Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə zidd olan istiqamətlərdə hərəkət etmişdir. Şeytanlar xüsusi və məhdud qeybi məlumatları öz pərəstişkarlarına xəbər verirdilər. Peyğəmbərlərin göndərilməsi ilə onlar tədrici olaraq asimanlardan qovulurdular. İslam Peyğəmbərinin dövründə və Quranının həqiqətinin asimandan nazil olunması ilə eyni zamandan bütün asimanlardan qovuldular. Həmin vaxt şeytanlar asimanlarda çoxlu mələklərin keşikçi qoyulduğunu gördülər; onlar cinlərin və şeytanların yuxarı aləmlərə nüfuz etməsinə mane olurdular. Bu məsələ “Cin” surəsində qeyd olunmuşdur.
Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə əks olan istiqamətdə davam etmiş və şeytanlar tədrici olaraq asimanlardan qovulmuşlar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in risalətə seçildiyi dövrdə, eləcə də Quran həqiqətinin nüzulu və haqqın camalının zühur etməsi ilə eyni zamanda şeytanlar da vəhy asimanlarından, hətta birinci asimana qədər belə, tamamilə qovulmuşlar və vəhyi oğurlamaları üçün heç bir yol qalmamışdır.[1]
Bəzi rəvayətlərə uyğun olaraq – tarixdə də şahid olduğumuz kimi – əvvəlki dövrlərdə münəccimlik, kahinlik və s. peşələr camaat arasında çox yayılmışdı. Çünki o zaman cinlər və şeytanlar asimanlara gedir, müəyyən məlumatları gətirib öz müridləri və pərəstişkarlarına xəbər verirdilər.
Həzrət İsa (əleyhis-salam)-ın zühurundan etibarən dördüncü asimandan yuxarı qalxa bilmədilər. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətə göndərildiyi vaxt heç bir asimana gedə bilmədilər və orada güclü mühafizəçilərin qoyulduğunu gördülər.[2] Bu da yalnız o həzrətin böyük məqamına görə idi. Çünki əgər bu şeytani və çirkin varlıqlar asimanlara yol tapa bilsəydilər, şübhəsiz, çoxlu məlumatlar əldə edə bilərdilər, bu da camaatın həddindən artıq azğınlaşmasına səbəb olar, nəticədə insanlara ilahi höccət tamamlanmazdı.[3]
Hamısı şeytani məqsədlərlə asimana nüfuz edən şeytanların, kahinlərin, cinlərin və s. və hamısı bu işdən məhrum edildilər, asimanların yolu mömin və arif insanların üzünə daha çox açıldı, Peyğəmbərin meracına, seyri-süluk əhlinin və irfançıların namazı üçün yol açıldı və hicablar kənara çəkildi.
Bu iki hadisəni mülahizə etməklə görürük ki, axirəz-zamanda və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətindən başlayaraq şeytanların qeybi xəbərləri eşitməsi qadağan edildi və bu qadağaya mütənasib olaraq mömin insanlar bu böyük mənəvi mənzərələri müşahidə etməyə dəvət olundular. Belə ki, Peyğəmbər ümmətində imamət məsələsinin zahir olması, bu dövrdə saysız-hesabsız və mislsiz ariflərin zahir olması da bu həqiqətin danılmaz şahididir.
[1] Onlar tərtiblə bir asimandan digərinə qovularaq yuxarı asimanlardan məhrum olurdular. Nəhayət, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gələn zaman onun mübarək vücudu bərəkətinə bütün asimanlardan məhrum oldular. İmam Əli (əleyhis-salam)-dan belə rəvayət olunur: “Peyğəmbərin doğulduğu gecədə İblis çoxlu qəribəliklər gördü və asimana köçmək istədi. O dövrə qədər onun üçüncü asimanda yeri var idi və şeytanlar oradan xəbərləri eşidərək oğurlayırdılar. Şeytanlar qəribəlikləri hiss etdikləri zaman bu xəbərləri də eşitmək və oğurlamaq qərarına gəldilər, lakin bütün asimanların onların üzünə bağlandığını gördülər.” “Təfsiri hidayət”, 16-cı cild, səh. 468, “Astani Qudsi Rəzəvi”nin islami tədqiqat qurumu; Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", “Vəfa” müəssisəsi, Beyrut, 1404
[2] Rəvayətdə deyilir ki, Adəm (əleyhis-salam)-ın dövründən başlayaraq həzrət İsa (əleyhis-salam)-ın təvəllüdünə qədər şeytanlar asimanlara gedir və məlaikələrdən müəyyən məlumatları və işləri öyrənir, kahinlərə xəbər verirdilər. İsa (əleyhis-salam) dünyaya gəldiyi zaman dördüncü asimandan yuxarı getmələri qadağan olundu. Amma Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gəldiyi zaman heç bir asimana gedə bilmədilər. Onlar asimana yaxınlaşdığı zaman Allah-taala od şölələri ilə onları vurub yandırırdı ki, ora yaxınlaşa bilməsinlər. Deməli bu وَ أَنَّا لَمَسْنَا السَّماءَ فَوَجَدْناها مُلِئَتْ حَرَساً شَدِيداً وَ شُهُباً “Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük” ayəsində buyurulan məsələ həzrət Məsihin təvəllüdündən sonra olmuşdur. Lakin onlar yenə də asimana yaxınlaşır, orada yer tuturdular ki, mələklərin səsini eşitsinlər. وَ أَنَّا كُنَّا نَقْعُدُ مِنْها مَقاعِدَ لِلسَّمْعِ “Biz əvvəllər (mələklərin sözünü) eşitmək üçün göyün bəzi yerlərində oturardıq” ayəsinin mənası da həmin dövrə aiddir. Amma فَمَنْ يَسْتَمِعِ الْآنَ “lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər” ayəsinə əsasən, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təvəllüdündən sonra ora getmələri tamamilə qadağan olundu.” Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 13-cü cild, səh. 229, “İslam” nəşriyyatı
[3] İmam Sadiq (əleyhis-salam) buyurur: “Amma asiman xəbərlərini eşidə biləcəkləri bir yerdə qərarlaşan şeytanlara gəldikdə isə, həmin dövrdə onlar üçün heç bir maneə yox idi və onların başına yandırıcı qığılcımlar nazil edilmirdi. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə tamamilə qadağan edildi. Çünki, bu yolla müəyyən hadisələr baş verə, vəhy işində və asimani xəbərlərin yetirilməsində çətinliklər yarana bilərdi. (Onların qarşısı alındı ki,) yer əhalisi Allah tərəfindən gələn, höccətin onlara tamamlanmasına və şəkk-şübhənin aradan getməsinə səbəb olan şeylərdə çətinlik çəkməsinlər.” Təbərsi, “Əl-ehticac”, 2-ci cild, səh. 339, “Mürtəza” nəşriyyatı.