Ətraflı axtarış
Baxanların
4739
İnternetə qoyma tarixi: 2011/11/03
Sualın xülasəsi
Mən bir tələbə olaraq kapitalist atamdan və sərvətindən necə faydalana bilərəm? Atamın sərvətindən istifadə edə bilərəmmi?
Sual
Mən bir tələbə olaraq kapitalist atamdan və sərvətindən necə faydalana bilərəm? Atamın sərvətindən istifadə edə bilərəmmi?
Qısa cavab

Ata-ananın hüququna riayət etmək zəruridir və insan onun sayəsində mənəvi təkamülə çata bilər. Ata-ananın sərvətindən istifadə xüsusunda iki nöqtə mühümdür:

A)            Ata-ananızın mal və sərvətinin haram olduğunu yəqin bildiyiniz halda ondan istifadə etmək və ya başqalarına bağışlamaq olmaz.

B)            Ata-ananın sərvəti halal olduğu təqdirdə onların icazə və razılığı çərçivəsində zaman, məkan, ictimai və əxlaqi şəraitləri nəzərdə tutmaqla ondan faydalanmaq olar.

Ətreaflı cavab

İslam dininin əhəmiyyət verdiyi əxlaqi məsələlərdən biri ata-ananın hüququna riayət məsələsidir. İnsan onun sayəsində mənəvi təkamülə yetişə bilər. Allah-Taala valideynlərə ehtiramı, onunlara itaət etməyi (şəri çərçivədən çıxmamaq şərtilə) Quranını bir çox ayələrində əmr etmişdir.[1],[2]

Ata-ananın sərvətindən istifadə xüsusunda iki nöqtə mühüm əhəmiyyət kəsb edir:

A)            Ata-ananızın mal və sərvətinin haram olduğunu yəqin bildiyiniz halda ondan istifadə etmək və ya başqalarına bağışlamaq olmaz.

B)            Ata-ananın sərvəti halal olduğu təqdirdə vəzifəniz fərqlidir. Valideynlərinizin sərvətindən onların icazə və razılığı olmaq şərti ilə aşağıdakı nöqtələrə riayət etməklə istifadə edə bilərsiniz:

Birincisi: hər bir insan üçün, xüsusil ilə tələbə üçün ən mühüm sərmayə onun izzəti və başqalarından hətta ata-ananın sərvətindən asılı olmamasıdır. Nəfsin izzət və böyüklüyü insan ruhunun elə bir nöqtəsidir ki, İslam dini insan əxlaqının təkamülü və dirçəlişi üçün ona əl qoymuşdur. Allah-Taala buyurur: “İzzət yalnız Allaha, rəsuluna və möminlərə məxsusdur.”[3] Həmçinin İslam peyğəmbəri (s) buyurub: “Ehtiyaclarınızı istəyin lakin izzətinizi əldən verməyin.”[4]

İzzətdən bəhrələnməyin keyfiyyəti və onda ifrat və təfrit etmək xüsusunda şəhid Mürtəza Mütəhhəri “Əxlaq fəlsəfəsi” kitabında deyir: “Bəziləri də mümkündür həddi aşaraq hətta ehtiyaclı olduqları təqdirdə bir kəsə ehtiyaclarını söyləməsinlər. (Halbuki) Peyğəmbər (s) buyurmuşdur:

«اطلبوا الحوائج»

“Ehtiyaclarınızı istəyin” lakin “izzət”inizi əldən verməyin. Ehtiyaclarınızı dost-aşnaya (və ya ata-anaya) dediyiniz zaman şərəf və izzətiniz tapdalanmayanadək irəli gedin. İzzət və böyüklüyünüzə xələl gələn hallarda durun. Belə olmaqdansa ehtiyaclı və yoxsul olmaq daha yaxşıdır.”[5]

İkincisi: Diqqət etməlisiniz ki, ata-ananız öz sərvətlərindən istifadə üçün sizə hansı həddə; yalnız sizin istifadənizə yoxsa Allah yolunda başqalarına da bağışlamağa icazə verirlər.

Başqalarına bağışlamağa icazəniz varsa və ya valideynləriniz digərlərinə kömək etməkdə sizin dəstəyinizi umurlarsa, onlara dəstək olmaq, onlarla məsləhətləşmək mövzusunda səhlənkarlığa yol verməyin. Eyni halda ki, özünüz ailə büdcəsindən bəhrələnirsiniz, ata-ananıza da Allah verən sərvətdən düzgün və dini qanunları çərçivəsində istifadə etmələrində və büdcələrini ən səmərəli işlərə yatırmalarında dəstək olun.

Əgər ata kapitalından yalnız sizə istifadə etmək izni verilibsə, tələbə şəninə uyğun, zaman və məkanı, yaşayış mühitini, fərdlərin (elmi və ailədən aslılıq baxımından) şəraitlərini və digər fərqli şəraitləri nəzərə alaraq ailə büdcəsindən yararlana bilərsiniz.

Üçüncüsü: Hər bir şəxs halal sərvətdə də ehtiyatlı olmalıdır. Məhz halal sərvət olduğuna görə onu meyl və istəklərə uyğun istənilən keyfiyyətdə istifadə etmək düzgün deyil. Hədislərdən haram sərvətdə əzab, halal malda isə hesab-kitab olduğu istifadə olunur.[6] Bu üzdən insan ixtiyarında olan halal sərvəti düzgün və şəriət qanunlarına uyğun şəkildə məsrəf etməlidir. Bu hamının xüsusilə dini alimlərin, dini maarif axtarışında, elm tələbində olanların çiynində ağır bir məsuliyyətdir.



[1] - “İsra”, 33-34;

«وَ قَضى رَبُّکَ اَلاّ تَعْبُدُوا اِلاّ اِیّاهُ وَ بِالْوالِدَیْنِ اِحْساناً ...، فـَلا تـَقـُلْ لَهـُما اُفٍّ وَ لا تَنْهَرْهُما وَ قُلْ لَهُما قَوْلاً کَریماً * وَاخْفِضْ لَهُما جَناحَ الذُّلِّ مِنَالرَّحْمَةِ وَ قُلْ رَبِّ ارْحَمْهُما کَما رَبَّیانى صَغیراً»

“Ənkəbut”, 8

«وَ وَصَّیْنَا الاِْنْسانَ بِو الِدَیْهِ حُسْناً»

[2] - Oxşar göstərici: Valideyn əmrləri və övladların vəzifələri, sual: 522 (sayt:584)

[3] - “Münafiqun”, 8

«ولله العزة و لرسوله والمؤمنین...»

[4] - “Nəhc əl-fəsahə”, hədis 325, səh. 64

«اطلبوا الحوائج بعزة الانفس».

[5] - Şəhid Mürtəza Mütəhhəri, “Əxlaq fəlsəfəsi”, səh. 124

[6] - “Bihar əl-Ənvar”, cild. 44, səh. 138

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Фәна вә фәна мәгамыны изаһ един!
    6310 Nəzəri irfan 2010/04/24
    Фәна, лүғәтдә мәһв олмаг вә јохлугдур. Бу сөзүн зидди исә бәга вә галмагдыр. Мәсәлән, Аллаһ һаггында бәга вә галмаг, диҝәр мөвҹудатлар һаггында исә фәна вә арадан ҝетмәклик ифадәләрини ишләтмәк дүзҝүндүр. Үмуми мәнасы исә инсанын өзүнү ҝөрмәмәси вә тапмамасы демәкдир. Әлбәттә, о мәнада јох ки, инсан тамамилә ...
  • Zinadan doğulan uşaq (vələduz- zina) barəsində olan hədislər hansılardır?
    9339 Hədis elmləri 2012/01/16
    Zinadan doğulan uşağın (vələduz- zina) xüsusi hökümləri var ki, Peyğəmbər (s)-dən və pak imamlar (ə)dan olan rəvayətlərdə açıqlanıbdır. O hədislərin bəzisinin ünvanı bunlardır: 1-     Vələduz-zinanın irsi: Vəsailuş- şiə, cild 26, səh 274:
  • Qadınların aybaşı görməsinin fəlsəfəsi nədir?
    16228 Təfsir 2012/07/16
    Heyz qanının əmələ gəlməsinin səbəbi uçaqlığın damarlarının qanla dolması və sonra selikli qışanın qat- qat soyulması və qanların hərəkətidir. Heyz qanı və qadının aybaşı qadın orqanının sağlamlığının nişanəsidir. Onun zəhmət və əziyyətlərlə xaric olması Allahın qadına olan bir lütfüdür. Amma bu xaric olma qadın üçün şiddətli və ...
  • Quranda, yeddi səmadan məqsəd nədir?
    7240 Təfsir 2012/06/13
    Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin ...
  • “Cövhəri hərəkət” dedikdə məqsəd nədir?
    7480 İslam fəlsəfəsi 2012/07/22
    Hərəkət dedikdə məqsəd bir şeyin tədrici olaraq qüvvədən (sırf istedaddan) felə (vücuda) doğru xaric olmasıdır. Cövhər dedikdə o mahiyyət nəzərdə tutulur ki, xaricdə icad olunmaq üçün mövzuya (nəyinsə üzərində vücuda gəlməyə) ehtiyacı yoxdur. Amma ərəz xaricdə icad olunmaq üçün bir mövzuya ehtiyaclıdır. Misal üçün, ağ rəng bir ...
  • Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
    6788 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/18
    Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. ...
  • Beş ay nəfəqə almayan qadın, özünü təlaq verilmiş bilə bilərmi? Cavab müsbətdirsə, onun iddəsi nə vaxdan başıayır?
    7330 Nizamlar hüquq və əhkam 2011/05/05
    İslam nəzərindən təlaq vüemək kişinin (ərin) əlindədir.[1] Buna əsasən, qadın özünü boşaya bilməz. Kişinin ailəsinin xərclərini verməməsi, qadına özünü boşamaq ixtiyarını vermir. Bunun nəticəsində iddə saxlamaq və onun başlamaq məsələləri də, ortaya çıxacaq. Əlbəttə qadın şəriət hakiminə[2] müraciət edib və öz məsələsini (kişinin xərcləri ...
  • Nə üçün Allah rəhmətinin kənarında "Ərhəmərrahimin " edam həddinə qədər (qisas, əlin kəsilməsi və ya çox kobudluq) cəzaya sifariş edibdir?
    7708 Təfsir 2012/09/15
    Ayələrə və rəvayətlərə diqqət edəndə görürük ki, Allah rəhmaniyyət və rəhmiyyət sifətinə sahib olduğu kimi qəzəb və səxət sifətinə də sahibdir. Yəni o həm Ğafiruzzənub dur həm şədidul- iqab, həm "Ərhəmur- rahimin" həm də Əşəddul- müaqibin. Quranda çox yerdə harada qorxudmaqdan və əzabdan söz gəlibsə ...
  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    7452 Nizamlar hüquq və əhkam 2011/05/31
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Kimlər cənnətə daxil olacaq?
    11611 Qədim kəlam 2011/02/14
    Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin. Bu cür insan səadətə çatmış və xoşbəxt insandır. Allahın və həzrət rəsul əkrəmin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162906 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155044 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117796 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109750 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98944 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91347 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53374 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45324 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43759 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42921 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...