Baxanların
5960
İnternetə qoyma tarixi: 2011/05/15
Saytın kodu fa3041 Arxiv kodu 13953
Sualın xülasəsi
Nə üçün Əbu Əli Sina məntiq elminin mövzusunu ikinci dərəcə dərk edilən, tanıtdıran və dəlil olaraq dəyişdirmişdir?
Sual
Nə üçün Əbu Əli Sina məntiq elminin mövzusunu ikinci dərəcə dərk edilən, tanıtdıran və dəlil olaraq dəyişdirmişdir?
Qısa cavab

İbni Sinanın nəzərində hər bir elm məxsus bir anlaşılmayan sirlərin kəşfi üçün səy edir ki, o sirlər və anlaşılmamazlıq; o elmin məsələlərini təşkil edir. Hər elmdə bu məsələlər məxsus bir şey haqqında bəhs edir ki, onu "elmin mövzusu" adladırırlar. Həqiqətdə "bir elmin mövzusu" elmin əsl bəhslərini və onu təşkil edən alimlər və yaxud onun digər elmlərdən fərqli olan məsələlərini bildirir.

Məntiq bir alətdir ki, bütün elmlərdə istifadə olunur ki, elmin qismətləri və tərifiylə yaxından rabitəsi vardır (tam şəkildə olaraq nəinki məxsus bir elmlə olsun) o şəkildə ki, elmin hissələrə bölünməsində bəzi məsələlərdə və bəlkə onun mövzusunda dəyişikliyə səbəb olur.

Elmin təsəvvür və təsdiqə bölünməsi ki, Farabi tərəfindən həyata keçirilmişdir; məntiq elminin mövzusu da Əbu Əli Sina- nın vasitəsiylə dəyişilmişdir; yəni Farabinin nəzərinə əsasən məntiq məlumatların iki hissədən ibarət olmasından bəhs edir ki, insanın fikri bu çərçivədə əhəmiyyətdə olsun. Buna görə də məntiq elminin mövzusu başqa bir şeyə çevrilsin ki, bu məsələlər onun təsiri altında toplansınlar. İbni Sina məntiq elminin bölünməsində ikinci hissədə dərk edilənləri, tanıtdıran və dəlil olaraq dəyişdirmişdir. Məntiqin tanıtdıran (muərrif) hissəsində, bir sıra qanunlar; kəlmələrin düzgün tərifini açıqlamaq üçün qərar vermiş və dəlil (höccət) hissəsində isə, dəlillər və səhvlərdən amanda qalmaq üçün olan bəhslərə yer verilmişdir.

Ətreaflı cavab

Hər bir elmin mühüm bir əsli vardır, bu əsllərdən biri də hər bir elmdə olduğu kimi (elmin mövzusu- dur. Məntiq elminin mövzusu və məntiq elminin mövzusu ibni Sina tərəfindən dəyişilməsi bəhslərinə başlamamışdan əvvəl, yaxşı olar ki, mövzunun özünə ətraflı nəzər salıb, onun tərif, bölmələrini və onun bir elmdə olan yerini araşdıraq.

Elmin mövzusu:

"Hər bir elm, bir sıra məlumat və xəbərlərdir ki, bir əslin ətrafında toplanaraq bir elmin adını özlərinə məxsus etmişdirlər, əsl binası isə, elmin mövzusudur. Başqa cür desək elmin mövzusu o elmin əsas bəhsləridir. Bunun üçündə müxtəlif məlumatların bir yerə toplanmasına səbəb ki, bir elm ünvanı altında və onların başqa elmlərdən fərqli olması o elmin mövzusu deməkdir, bunun üçün də hər bir elmin ona ehtiyacı vardır.[1]

Mövzunun tərifi:

Şeyxül Rəis mövzunu açıqlayarkən deyir: Mövzular o şeylərdir ki, o elm onların halından və həqiqətindən söhbət edir.[2]

İbni Sina hər bir elmin ünsurlarınıda bu cür təfsir edir: "Ünsurlar o qanunlardan ibarətdir ki, onların daxilindəki bəhslər həqiqətlərinə əlavə olunmuşdur o elmlərin mövzusu üçün və ya onlardan bir növü və yaxud da onların həqiqətinə əlavə olunmuşdur və hər hansı bir elmdə ki, şübhə doğurur və onu öyrənməyə tələb edir, həmin ünsürlardır.[3]

Buna əsasən əgər ibni Sinanın nəzəriyyəsi çərçivəsində biz də nəzər salsaq, buna nail olarıq ki, hər bir elm bilinməyən bir varlığın həqiqətini üzə çıxarmaq üçün çalışır ki, hamısı bir şeyin həqiqətidir. Belə olduqda hər bir elmin əslini bu iş çərçivəsi daxilində xəbər və məlumatlar təşkil edir. Bu xəbərlər, qanunlar çərçivəsində; mümkündür həmin elmin ünsürlərini bildirsin, belə olduqda hər elmin mənbəyi qanunlar daxilində bilməkdir ki, onlara elmin ünsurları deyilir və bütün bu hökümlər bir baxımdan yalnız bir şeydən xəbər verirlər ki. onu "elmin mövzusu" adlandırırlar.

Elmin Farabi tərəfindən təsəvvür və təsdiqə bölündüyündən sonra,[4] məntiq elmində olan gizli sirlərin kəşf olunmasında bir alət olduğu üçün mövzunun dəyişilməsiylə qarşılaşdı.

Əslində məntiqin mövzusu "məlum"dur. Bu cəhətdən ki, bizə məlum olmayan bəhslərə doğru yol göstərir, amma əldə olan məlumatlar (bu bölmələrlə) iki hissəyə bölünür. Əslində mövzunun həyatda yaranması üçün iki varlığa ehtiyacı vardır; təsəvvür və təsdiq hissləri.

Bu cür bölümdə; məntiq öz səlahiyyəti daxilində lazımdır ki, bu iki hissənin hər ikisində olan məlumatlardan bəhs etsin, ki, fikir və düşüncə bu iki hissədə səhvlərdən amanda qalsın. Bunun üçün də lazımdır ki, məntiqin mövzusu başqa bir şeyə dəyişsin və bu məsələlər onun ətrafında bəhrələnsin. İbni Sina bu cür hissəyə bölünməsində düşünərək məntiq elminin mövzusunu, ikinci dərəcə dərk edilən məsələləri (müərrif) tanıtdıran və yaxud dəlil (höccət) olaraq dəyişdirdi. Məntiqin (müərrif) tanıtdıran hissəsində bir sıra qanunlar, kəlmələri düzgün tərif etmək üçün açıqlamış və dəlil (höccət) hissəsində isə, dəlillərə bağlı olan bəhsləri və onda səhvlərdən qorunmaq üçün olan məsələləri açıqlamışdır.

Amma bəzi məntiq alimləri bu fikirdədirlər ki, məntiqin mövzusu həmin məntiqin ikinci dərk olunanlarıdır. Bu sözün açıqlamasında demək lazımdır: (Məlumat) dərk olunanlar, yəni ümumi məna; birinci və ikinci hissəyə bölünür. Birinci dərk olunanlar ümumi mənası onlardır ki, insan fikri onu gördüyü an dərk edir. Misal üçün insan həqiqəti (həqiqi anlam) ki, onun qarşısında ikinci dərəcə dərk edilən varlıqlara növbə çatır ki, o da iki hissəyə fəlsəfə və məntiqə bölünür. Əgər ikinci dərəcədə ağıl onu hiss edərək məna edərsə, bu ikinci dərəcə düşüncəni fəlsəfəyə və amma düşüncə və fikirləşməyə yol açarsa onu məntiq adlandırırlar.[5]

Bütün bunlardan məlum olur ki, məntiqin bütün hissələri, yalnız kiçik bir hissəsi ki, lüğətə aiddir ki, məntiqdə ikinci dərəcə dərk edilən mənalar ətrafında birləşir.

Bunun üçün də məntiq elminin mövzusu bunların nəzərində olduğu kimi (məntiqin ikinci dərəcə dərk olunması) qalmışdır.

Əlavə məlumat üçün bax:

1.             Sual 1307, (sayt: 2582).

2.             Hadəvi Tehrani, Məhdi, Gəncineye xerəd, cild 1, səh 292- 300.



[1] - Hadəvi Tehrani, Məhdi, Gəncineye xerəd, cild 1. Məbadiye məntiq. Səh 270.

[2] - Hadəvi Tehrani, Məhdi, Gəncineye xerəd, cild 1, Məbadiye məntiq, səh 272.

əntiqe şəfadan götürülmüşdür cild cild 5, Əl- buhran kitabı, səh 155.

[3] - Məntiqi- şəfa üçüncü cild, cild 5 Əl- Burhan kitabı, səh 155.

[4] - Mütəhhəri, Mürtəza, Aşnayi ba ulume İslami (məntiq və fəlsəfə) səh 38.

[5] - Hadəvi Tehrani, Məhdi, Gəncineye xerəd, cild 1, Məbadiye məntiq, səh 295.

Başqa dillərdə Q tərcümələr