməmək və ya dini təbliğatda yanlış üslublardan istifadə edilməsi nəticəsində də ola bilər. İlahi dinlərin ən kamili və əhatəlisi olan islam dininin xüsusiyyətlərinə diqqət yetirməklə aşağıda bu məsələnin dörd əsas səbəbini təqdim edirik:

a) Siyasi səbəblər

Tarix boyu dindarlıq iddiası edən hökumətlərdən bəziləri, o cümlədən məsihi aləmində orta əsrlər kilsəsi, islam dünyasında xəlifələrin dövranı, son dövrlərdə taliban hərəkatı və s., yəhudi aləmində isə sionist rejiminin törətdiyi acı təcrübələr, müxtəlif dinlər daxilində baş verən məzhəb və firqə çarpışmaları və s. dinsizlərə belə bir bəhanə vermişdir ki, dini heç olmazsa ümumi (siyasi və ictimai) sahələrdə yetərsiz qələmə versinlər, hətta bəzən onlar bu yetərsizliyi xüsusi hövzələrə sirayət etdirməklə dini kökündən terrorizm və qan axıdılma amili kimi təqdim etmişlər. İslam barəsində də, konkret şəkillə desək, özlərini islama mənsub edən taliban, əl-qaidə və s. kimi azğın qrupların və sələfi hərəkatının hakimiyyətə gəlməsi, habelə düz və ya səhv olmasından asılı olmayaraq əl-qaidəyə mənsub edilən 11 sentyabr hadisələri və s. islam əleyhinə güclü zəhərli təbliğatlar aparılmasında, ideoloji hücumlar edilməsində və islamı qorxunc bir nəzəriyyə kimi təqdim edilməsində mühüm rol ifa etmişdir.

b) İctimai səbəblər

Dünya səviyyəsində modern həyatın, mədəni cəmiyyətlərin yayılması ilə yeni bir ictimai həyat formalaşmışdır ki, Quran və islam rəvayətlərində təsvir olunan təbii behiştlə qarşılaşır və bu mövzu islam ilə son əsrdəki modernizm arasında ziddiyyət kimi qələmə verilir. İslam ilə islama zidd olan bu modernizm nəzəriyyəsi arasında barışıq yaratmaq məqsədi ilə bəzi müsəlman ziyalıları və mütəfəkkirləri son dərəcə ciddiyyətlə səy aparsalar da, bu ziddiyyəti aradan qaldırmaqda bacarıqsızdırlar. Buna görə də onlar islama əksər hallarda modernizm nəzəriyyəsi əsasında yanaşırlar. Yəni modernizmin haqq olmasını əvvəlcədən qəbul edir, sonra isə islam təlimlərini modernizm dəyərləri ilə uyğunlaşdırılmağa çalışırlar. Nəticədə belə ziyalılar islama yenidən nəzər verməyə çalışır və bu da onların islamdan üz çevirmələrinə səbəb olur (onlar həm islamın zahirini qoruyub saxlamağa çalışırlar, həm də modernizm ruhunu özlərinin yorğun və cansız cəsədlərinə üfürmək istəyirlər). İslam cəmiyyətlərində mövcud olan rəftar və davranışlardakı təzadlar  düzgün olmayan bu nəzəriyyəni gücləndirir; onlar mütərəqqi islam dinini irticaçı bir din, yaxud ən aşağısı hazırkı cəmiyyətin dərdinə dəyməyən bir şey hesab edirlər. Düzgün olmayan bu nəzəriyyənin kökü kəlmələrin tərsinə məna edilməsindən irəli gəlir. Belə ki, modernizm dəyərlərindəki hər növ tənqid və şəkk-şübhəni irtica və gerilik hesab edirlər.

v) İqtisadi səbəblər

İslam ölkələrində sərmayədarlıq (kapitalizm) iqtisadiyyatının qəbul edilməsi yeni müstəmləkəçilik üçün şərait yaradırdı ki, bu da müsəlmanların etiqadlarını zəiflədirdi. Müsəlman ölkələrində mövcud olan böyük neft yataqları bir sərmayə kimi onların inkişafına səbəb olmadı; əksinə müsəlmanlar arasında məsrəfçi iqtisadiyyatın və məsrəfçiliyə meylin rəvac verilməsinə səbəb oldu və iqtisadi cəhətdən qərb ölkələrinə ifratçı asılılıq yarandı. Qərb texnologiyasının və əmtəələrinin müsəlmanların xoşuna gəldiyi zaman yavaş-yavaş belə nəticəyə çatdılar ki, bu növ iqtisadiyyatın müsəlman olmaqla uyğunluğu yoxdur! Buna görə də ya bu növ iqtisadiyyatı boşlayaraq istehsalçı iqtisadiyyata üz gətirməyə çalışırlar, ya da öz başlarına dərd-sər açmadan islamdan əl çəkərək qərbin istilaçılığını tam şəkildə qəbul etdilər.

q) Mədəni səbəblər

Bu zəmində müxtəlif səbəbləri qeyd etmək olar. O cümlədən, bəzi dini alimlər tərəfindən din barədə çox səthi məlumatlar əldə etmək və nəticədə dini təəssüb üzündən və səthi şəkildə müdafiə etmək. Dini müdafiə edən bu iddiaçılar tərəfindən islamın yüksək maarifi ilə düşmənçilik edən və ona yad nəzər salan qərbin informasiya imperatorluğu belə bir imkan əldə etmişdir ki, bu kimi insanları islamın yeganə rəsmi nümayəndələri kimi təqdim etməklə onların məqamını yüksəltsinlər və bu işlə islam dini və islam mədəniyyətindən çox kobud, insaniyyətdən uzaq, xurafatçı və ağlasığmaz bir sima təqdim etsinlər.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?
    9162 Cürbəcür 2012/10/15
    Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və ...
  • Hubbul vətən minəl iman rəvayətinin mətni və sənədi düzgündürmü?
    13379 Hədis elmləri 2013/01/19
    Hədis adı ilə, Peyğəmbərə (s) nisbət verilən cümlələrdən biri, "Hubbul- vətəni minəl- iman"; yəni "vətəni sevmək, iman əlamətlərindəndir" cümləsidir. Bu cümlə, şiə və əhli- sünnənin əsas mənbələri və mötəbər kitablarında nəql olmayıbdır. Amma bəzi kitablarda, sənədi zikr olunmadan gəlibdir. Buna əsasən, onun rəvayət olması məsələsi qəti deyil ...
  • Niyə İslami ölkələrdə fəsad rəvac tapır və yayılır?
    7560 Nəzəri əxlaq 2010/06/15
    Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin ...
  • Mümkündürsə, yeddilik təşkil edən behiştlər barədə izah verin.
    8427 Qədim kəlam 2012/07/22
    Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir. Çünki Cənnəti-ədn dedikdə məqsəd daimi iqamətgah olan ...
  • İslam və Məsihiyyət yolunda olan dialoqlarda hansı problemlər var?
    7593 Təzə kəlam 2011/07/02
    Esta pregunta no tiene una respuesta breve. Pincha en respuesta detallada. ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    7466 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...
  • Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
    8760 زندگی خصوصی 2019/06/12
    İslam Peyğəmbərinin həyatına, onun ailələrinin xüsusiyyəti və Peyğəmbərin (s) onlarla olan rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə həyatı qurmuşdur, hikmət üzündəndir ki, biz onlardan bəzilərinə işarə edirik:Peyğəmbərin (s) Ayişəylə evlənməsi barəsində demək olar ki, bu izdivac Ayişənin ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    9925 فرزندان زهرا س 2013/12/16
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...
  • Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
    5509 Cürbəcür 2015/05/21
    Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında ...
  • Musiqinin haram olmasının dəlillərini açıqlayın?
    38343 Nizamlar hüquq və əhkam 2011/09/18
    Fiqh terminində musiqiylə ğina bir- birindən fərqlidirlər. Ğina o səsə deyilir ki, insan boğazında bir neçə not şəklini alaraq səslənsin və dinləyicidə sevinc və fərəh halının yaranmasına səbəb və oyun və rəqs məclislərinə münasib olsun.Amma musiqi, bir səsdir ki, musiqi alətindən eşidilir.Bir çox ayə və rəvayətlərə və bir ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168865 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166654 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122067 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115946 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115227 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96667 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61053 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56684 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49431 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47415 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...