Təhqiq və axtarışlara əsasən hədisi mənbələrdə, hətta irfani kitablarda böyük ariflərdən eşq və məhəbbətə aid olan bəhslərdə, şeytanın İmam Əliyə (ə) sualda qeyd olunan ibarətlə əlaqəsi barədə rəvayət tapılmadı. Əlbəttə rəvayətlər vardır, amma o rəvayətlərdə Şeytanın yolunu azmasına işarə olunub. Həmçinin İmam Baqirdən (ə) rəvayət olunan hədisə əsasən İblisin, Əliyə (ə) nisbət dostluğu və İmanı zahiri olub və ürəkdə kafir olub.
- Təhqiq və axtarışlara əsasən hədisi mənbələrdə, hətta irfani kitablarda böyük ariflərdən eşq və məhəbbətə aid olan bəhslərdə, şeytanın İmam Əliyə (ə) sualda qeyd olunan ibarətlə əlaqəsi barədə rəvayət tapılmadı.
- Hədisi kitablardan bəzisində həzrət Adəmin (ə) yaradılışından əvvəl Şeytanın, İmam Əlinin (ə) əzəmətindən xəbər verməsi və onun Əliyə (ə) olan imanı və dostluğu barədə rəvayətlər vardır.[1] Amma o rəvayətlərdə Şeytanın yolunu azmasına işarə olunub və həmçinin İmam Baqirdən rəvayət olunan hədisə əsasən İblisin, Əliyə (ə) nisbət imanı və dostluğu zahiri olub və ürəkdə kafir olub. [2]
- Bu həqiqəti qəbul etmək lazımdır ki, Qurani kərim və rəvayətlərin izahjına əsasən iblis, Allah dərgahına yaxın mələk idi.Adəmə (ə) səcdə etmək əmrindən boyun qaçırtdı, İlahi dərgahından qovuldu və əbədi lənət və danlağa məruz qaldı. And içdi ki, "muxləslərdən" başqa insanların hamısını azqınlığa tərəf çəkə.[3] Bu varlıq və məlunluğu şəriət əhli ilə həqiqət yolunun yolçuları qəti bir əmr kimi qəbul edir və şübhəsiz bu məsələdə müttəfiqdirlər.
- Məhəbbətin mərtəbələri vardır. Şeytan, insanın yaranışından qbaq uzun müddət Allaha ibadət edib və təbiətən Allahın dostu olub, amma bu dostluq üçün Allahın qərar vediyi imtahanda qovulub və Allahın lənətindən başqa bir şey onun qisməti olmayıb. Amma həqiqi aşiq o kəsdir ki, məşuqunun sevdiyi hər bir şeyə eşq və məhəbbəti ola.
Buna əsasən necə ki, Şeytan, insanın yaranışından əvvəl Allahla dostluğ nisbət müəyyən bir ali dərəcəyə malik olub, qovulandan sonra da Allah və onun dostlarına nisbət dostluğun ən aşağı dərəcəsindən bəhrələnib. Onun bu miqdar dostluğunun nifaq və əməli ilə heç bir ziddiyyəti yoxdur; çünki onun təkəbbür və həsədi səbəb oldu ki, Allahın əmrindən boyun qaçıra.
Misal olaraq demək olar ki, çox yerlərdə görürük ki, şəxsin təkəbbür və özünü istəməyi vadar edir ki, ədalətli insanla çəkişməyə və döyüşə. Bununla birgə o, öz daxilində düşməninin bəyənilmiş sifətlərini tərifə layiq bilir və onun dostluğundan bir növ qəlbində qərar tutmiş olur. Amma bu dostluğun arxasınca əməli nəticə olmadığı üçün onu həqiqi və vaqei fikirləşmək olmaz.
Şeytanın İmam Əliyə (ə) nisbət dostluğuna aid rəvayətləri qeyd etmək fərzi ilə o dostluğu dəyərləndirmə yerində qərar vermək olar.
Bilməyiniz maraqlıdır ki, Əmirəl- mömininin (ə) ən böyük düşmənlərindən sayılan Müaviyə, o həzrətin (ə) şəhadəsindən sonra şiələrdən olan Ziran ibn Zümrədən istədi ki, İmamın (ə) ibadət halını onun üçün vəsf edə. O həzrətin (ə) fəzilətlərindən bəzisini eşidəndən sonra Müaviyənin gözlərində yaş cari oldu.[4] Bu icmali (müxtəsər) sözdən özün ətraflı hədis oxu.
Daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:
"Şeytanın yaranışının fəlsəfəsi", sual 11027 (sayt: 11151).
"Şeytanın praqram və hdəfləri", sual 12216 (sayt: 12198).
"Şeytan, boyunqaçırma və tövbə", sual 7270 (sayt: 7430).
[1] - Bu hədisin oxşarı: İmam Əli (ə) buyurur ki, mən Kəbənin yanında oturmuşdum. Birdən beli bükülmüş bir qocanı gördüm ki, yaşının çoxluğundan qaşları gözlərinin üstünə tökülmüş, əlinə əsa almış, başında qırmızı papaq və tükdən olan bir xələtlə gəldi. Peyğəmbərin (s) yanına getdi və arxası Kəbəyə olan halda dedi: Ya Rəsuləllah! Mənim bağışlanmağımı istə. Peyğəmbər (s) buyurdu: Ey qoca çalışmağının faydası yoxdur. O həzrət (s) bildi ki, gümrahdır (yolunu azandır). Elə ki, o qoca döndü və getdi, Peyğəmbər (s) mənə dedi: Ey əbəl- Həsən! Onu tanıyırsan? Dedim yox. Dedi: Bu lənətlənmiş İblisdir. Əli (ə) buyurdu: Onun dalınca qaçdım və ona çatdım. Onu yerə yıxdım, sinəsinin üstündə oturdum və boğmaq üçün boğazını sıxdır. Dedi: Ey əbəl- Həsən! Mənim müəyyən olunmuş vaxta kimi möhlətim var, məndən əl götür. Ey Əli! Allaha and olsun həqiqətən mən səni sevirəm. (Şeyx Səduq, Uyuni- əxbarir- ər- Rza (ə), cild 2, səh 72, Cahan nəşriyyatı, Tehran birinci çap, 1378 hicri qəməri; Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 27, səh 148 və 149 və cild 60, səh 244 və 245, Müəssisətul- vəfa, Beyrut, 1404 hicri qəməri).
[2] - Mazəndfərani, ibn Şərh Aşub, Əl- mənaqib, cild 2, səh 241 və 252, Əllamə nəşriyyatının müəssisəsi, Qum, 1379 hicri qəməri.
[3] - Müraciət et: Bəqərə surəsi, ayə 34- 36; Əraf surəsi, ayə 11- 16; Kəhf surəsi, ayə 50; İsra surəsi, ayə 62- 65; Hicr surəsi, ayə 30- 43.
[4] - Şeyx Səduq, Əl- amali, səh 624- 625, İslamiyyə, Tehran, 1362 hicri şəmsi.