Şiə məzhəbinin bizi hədis mənbələrində bu rəvayət, Peyğəmbər (s) və Əhli- beytin əzəməti barəsində gəlmişdir. Qeyd etmək lazımdır ki, bu rəvayətlərin sənədinin silsiləsində "Yəhya ibni Əksəm" sünni məzhəbdir, vardır.
Bu rəvayət vbaxmayaraq ki, sənəd cəhətindən nöqsanı vardır, amma Peyğəmbərin (s) və İmamların (ə) əzəməti baxımından tamamıyla o hədisi dəlalət cəhətindən qəbul etmək olar.
Bu hədis əsasında, həzrət Nuhun (ə) kimisinin hərəkət etməsinə və qərq olmaqda nicat tapmasına əss səbəb Əhli- beytin müqəddəs varlığı olmuşdur. Bunun üçün də, bəzi alimlər deyirlər. Yaxşıdır insan öz minik texnikasını beş kimsənin (ə) və başqa İmamların adlarıyla bəzəsin ki, bir çox xətalardan amanda qalsın.
Şiənin bəzi hədis mənbələrində bu rəvayət Peyğəmbər (s) və Əhli- beytin (ə) əzəməti barəsində gəlmişdir. Qeyd etmək lazımdır ki, bu rəvayətin sənədinin silsiləsində bəzi ravilər misal üçün "Yəhya ibni Əksəm" sünni məzhəbdir.[1]
Bu rəvayət, bəzi ravilərinin zəif olduğu üçün baxmayaraq ki, sənəd cəhətindən nöqsanı vardır, amma Peyğəmbər (s) və Əhli- beytin (ə) əzəməti baxımından və bunun kimi rəvayətləri, dəlalət və mətn cəhətindən qəbul etmək olar.
Rəvayətin tam şəkildə mətni:
"Ənəs ibni Malik Peyğəmbərdən (s) rəvayət edir ki, o həzrət buyurdu: O vaxt ki, Allah Taala istədi həzrət Nuh (ə)- ın qövmünü nabud etsin.
O həzrətə vəhy etdi sağ ağacının budaqlarını iki bölsün. Bu işi həyata keçirdikdən sonra bilmirdi nə etsin, onlarla nə düzəltsin.
Cəbrail (ə) nazil oldu və gəminin şəklini ona göstərdi. Özüylə bir qutu da gətirmişdi ki, onda yüz iyirmi doqquz min mismar var idi. Həzrət Nuh mismarları taxtalara dötdü və sonda beş mismar qaldı. Onlardan birinə əl vurdu, əlində parladı və ondan nur cilvələndi; o cür ki, səmada nurlu bir ulduz parlayır. Nuh (ə) təəccüb etdi. Allah o mismarı dilə gətirdi və açıq- aşkar sözlə dedi: Həzrət Məhəmməd (s) Peyğəmbərlərin ən əzizinin adı məndədir.
Cəbrail (ə) Nuha (ə) nazil oldu.
Nuh ondan soruşdu: Bu necə mismardır ki, indiyə kimi bunun kimisini görməmişdim? Dedi: Bu mismar Allahın ən yaxşı məxluqu, həzrət Məhəmməd ibni Əbdullahın (ə) adındadır. Onu gəminin qabaqdan sağ tərəfində qərar ver.
Sonra əlini ikinci mismara vurdu; o da parıldadı. Nuh (ə) Cəbrail (ə) dedi: Bu nə mismardır? Cəbrail dedi: Bu mismar qardaşı və əmisi oğlu Əli ibni Əbi Talibin (ə) adındadır. Onu gəminin qabaq hissəsindən sol tərəfinə vur. Sonra isə üçüncü misrada əl vurdu; parlayıb nur saçdı. Cəbrail dedi: Bu mismar həzrət Fatimənin (s) adınadır. Onu o mismarın kənarında vur ki, atasının adınadır. Əl uzadıb dördüncü mismarı götürdü; o da parlayıb nur saçdı. Cəbrail dedi: Bu mismar həzrət İmam Həsən (ə)- ın adınadır; onu, atasının adına olan mismarın kənarında vur. Sonra isə beşinci mismara əl vurdu. Ondanda nur saçıb ağladı. Nuh (ə) dedi: Cəbrail bu nə ağlamaq və nalədir? Cəbrail dedi: Bu mismar həzrət Hüseyn ibni Əli (ə) şəhidləri ağasının adınadır; o mismarı qardaşının adına olan mismarın kənarında vur. Sonra Peyğəmbər (s) bu ayəni "onu taxtalardan və mismarlardan olan gəmiyə mindirdik" oxudu.[2] Və əlavə etdi: Lövhlər, gəminin taxtaları, biz isə onun mismarları idik, əgər biz olmasaydıq gəmi müsafirlərini hərəkət etdirməzdi".[3]
Bu hədisə əsasən, həzrət Nuhun (ə) gəmisini hərəkətə gətirən əsas səbəb və həlak olmaqdan nicat tapması Əhli- beytin pak varlığı olmuşdur.[4]
Bunun üçün də, bəzi alimlər deyirlər: Müstəhəbdir insan öz nəqliyyat vasitəsini beş kimsənin 9ə) adıyla zinətləndirsin ki, bəlalardan amanda qalar.[5]
[1] - Xoyi, seyyid Əbul- Qasim, Möcəm Ricalul- hədis, cild 21, səh 35.
[2] - Qəmər surəsi, ayə 13
«وَ حَمَلْناهُ عَلى ذاتِ أَلْواحٍ وَ دُسُرٍ»
[3] - Seyyid ibni Tavus, Əl- əman mən Əxtarəl əsfar vəl əzman, səh 118 və 119, Alul- beyt, Qum, birinci çap, 1409, hicri qəməri. Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 11, səh 328. Əl vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri. Əbəqatul ənvar fi İmamətil əimmətil- əthar, cild 23, səh 1081.
[4] - Ləkəhnəvi, Mir Hamid Hüseyn Əbəqatul ənvar fi İmamətil əimmətil əthar, cild 23, səh 1080 və səh 1082- 1092. (bu hədisin əlavə izahı üçün) İmam Əmirəl möminin Əli (ə)- ın ümumi kitabxanası, İsfahan, ikinci çap, 1366. Hicri şəmsi.
[5] - Hüseyni Şirazi, seyid Məhəmməd, Əl- fiqh, əl- murur, 326.