A). Allah Taalanın xaliqliq (yaratmaq) sifəti (xüsusiyyəti) səbəb olur ki, Allah- Taala xəlq etsin və yaratsın.
B). Yaradılış nizamı olduqca dəqiq, əbəs deyildir. Çünki Allah- Taala heç nəyi mənasız xəlq etməmişdir.
C). Bütün yaradılışın sonu insandır. Yəni Allah- Taala bütün yaratdıqların insan üçün yaratmışdır. İnsan yaranmışların ən şərəflisi və İlahinin xəlifəsidir. Bütün yaradılış ən gözəl yaranmışa (insana) xidmət edir.
D). İnsanın yaradılışından məqsədin nə olduğundan aslı olmayaraq yenə də nəticəsi ehtiyacı yoxdur. Çünki Allah sonu olmayan xəzinədir. O heç vaxt tükənməyəcəkdir.
H). İnsanın yaradılışından əsas hədəf, onun təkamülə çatması, olduğu halda (cism olaraq) mələklər aləminə yetişməsi səadətin əsil mənasını dərk edərək ona yetişməsi və özünü tanıyaraq Allaha tam vücudu ilə ibadət etməsidir.
Allah- Taalanın bütün sifətləri (fel və zat başa düşülən sifətləri) onun zatının ayrılmaz hissəsidir. Yəni onun zatı ilə eynilik daşıyır. Bu məsələ ümumiyyətlə isbatlanmışdır. O cümlədən İlahinin elm, qüdrət, qəyyumluq maliklik və hakimlik sifətləri onun zati sifətləri, rəbb ruzi vermək (rəzzaq) yaratmaq (xaliq) iradə və rəhmət sifətləri onun fel sifətləri adlanır. Başqa sözlə desək Allah Taalanın o adları ki, ondan fel başa düşülür məsələn yaratmaq kimi onun fel sifətləri adlanır. Amma fel başa düşülməyən fisətləri "qadir" əbədi" kimi sifətləri deyəndə onun zati sifətləri başa düşülür. Bütün bu sifətlər isə ümumilikdə İlahinin "sübutu" sifəti adlanır. Bu sifətlərdə yalnız mürəkkəblik deyil, əksinnə bəsitlik vardır. Allah- Taala "xaliqiyyət" sifətinə malik olduğu üçün yaratmağı özünə vacib bilmişdir. Bu səbəbdən də bütün aləmi və insanı yaratmışdır. "Göylərdə və yerdə nə varsə hamısı ondan ehtiyacını diləyir. O, hər gün bir işdədir. (öz şəninin işinə məşğuldur)"[1]
Diqqət yetirməli vacib olan mətləblərdən biri də budur ki, Allah- Taala həkim olduğu üçün o heç bir əbəs iş tutmur. Yəni onun həkim sifəti (xüsusiyyəti) tələb edir ki, o heç bir yersiz iş tutmasın. (Onun həkim sifəti deyəndə elə Tanrının özü nəzərdə tutulur). Yaradılış da Allahın feli olduğu üçün təbii ki, böyük bir hədəfi özündə əks etdirir. Yəni yaradılış nizamı böyük bir hədəflə Allah- Taaladan bəhrələnməkdədir. Bu səbəbdən də bu yaradılışda heç bir eyb və nöqsan yoxdur. Hətta aləmdə olan atom zərrəckləri dilsiz dilləri ilə deyirlər: "Yaradılışın heç bir nöqtəsində zərrə qədər də nöqsan yoxdur".
Qurani- kərimin müqəddəs ayəsinə uyğun olaraq deyə bilərik ki, Allah- Taala bu yaradılışı nə oynacaq nə də batil yaratmışdır. əksinə bütün yaradılış heç bir eyb və nöqsanı olmayan bir varlıqdan bəhrələnir.
Əlbəttə gərək bu mətləbdən də xəbərsiz olmayaq ki, bütün kainatın yaradılışındanson məqsəd insan özüdür. Daha aydın desək Allah Taala aləmdən sonra Adəmi yaratdı. Yəni hər şeyi aydın və kamil surətdə onun ixtiyarında qoydu. Çünki insan yaradılışın ən gözəlidir. Allah Taala insandan kamil heç nə yaratmamışdır.
Hədisi qüdsi kitabında yazılmışdır: "Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratdım və səni də özüm üçün".[2]
Yuxarıdakı mətləbləri mövzumuza giriş olaraq deyə bilərik ki, "insanın yaradılışından hədəf yalnız o özüdür. Yəni sonda bu yaradılışdan o özü faydalanır. Çünki Allahın nə insanın varlığından və nə də yoxluğundan ehtiyacı vardır. O tükənməz bir varlıqdır. "Ey insanlar! Allahdan ehtiyacları olan yalnız sizsiniz. Allah həmd və sitayişə layiq olduğu halda sizdən ehtiyacsızdır."[3]
"Musa Bəni- İsrailə dedi: Əgər siz və yer üzündəkilərin hamısı Allahı inkar etsələr (kafir olsalar) ona heç bir xələl gəlməz. Çünki o hər bir şeydən ehtiyacsız və sitayiş olunmağa layiqdir".[4]
Həzrət Əli (ə) Həmmama öz nəsihətində deyir: "Allah Taala insanları yaradarkən onların ibadətindən və günahlarından siğortalanmışdır. (Yəni ehtiyacsız idi). Çünki ona insanların ibadətindən xeyir və günahlarından ziyan gəlməz".[5] (Əksinə günahdan çəkinməyin və ibadət etməyin hasili və bəhrəsi insanlara aiddir). Qurani kərimdə insanın yaradılışı müxtəlif ayələrdə bəyan edilmişdir:
"Cini və insanı bizə ibadət etmək üçün yaratdıq".[6]
"Allah ölümü və həyatı sizi imtahan etmək üçün yaratmışdır".[7] Yəni insanlar öz əməlləri ilə imtahan olunur. Əgər belə olmasaydı yaxşını pisdən ayırmaq olmazdı. Həmçinin insan bu təkamülü imtahanlardan ləyaqətlə çıxmaqla əldə edir.[8] Bütün bu ayələrə diqqət yetirdikdə yaradılışın yalnız insanın özünə faydalı olduğunu müşahidə edirik. Belə ki, insan imtahanlardan müvəffəqiyyətlə çıxdıqca təkamülə yaxınlaşır. Yəni insan dünyaya gəldikdən sonra hidayət mərhələsinə qədəm qoyur və insanın bütün dəyərlərini əldə etmək şansını qazanır. Beləliklə səadətin ən uüksək mərhələsinə ucalır. "Bəndəlik etmək qiyməti olmayan gövhərdir ki, onun batinində Allah vardır"[9] Hər kəs bu batinə yetişsə Allahdan başqa heç nəyi görməz".
İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə) səhabələrinin qarşısında durub demişdir: Allah Taala bəndələri yaratmışdır ki, onu tanısınlar. Onu tanıyan vaxt ona ibadət edirlər. Elə ki, ona bəndəlik edirlər ondan başqasına bəndəlik etməkdən imtina edirlər."[10]
[1] - Ər- rəhman surəsi, ayə 29.
«کل یوم هو فی شأن»
[2] - Əl- minhacul- quva, cild 5, səh 516. Elmul yəqin, cild 1, səh 381.
«یابن آدم خلقت الاشیاء لأجلک و خلقتک لأجلی»
[3] - Fatir surəsi, ayə 15.
«یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید»
[4] - İbrahim surəsi, ayə 8.
« و قال موسی ان تکفروا انتم و من فی الارض جمیعاً فإن الله لغنی حمید »
[5] - Nəhcül- bəlağə, feyz s.11 Həmmam xütbəsi.
«اما بعد، فإن الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیاً عن طاعتهم ، آمناً من معصیتهم ، لأنه لاتضره معصیة من عصاه، و لاتنفعه طاعة من أطاعه»
[6] - Zariyat surəsi, ayə 56.
«و ما خلقت الجن و الانس الا لیعبدون»
[7] - Mülk surəsi, ayə 2.
«الذی خلق الموت و الحیاة لیبلوکم ایکم احسن عملاً»
[8] - Hud surəsi, ayə 118- 119.
«و لایزالون مختلفین الا من رحم ربک ولذالک خلقهم»
[9] - Misbahuş- şəriə dər həqiqət ubudiyyət.
«العبودیة جوهرة کنهها الربوبیة»
[10] - İləl şəraee Səduq, Təfsir- əl mizana uyğun olaraq, cild 18, səh 423.
«ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه»