İmam Əli (ə)- ın heç bir əksül- əməl göstərməməsini neçə cəhətdən cavablandırmaq olar:
1. Vəzifəni yerinə yetirməkdə meyar və ölçü, adi elmdir.
İmam Allah əmrinə itaət etdikdə öz daxili elminə (qeyb elmi) əməl etmir və digər adi insanlar kimi rəftar edir. Əgər imam öz qeyb elminə əməl etsə, daha camaat üçün nümunə ola bilməz. Çünki camaatda belə bir elm yoxdur.
2. Bu aləmin sistemi, imtahan sistemidir.
Qeyb elmindən istifadə və ona uyğun əməl etmə, imtahan şəraitini aradan aparacaq. Çünki adi işlərin davam tapmasına mane olacaq. Başqa sözlə: İmam Əli (ə)- a digər insanlar kimi öz canını qoruması vacib olsa da, amma bu vəzifə adi elm hədindədir və qeyb elminə aid deyil. Bundan əlavə, bu əməlin qarşı tərəfi (İmam Əlinin şəhadəti) İbn Mülcəmdir ki, imtahan halındadır. İmamın elmi onun ixtiyar və azadlığına mane olmamalıdır. Halbu ki, əgər imam öz qeyb elminə əməl etmək istəsə, İbn Mülcəmin ixtiyarı əlindən alınacaq və onun imtahanı üçün heç bir şərait qalmayacaq.
İmam Allahın əmrinə itaət etdikdə batini elminə (imamət və qeyb elmi) əməl etmir və digər adi insanlar kimi rəftar edir. Bütün şərii hökmlərdə, digər adi insanlarla eynidir. Çünki Allah bütün əmrlərini bütün bəndələrindən eyni formada istəyibdir. Buna əsasən, Peyğəmbər camaat arasında hökm edərkən, batini elminə əməl etmir. Və camaat arasında adi elminə əsasən hökm edirdi. Necə ki, buyurur:
Mən sizin aranızda şahid və and içməklə hökm edirəm. Sizin bəziniz öz iddiasını isbat etməklə daha zirəkdir.
Deməli hər şəxs üçün onun qardaşının malından bir şey onunxeyrinə götürüb və ona versəm, o mal cəhənnəmin bir parçasıdır.[1]
Məqsəd budur ki, öz iddiasına şahidi olub və and içən şəxsin xeyrinə hökm edirəm, düz də desə, yalan da desə. Əgər yalandan bir şey desə, cəhənnəm alovunun bir parçası kimidir.
Buna əsasən, İmam Əli (ə) öz şəhadətinin nə zaman və necə olmasına qeyb elmi olsa da, amma bu işdə zahirə əməl etməli idi. Qeyb elminə əməl etməyə haqqı yox idi. Çünki, həzrət İslam cəmiyyətinin nümunə və örnəyi idi. Hamının əl tapa bildiyi adi yollarla öz vəzifəsinə əməl etməli, adi qayda və şərtləri nəzərə almalı və öz rəftarını onlara uyğun tətbiq etməli idi. Əgər imam qeyb elminə əməl etmək istəsə, daha camaatın nümunə və örnəyi ola bilməz. Çünki camaatda belə bir elm yoxdur. Digər tərəfdən, imamlar (ə)- ın qeyb elminə əsasən əməl etməsi, ictimai nəzmin pozulmasına səbəb olur.
Buna əsasən, onlar adətən və çox vaxt adi elmlərinə uyğun əməl edib və yalnız çox istisna yerlərdə qeyb elmlərinə əməl edirdilər.
Bundan əlavə, bu aləmin sistemi, imtahan sistemidir.
Qurani- məcid- bu barədə buyurur: "İnsanlar yalnız: "İman gətirdik" demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarını sanırlar?"[2] Digər bir ayədə buyurur: Ühansınızın əməlcə daha gözəl olduğunu sınamaq (imtahan etmək) üçün ölümü və həyatı yaradan odur. O yenilməz qüvvət sahibidir."[3] İmtahan yaxşı və pisi seçməkdə, işlərin adi formasında hərəkət etməsinə və onun nəticəsinə axirət dünyasında yetişməkdə, ixtiyar və iradəni lazım tutur. Halbu ki, qeyb elmindən istifadə və ona uyğun əməl etmək, imtahan şəraitinin aradan aparır, çünki işlərin adi davamına mane olur.
İmam Əli (ə)- a digər insanlar kimi öz canını qoruması vacib olsa da, amma bu vəzifə adi elm həddindədir və qeyb elminə aid deyil. Bundan əlavə, bu əməlin (İmam Əlinin şəhadəti) qarşı tərəfi İbn Mülcəmdir ki, imtahan halındadır. İmamın elmi onun ixtiyar və azadlığına mane olmamalıdır. Halbu ki, əgər imam qeyb elminə əməl etmək istəsə, İbn Mülcəmin ixtiyarı Əlindən alınacaq və onun imtahanı üçün heç bir şərait qalmayacaq. Bu da, İlahi sünnələrin əksinədir. Halbu ki, İlahi sünnələr o cümlədən bəndələrin imtahan olunma sünnəsi, dəyişilməzdirlər. Qurani- məcid İlahi sünnələr barəsində buyurur: "(Ya Peyğəmbər!) sən Allahın qoyduğu qayda- qanunda heç vaxt bir dəyişiklik tapmazsan. (Ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda- qanunda heç vaxt bir dönüş tapmazsan.[4] Buna əsasən, qeyb elminə əməl etmək, İlahi sünnələrin (qayda- qanun) (imtahan) dəyişilməsinə səbəb olduğuna görə, imam ona əməl etməməlidir.
[1] - Əl- kafi cild 7, səh 414, babu ənnəl- qəza bilbəyyinat vəl- əyman, hədis 1.
«قَالَ رَسُولُ اللَّهِ ص إِنَّمَا أَقْضِی بَیْنَکُمْ بِالْبَیِّنَاتِ وَ الْأَیْمَانِ وَ بَعْضُکُمْ أَلْحَنُ بِحُجَّتِهِ مِنْ بَعْضٍ
فَأَیُّمَا رَجُلٍ قَطَعْتُ لَهُ مِنْ مَالِ أَخِیهِ شَیْئاً فَإِنَّمَا قَطَعْتُ لَهُ بِهِ قِطْعَةً مِنَ النَّارِ»
[2] - Ənkəbut surəsi ayə 2.
«أَحَسِبَ النَّاسُ أَنْ یُتْرَکُوا أَنْ یَقُولُوا آمَنَّا وَ هُمْ لا یُفْتَنُون»
[3] - Mülk- surəsi, ayə 2.
«الَّذی خَلَقَ الْمَوْتَ وَ الْحَیاةَ لِیَبْلُوَکُمْ أَیُّکُمْ أَحْسَنُ عَمَلاً وَ هُوَ الْعَزیزُ الْغَفُورُ»
[4] - Fatir surəsi, ayə 43.
«فَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدیلاً وَ لَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْویلاً»