Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) bu iki nəvəsi behişt əhlinin hamısının ağası və sərvəridirlər. Behiştdə hamı cavanlıq yaşlarında olsalar da, amma onların seyidliyi cavanlıqda şəhid olub və ya dünyadan gedənlərin hamısından daha çox özünü göstərəcək. Bunların hamısı da digər Peyğəmbərlər və İmamların behişt əhlinə olan sərvərliyi ilə ziddiyyətdə olmayacaqdır.
Şahid və sübutlara əsasən, bu rəvayət bu iki imamın ümumi behişt əhlinə sərvərliyinə aiddir və digər Peyğəmbər və İmamlara şamil olmur.
İlahi Peyğəmbər və övliyaların məşhurlarından olan imamı Həsən (ə) və İmam Hüseyn (ə), onların hamısı digər behişt əhli ilə müqayisədə xüsusi üstünlükləri var və bu səbəbdən onların hamısını behişt əhlinin seyid və böyükü saymaq olar. Amma bəzən bu İlahi dərgahın yaxınlarının bəzisində xüsusiyyətlər var ki, onların seyidliklərinin xüsusi cəhətini qabarıq edir.
Fatimeyi- Zəhraya (s) "Seyyidətu nisai əhlil- cənnə" deyilməsi və dördüncü imama "Seyyidul- abidin" və "Seyyidüs- sacidin" ləqəbi ilə tanılması, bu mənada deyil ki, Fatimə (ə)- ın kişilərə və imam Səccadın qeyri abid və Sacidlərə seyidliyi yoxdur. Əksinə həzrət Zəhranın (s) qadınlıq xüsusiyyətin olması və dördüncü imam (ə)- ın düşmən onu digər ictimai fəaliyyətlərindən mərhum etdiyi zaman ibadət və səcdə ilə məşğul olmasına görə, onlara belə ləqəblər veriblər.
Buna əsasən, belə bir sual vermək düzgün deyil. Yalnız imam Səccad (ə) belə ləqəblərinə görə bütün abid və səcdə edənlər seyid və sərcəri və hətta babaları Peyğəmbər (s) və Əmirəl- möminin (ə)- da belə bir seyidlikdən məhrumdurlarmı?
Hüseyn (ə)- ın behişt cavanlarına olan seyidlik və üstünlükləri də, bu nəzərdən yozula bilər. Çünki bu böyük şəxslər İslamın əvvəllərində anadan olub, onların yeniyetməlik və cavanlıqları, İslamın cavanlığı ilə birgə olub və müsəlmanların arasında həm Peyğəmbər (s) zamanında, həm də ondan sonra, heç bir uşaq, yeniyetmə və gənc onlar qədər hörmət sahibi olmayıb və onların təqva və şəxsiyyətləri digər gənclərlə müqayisə oluna bilməyib. Belə bir gözəl ləqəb onlara qoyulub. Çünki onlar da behişt cavanlarının sərvəri, həm də onların böyük və yaşlılarının da sərvəridirlər.
Deyilənlərə uyğun oaraq, aşağıda iki rəvayət diqqətinizə çatdırırıq.
«قَالَ أَبُو عَبْدِ اللَّهِ ع زُورُوا قَبْرَ الْحُسَیْنِ ع وَ لَا تَجْفُوهُ فَإِنَّهُ سَیِّدُ شَبَابِ أَهْلِ الْجَنَّةِ مِنَ الْخَلْقِ وَ سَیِّدُ شَبَابِ الشُّهَدَاء»[1]
İmam Sadiq (ə) buyurdu: "Hüseyn (ə)- ın ziyarət etməyə tələsin və ona cəfa etməyin. Çünki o bütün aləmin behişt əhlinin cavanlarının sərvəri və cavan şəhidlərinin seyyididir.
Yuxarıdakı rəvayətə diqqət etsəniz, imam Hüseyn (ə)- ın məşhur ləqəbi olan şəhidlər ağası (seyidüş- şühəda)- dan əlavə, o həzrət şəhadət zamanı yarıyaş olmasına baxmayaraq, o həzrət üçün "cavan şəhidlərin ağası" adlı digər bir ləqəb də işlənibdir. Ola bilsin ki, cavan şəhidlərin fəzilətinə işarə edir ki, bu imamın onlara xüsusi diqqəti var.
«عن علی ع قال قال رسول الله ص أتانی ملک فقال یا محمد إن الله تعالى یقول لک إنی قد أمرت شجرة طوبى أن تحمل الدر و الیاقوت و المرجان و أن تنثره على من قضى عقد نکاح فاطمة من الملائکة و الحور العین و قد سر بذلک سائر أهل السماوات و إنه سیولد بینهما ولدان سیدان فی الدنیا و سیسودان على کهول أهل الجنة و شبابها و قد تزین أهل الجنة لذلک فاقرر عینا یا محمد فإنک سید الأولین و الآخرین»[2]
"İmam Əli (ə) Peyğəmbər (s)- dən nəql edərək buyurur ki, yanıma bir mələk gəlib dedi: Ey Məhəmməd! O iki övladın (Həsən və Hüseyn (ə) dünyada sərvərdirlər və tezliklə behişt cavanları və qocalarının sərvəri olacaqlar və...
Bu rəvayətdə, həm behişt cavanlarına işarə olub həm də onun qocalarına. Amma "behiştdə qoca və yaşlı insan olmayacaq" qəbul olunmuş qanuna əsasən, belə deyə bilərik ki, Peyğəmbərin (s) bu iki nəvəsi, behişt əhlinin hamısının sərvəridirlər. Bu üstünlük və seyidlik cavan yaşında şəhid olub və ya ölən behişt əhli barəsində daha çox özünü göstərir. Bu sözün behişt əhlinin hamısının cavan olması ilə heç bir ziddiyəti yoxdur. Cənnət əhlinin qocalarından məqsəd, dünyada qoca yaşında şəhid olub ya ölənlərdir.
Bu barədə zehnə gələ biləcək digər bir sual odur ki, bu hədisə əsasən, Həsən və Hüseyn (ə) digər imamlar və Peyğəmbərlərin də sərvəridirlərmi? Bunun cavabı belədir ki, hər bir sözün istisna olmasını demək olar. Bu istisnalar bəzən həmin sözün əsasında deyilir, bəzən də aydın və məlum olmasına görə, onu açıqlamağa ehtiyac olmayıbdır. Bunu eçidənlər sübut və şahidlərlə bunu anlamalıdırlar.
Buna əsasən, bu rəvayətdən əminliklə əldə olunan bu iki imamın ümumi behişt əhlinə sərvərliyi məsələsidir nəin ki, Peyğəmbər (s) Əmirəl möminin (ə), Fatimeyi Zəhra (s) və... kimi şəxslər.
Onun üçün, buna oxşar bir məsələdə bəyan olan bir rəvayətə diqqət edin:
Bir kişi imam Sadiq (ə)- a ərz etdi: Peyğəmbər (s) Əbuzərin camaatın düz danışanı olmasını buyurmayıbmı? İmam buyurdu: Bəli. O kişi dedi: Belə olduqda Peyğəmbər (s) və Əmirəl- möminin (ə) harada qərarlaşırlar? İmam Həsən (ə) və İmam Hüseyn (ə) haradadırlar? (Əbuzər onlardan da daha düz danışandırmı?) İmam bəzi sözləri dedikdən sonra buyurdu: Biz Əhli- beyt bu müqayisədə nəzərdə tutulmamışıq.[3]
Yəni sübut və şahidlərə əsasən yaxşıca anlamaq olar ki, Əbuzərin doğru danışması ümumi camaatla nüqayisə olunub, nəin ki, Əhli- beytlə (ə) baxmayaraq ki, rəvayətin mətninin daxilində, belə ayırma yoxdur.