Belə bir rəvayət bəzi hədis mənbələrində gəlib. Amma, o rəvayətdə belə bir ifadə gəlməyib ki, İmam Əli (əleyhissalam) İslam Peyğəmğbərinə (səlləllahu ələyhi və alihi və səlləm) belə desin “əgər istəyirsənsə sənə Tövrat və İncildən oxuyum?” – Bəlkə də, İslam dini gəldikdən sonra imam Əli (əleyhissalam) İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Möminlər surəsindən ayələr tilavət etmişdir və belə bir halət yəni, Möminlər surəsindən ayələr tilavət etməsi heç də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə ziddiyyətli bir şey təşkil etmir. Həmçinin, belə bir hadisə, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risalətdən əvvəl Quranın möhtəvasından xəbərsiz olması nəticəsini də vermir. Çünki, Quranın elə bir həqiqət mərtəbəsi var ki, hələ nur aləmində olarkən birinci mərtəbəsi İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur.. Bəzi rəvayətlərdə Quranın birinci mətrəbəsinə işarə olunmuş və ondan “peyğəmbərlərdən ötrü həqiqətlər” ünvanı ilə ad aparılmışdır. Bu həqiqətlər əslində kəlmə və sözlər yox, elə həqiqətlərdir ki, heç bir zamana məhdud olmadan İslamdan əvvəl və ya sonraya aid olmasında heç bir fərqi yoxdur. Quranın mərtəbələri o dərəcədədir ki, onun hər bir mərtəbəsi müəyyən bir həddə bütün peyğəmbərlərə agahdır. Hər bir peyğəmbər bir növ xüsusi mərtəbədə Qurana bağlı olublar.
Ona görə də imam Əli (əleyhissalam) təvaəllüdündən dərhal sonra İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrindən tilavət etməsi o Həzrətdən ötrü heç də təzə bir məsələ deyildir. Bu ayələr əslində, Qurandan möminlərin ümumi şəkildə hidayət yollarına işarələrdir və İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu mənaları o anda bilirdi.
Necə ki Həzrət İsa (əleyhissalam) təvəllüdündən dərhal sonra belə tilavət etmişdir: “Mən Allahın bəndəsiyəm. O, mənə səmavi kitab vermişdir və məni peyğəmbər qərar vermişdir.” Halbuki, həmin anda o Həzrətin əlində heç bir kitab yox idi. Deməli, hələ bu dünyaya gəlməmişdən əvvəl nur aləmində Allah-Taala o Həzrətə ilahi kitab nazil etmişdir.
Əsl cavabdan əvvəl bir neçə məsələni diqqətə çatdırmaq istərdik;
a) Belə bir rəvayət bəzi hədis mənbələrində gəlib. Amma, o rəvayətdə belə bir ifadə gəlməyib ki, İmam Əli (əleyhissalam) İslam Peyğəmbərinə (əleyhissalam) belə desin ki: “əgər istəyirsənsə sənə Tövrat və İncildən oxuyum?” – Bəlkə də, İslam dini artıq gəldikdən sonra imam Əli (əleyhissalam) İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Möminlər surəsindən ayələr tilavət etmişdir.[1]
b) Rəvayətin sənədlərini araşdırdıqda məlum oldu ki, bəzi sənədlər qeyri-mötəbər və rəvayəti nəql edən şəxslərin pis ya yaxşı insanlar olması haqqınıda tarixdə alimlər arasınında ixtilaf var. Amma, rəvayətin mətnini digər mötəbər və dəqiq köklərə əsasən qəbul etmək olar və o da bundan ibərətdir ki:
1.Məsum İmam (əleyhissalam) kamil insan nümünəsi olub, Quranın insaniyyət haqqındakı hökmlərini özündə təcəssüm etdirən və natiqi Qurandır. Müsəlmanların əlində olan yazı şəkilindəki Quran isə sakit və ya danışmaz bir Qurandır.[2]
2.Digər səmavi kitabların tamamlayıcısı olan Qurani-Kərimin nazil olması mərhələsi hələ nur almində, ilk növbədə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) pak ruhlarına nazil olmuşdur. Necə ki, Quranda ayələrdən birində oxuyuruq: “(Ya Rəsulum!) Həqiqətən, Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur.”[3] Ayədə həmin məsələyə işarə olunur ki, İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) arada heç bir vəhy mələyi olmadan nur aləmində, Quranın həqiqəti ona nazil olur. Ondan sonra isə pak və məsum İmamların (əleyhimussalam) ruhlarına nazil olur.[4] Bəzi rəvayətlərdə Quranın birinci mətrəbəsinə işarə olunmuş və ondan “peyğəmbərlərdən ötrü həqiqətlər” ünvanı ilə ad aparılmışdır. Bu həqiqətlər əslində, kəlmə və sözlər yox, elə həqiqətlərdir ki, heç bir zamana məhdud olmadan İslamdan əvvəl və ya sonraya aid olması arasında heç bir fərq yoxdur. Quranın mərtəbələri o dərəcədədir ki, onun hər bir mərtəbəsi müəyyən həddə, bütün peyğəmbərlərə agahdır. Hər bir peyğəmbər bir növ xüsusi bir mərtəbədə Qurana bağlı olub.[5] Baxmayaraq ki, Quranın ən yüksək və kamil həqiqəti yalnız, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qəlbinə nazil olmuşdur.
Bütün qeyd olunmuşları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki:
1.Bu rəvayətin İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə heç bir ziddiyyəti yoxdur və rəvayət heç də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risalətindən əvvəl Quranının mahiyyətindən xəbərsiz olmasına da dəlalət etmir. Çünki, Quranın nazil olmasının neçə mərtəbəsi var ki, onun ilk mərtəbəsi nur aləmində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) pak ruhuna nazil olmuşdur. Belə ki, o Həzrətin dünyadakı maddi cismindən başqa, nur almində müəyyən həqiqəti də vardır. Necə ki, həzrət İsa (əleyhissalam) təvəllüdündən dərhal sonra belə tilavət etmişdir: “Mən Allahın bəndəsiyəm. O, mənə səmavi kitab vermişdir və məni peyğəmbər qərar vermişdir.”[6] Halbuki, həmin anda o Həzrətin əlində heç bir kitab yox idi. Deməli, hələ bu dünyaya gəlməmişdən əvvəl nur aləmində, Allah-Taala o Həzrətə ilahi kitab nazil etmişdir.
2.Nur aləmində Quranının nurani həqiqəti, İmam Əlinin (əleyhissalam) də pak ruhuna nazil olmuşdur. Ona görə də İmam Əlinin (əleyhissalam) təvaəllüdündən dərhal sonra İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrindən tilavət etməsi o Həzrətdən ötrü heç də təzə bir məsələ deyildir. Çünki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəldən Quranın elminə vaqif olmasından əlavə, Allah-Taalanın izni ilə bütün aləmin və Quranın həqiqətlərinə də alim və agahdır.
Daha çox məlumat üçün aşağadakı mənbələrə müraciət edə bilərsiniz:
Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) İmamlara (əleyhimusallam) üstünlükləri, sual 1384 (sayt: 4213)
Şiənin İmamlarının (əleyhimusssalam) digər peyğəmbərlərlə nisbətdə məqamları, sual 5227 (sayt: 6067)
İmam Əlinin (səlləllahu ələyhi və alihi və səlləm) vəchullah olması, sual 8680 (sayt: 9850)
[1] Şeyx Tusi, Əmali, səh.708; Darus-Səqafə çapxanası, Qum, 1414 h.q; Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh18, Vifa müəssisəsi, Beyrut, 1404 h.q;
[2] Saytda mövzu: “Məsum İmamların (əleyhissalam) Qurana nisbət fəzilət və üstünlükləri”, sual 10232 (sayt 10152); “İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Qurana üstünlüyü”, sual 3899 (sayt 4177).
[3] Nəml surəsi 6
[4] Təyyib Seyyid Əbdül-Hüseyn, Ətyəbül bəyan fi təfsiril-Quran, c.9, səh.107,354, c.10; səh.285, 286, İslam nəşriyyatı, Tehran, ikinci çap, 1378 şəmsi ili.
[5] Saytda mövzu: Qurannın həqiqət və mərtəbələri, sual 10688 (sayt 12360); Quranın nazil olma mətrəbələri və ilahi vəhydə kəlmənin rolu, sual 3234 (sayt: 4076), Quranan nazil olması, sual 140 (sayt 1017)
[6] Məryəm surəsi 30