Baxanların
5914
İnternetə qoyma tarixi: 2011/10/24
Saytın kodu fa12360 Arxiv kodu 17902
Sualın xülasəsi
Rəvayətlərdə “Peyğəmbərlər üçün həqiqətlər” - Quranın dörd mərtəbəsindən yəni, “ifadələr, işarələr, incəliklər və həqiqətlər”dən məqsəd nədir?
Sual
Rəvayətlərdən birində İmam Sadiqdən (əleyhissalam) Quranın dörd dərəcəsi zikr olunmuşdur: “İfadələr, işarələr, incəliklər və həqiqətlər. İfadələr adi insanlar, işarələr xüsusi möminlər, incəliklər övliyalar, həqiqətlər isə peyğəmbərlər üçündür.” İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) sonuncu xatəm peyğəmbər olmasını nəzərə alaraq “həqiqətlər peyğəmbərlər üçündür” – ifadəsi hansı mənadadır və hansı peyğəmbər üçündür? Belə bir rəvayət məna cəhətdən Qurani-Kərimin (İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) peyğəmbərlərin sonuncusudur) mənası ilə xilaf olmurmu?
Qısa cavab

Quranın belə dördüncü mərtəbəsinin dərki İslamdan əvvəl olmalarına baxmayaraq peyğəmbərlərə aiddir. Amma, Quranın həqiqəti islamdan əvvəl  olub, ancaq İslamdan sonra kamil şəkildə aşkar olundu.

Ətreaflı cavab

Bu rəvayət hədis kitablarında o cümlədən, Cameul-Əxbar[1], Əlamud-Din,[2] Əvailul-Ləali,[3] Biharul-Ənvarda[4] nəql olunmuşdur. Rəvayətdə Quran haqqında dörd dərəcə qeyd olunmuşdur ki, onlardan həqiqətlər adlı dördüncü mərtəbə peyğəmbərlərə məxsusdur.

Amma bu sözün mənası haqqında onu qeyd etmək lazımdır ki, keçmiş peyğəmbərlər öz kitablarında, Tövrat, İncil  s... əslində Quranın həqiqətlərinə bağlı olublar  öz zəmanələrinə uyğun olaraq Quranın həqiqətləri  batinindən (təkvini Qurandan) bəhrələnmişlər.

Quranın bu xüsusi mərtəbəsi onun sözlərinin fövqündə duran məna  həqiqətlərdən olub, İslamın zühurundan sonraya məxsus deyildir. Bəlkə , bütün peyğəmbərlərinin sözlərinin həqiqətləridir. Peyğəmbərlərdən hər birisi öz məqamlarına uyğun olaraq bu həqiqətlərə agah olublar.

Beləliklə, əgər peyğəmbərlər Quranın həqiqətlərinə agahdır, deyə qeyd olunursa, bu o demək deyildir ki, onların Quranın yazılış şəklinə düşməsindən əvvəl olmaları bu agahlığa mane ola bilər. Ona görə ki, Quranın bu mərtəbəsi həmin həqiqətlər mərtəbəsidir ki, o həmişə olub.

Quran ayələrinə əsasən, möminlərə əmr olunmuşdur ki, Allaha, Onun rəsuluna, Qurana, ondan əvvəl nazil olan kitablara iman gətirsinlər. Hər kəs Allaha, mələklərə  ilahi kitablara iman gətirməsə kafir sayılır....  həqiqətən yolunu azmışlardandır.[5]  Halbuki, keçmiş peyğəmbərlərin kitablarının hamısının təhrif olunduğunu bilirik. Beləliklə, bütün bu  buna bənzər ayələrdə məqsəd o kitabların bu günkü zahirinə iman gətirmək yox, onların həqiqətlərinə  batininə iman gətirməkdir.

Başqa tərəfdən, ilahi kitabların həqiqətləri haqqında verilmiş bu ümumiyyəti peyğəmbərlərin özləri haqqında da tətbiq etmək olar. Yəni, peyğəmbərlərin məqamları elə bir məqam deyil ki, sonununcu peyğəmbərlə xətm olunsun. Bəlkə  sonuncu peyğəmbərləşəriət peyğəmbərliyisona çatmışdır. Amma, bəzi möminlər var  olub ki, peyğəmbərliyin xətmindən sonra özləri peyğəmbər olmasalar da peyğəmbərlik elminin həqiqətlərinə sahib olmuş  ilahi kitabların hamısının incəliklərindən  həqiqətlərindən bəhrələnmişlər.

Əlbəttə, bu söz bəzilərinin insanın öz əql  dərki ilə ilahi kitablardan müəyyən həqiqətləri ələ gətirməsi mövzusu ilə tamamilə fərqlidir. Bəhsimiz o haqda olmadığına görə o mövzuya girmirik.  Belə bir fərqlənməni nəzərə almayanlar bu gün bu mövzudan öz məqsədlərinə uyğun istifadə edib, irfani kalamı dəyişməklə Quranın əhkamında da dəyişiklik etməyə çalışmışlar.

Bütün deyilənlərdən məlum olur ki, Quranın dördüncü dərəcəsi onun sözlərinini fövqündə duran mənalara işarədir. Həm Quranın həqiqətini onun zamanından yüksək səviyyədə dərk etmək lazımdır  həm  peyğəmbərlərin peyğəmbərliyini (şəriətini yox) onların irfani məqamı ilə bilib, Allahdan onlara verilmiş elm kimi dərk etmək lazımdır.



[1] Tacud-Din, Şəiri, Cameul-əxbar, səh.42; Rəzəvi adına nəşriyyat, Qum, 1363- şəm.

[2] Deyləmi, Əlamud-Din, səh.303; Alul-beyt adına müəssisə, Qum, 1408-ci h.q.

[3] Ehsai, İbni Əbi Cumhur, Əvailul-Ləali, c.4; səh.105, Seyiiduş-şühəda adına nəşriyyat, Qum, 1405-ci il h.q.

[4] Məclisi Biharul-Ənvar, c.75; səh.278, Əl-Vifa adına müəssisə, Beyrut, 1404- il h.q.

[5] Ey iman gətirənlər! Allaha və Peəmbərinə, Onun Öz Peəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.” (Nisa surəsi 136)

Başqa dillərdə Q tərcümələr