Müşrik o şəxsə deyilir ki, Allaha şərik qoşar. Məsihilər təslisə (müstəqil şəkildə üçlük pərəstiş) inanırlar, Yəhidilərin bəzisi Üzeyri Allahın oğlu bilirlər, bunların hər ikisi İlahinin zatında tərkibə səbəb olur. Bir halda ki, Allah mürəkkəb deyil tam kamil və bəsit bir varlıqdır. Buna xatir Amerkanın və İngiltərənin xalqının bəzisi, qeyd olunan mənada Məsihi və Yəhudilər və müşriklərdir. Əgər bu şəxslər İslam dünyasıyla və müsəlmanlarla düşmənçilik edib zülm etsələr (bu iki ölkənin dövlət məmurları kimi) müşriklərdən bəraət qanuna şamil olarlar ki, həcc mərasimlərindən biridir. Əlbəttə diqqət etmək lazımdır ki, Həzrəti Musa (ə) və Həzrəti İsa (ə) tərəfindən gəlmiş Yəhudilik və Məsihiçilikbu batil etiqadlardan uzaq olubdur. Sonralar zaman keçdikcə onlar iki Torat və İncil kitabları təhrif olunub və bu şirklə qaranlıq fikirlər onlara daxil olubdur.
Cavabın aydınlığı üçün aşağıdakı mətləbləri bilmək lazımdır:
Şirk nədir və müşrik kimdir?
"Şirk" lüğətdə bu mənadadır ki, hansısa bir işdə, bir şey ya bir kəs şərik və kömək ola; yəni həmin məşhur mənada şərik ola.[1] Dinin mədəniyyətində və terminində şirkin mənası budur ki, aləmi yaradana məxsus olan məqamların birində başqa bir varlığı böyük Allaha şərik qoşasan. İstər dünyanın yaradılışında şərik sayılsın ya varlıq aləminin idarəsində ya insanların ehtiyaclarının ödənməsində yada buna oxşar şeylər. Nəticədə müşrik o kəsə deyilir ki, Allaha zatda ya sifətlərdə şərik qoşa, ya Allahdan qeyrisini aləmdə müstəqil varlıq bilə;istər əhli kitab olsun istərsə də yox. Məlumdur ki, günah və aşkarlıq cəhətdən şərik qoşmağın müxtəlif dərəcələri vardır. Necə ki, küfr və iman da bu cəhətdən dərəcələrə sahibdir; məsələn iki və ya çox Allahlığa etiqadlı olmaq, habelə bütləri Allah dərgahına şəfi qərar vermək aşkar şirkdir. Bu şirklərdən bir az gizli o şirkdir ki, kitab əhli edirlər və Allah üçün övlad qaildirlər. Məxsusən Məsihi və Üzeyri Allahın oğulları bilirlər.[2] Necə ki, Qurani kərim buyurur: "Yəhudilər dedilər: Üzeyr Allahın oğludur! Və Nəsara (Məsihilər) dedilər Məsih Allahın Oğludur! Bu bir sözdür ki, öz dilləriylə deyirlər ki, qabaqkı kafirlərin sözləri kimidir. Allahın lənəti olsun onlara, necə yalan deyirlər?!"[3] Əlbəttə Yəhudilərin Üzeyr haqqındakı etiqadı Yəhudilərin bəzi firqələrinə məxsus olub ki, əsiz İslam Peyğəmbərinin (s) yaşadığı dövürdə yaşayıblar. Amma onların tədricən kökü kəsilib, indi Yəhudilərin belə əqidəsi yoxdur və müşrik deyillər.[4] Baxmayaraq ki, bu Mədinə Yəhudilərinin bəzisinin etiqadı olub, amma qalan Yəhudilər bu sözə razı olduqları üçün və əziz Peyğəmbərin (s) cavabı qarşısında və bu şərafətli ayənin nazil olmasında sakit qaldıqları bu etiqadı onlara da nisbət vermək olar. Allahda Qurani kərimdə şirki bütün Yəhudilərə nisbət veribdir.[5]
Nəticədə hər kəs, hər dəstə və hər hansı bir ölkənin əhalisi əgər belə etiqada sahib olsa, müşrikdirlər; Məsihilərdən bəzisi kimi; çünki o təlimatlardan biri ki, həmişə kilsə tərəfindən Məsihi cəmiyyətlər üçün açıqlanır, təslisə etiqad məsələsidir. Məsihiliyin dediklərinə əsasən, təslis "Ata" "oğul" və "müqəddəs ruhdan" ibarətdir. Müqəddəs kitabın ədəbiyyatına əsasən "Ata" dan məqsəd Allahdır. Oğuldan ya "ibn" dən məqsəd həzrəti Məsihdir. "Niqavi" qətnaməsinə əsasən miladinin 325 ilində Allah üçün həzrəti Məsihin övladlığı nəinki məcazi şəkildə bəlkə həqiqi şəkildə tələqqi oldu. Buna əsasən Məsihiliyin rəsmi əqidəsində Məsih Allahın oğlu bəyan olubdur. Məsihilərin müqəddəs ruhdan məqsədi yerdə Allahın fəal və qüdrətli vücududur ki, onun vəsiləsiylə Həzrəti Məsih anasının bətnində qərar tapdı. Məsihi cəmiyyətinin təlimi müqəddəs ruhun öhdəsinədir. Əhdi cədiddə müqəddəs ruhdan təsəlli verən, hikmət və iman ruhu, şücaət ruhu, məhəbbət və şadlıq ünvanıyla ad aparılıbdır. Məsihilərin fikrinə əsasən "Ata" "oğul" və "müqəddəs ruh" arasında fərq və əsl yoxdur. Bunların hamısı bərabər dəyərə və əsalətə sahibdirlər. Eyni halda ki, bir- birlərindən mütəmayizdirlər (fərqli), vahiddirlər. Yəni "ata" "oğul" və "müqəddəs ruhdan" hər biri kamil Allahdır. Eyni halda ki, hər biri kamil Allahdır, hər üçü həqiqi vahiddirlər.[6] Əlbəttə Məsihiliyin əvvəlindən müasir dövrə qədər Məsihilərin arasında bir çox alimlər tohidə üz gətirib və təslis (üçlük) əqidəsiylə müxalifət ediblər, hətta bu müxalifətçiliyin nəticəsində işgəncəyə məruz qalıb və öldürülüblər.[7]
Üçlük həqiqi tohidlə ziddiyyət təşkil edir: Bir cürə fitrət və əqlə ziddiyyətdədir ki, neçə Allahlığı tələb edir ki, aşkar şirkdir. Əql hər cürə şəriki kamil və qəni Allahdan rədd edir. Digər tərəfdən qeyd etmək lazımdır ki, indiyə qədər heç bir Məsihi firqəsi ya alimi üçlüyə (təslis) aydın şərh verə bilməyibdir. Bəzi qeyri İlahi Yunan fikirlərinin və ayinlərinin nüfuzuna xatir, Məsihilik dini şirklə qarışdı. Yəhidilər ki, Üzeyri Allahın oğlu bilirdilər; amma necə ki, deyildi, hazırkı Yəhudilərin belə etiqadı yoxdur və müşrik deyillər.[8]
Amerka və İngiltərə xalqları müşrikdirlər?
Hər bir ölkədə müxtəlif dinlərdə və etiqadlarda insanlar yaşayır; Amerka və İngiltərə ölkələrində müxtəlif dinlərdə insanlar yaşayır ki, bu iki ölkənin insanlarının bir qismini Yəhudilər və Məsihilər təşkil verir. Məsihilər və Yəhudilər kitab əhlidirlər; yəni Həzrət İsa (ə) və həzrəti Musa (ə) Allah tərəfindən müqəddəs səmavi kitaba sahib olublar.[9] Əlbəttə hazırda o kitabların (İncil və Torat) bir çox hissələri təhrif olubdur.
Ümumiyyətlə demək lazımdır: Bu ölkələrdə yaşayan Məsihilərin əgər qeyd olunan mənada təslisə (üçlüyə) etiqadları olsa, müşrikdirlər. Amma əgər bu cür olmasa müşrik deyillər. Yəhudilərin əgər keçmiş etiqadları olsa müşrikdirlər, əks halda müşrik deyillər. Nəticədə ümumi kitab əhli məsələn yəhudilik və Məsihilik İlahi dinlərdən olub və həqiqətdə tohid üzərində qurulublar, müşrik deyillər məgər onlardan bəzisi müşriklərdən ibarətdir.
Müşriklərdən bəraət
Müşriklərdən bəraət həccdə yerinə yetirilən mərasimlərdən biridir. Qurani kərimdə də ona işarə olubdur: Və bu Allah və Peyğəmbəri tərəfindən (ümumi) xalqa bir elamdır böyük həcc (qurban bayramı günü) günündə ki, Allah və Peyğəmbəri müşriklərdən bizardırlar..."[10]
Allah və Peyğəmbər böyük həcc günündə ümumi xalqa bu cür elan ediblər ki, həmişəlik müşriklərdən bizardırlar. Möminlər ki, Allah və Rəsuluna tabedirlər şübhəsiz həmişəliklərdən bizar olmalıdırlar. Bəraət ayələri və Allahın Peyğəmbərin (s) bezarlığı qürüyşin müşrikləri haqqında idi ki, o zaman həqiqətən bütpərəst idilər. Peyman sındırdılar, ayə nazil oldu.[11] Bu şərafətli ayə bütün dünya xalqına qiyamət gününə qədər ümumi bir qanun göstərir; yəni müşriklər (şirkin hansı dərəcəsində olsalar) ki, İslam dünyası və Müsəlmanlarla düşmən olsalar, peyman sındırıb zülm etsələr, onlardan bezar olmaq lazımdır.[12] Səhyunizm Yəhudilərinin Fələstin Müsəlmanlarının başına gətirdikləri kimi, yaxud Livan xalqına etdikləri zülm kimi ki, Amerka və İngiltərə ölkələrinin Məsihi dövlətçiləridə onlardan himayət edirlər.
Nəticə:
- Deyilənləri nəzərə alsaq Amerka və İngiltərə xalqından bir dəstəsi ki, Məsihilik və Yəhudilik dinlərinə qeyd olunan etiqadlarla sahibdirlər, şirkin bir dərəcəsinə sahib olduqları üçün, müşeikdirlər.
- Bu ölkələrdə ki, şəslərdən məqsəd ki, dünya xalqına zülm edirlər, dövlətçilər və onların tabeçiləridirlər.
- Onlar ki, Müsəlmanlarla və İslam dünyasıyla düşməndirlər, zülm edib təfriqə salırlar, müşriklərdən bəraət mərasiminə şamil olurlar. İstər bu ölkələrin xalqı olsunlar, istərsə onların dövlətçiləri. Bu dəfələrlə Həzrəti Ayətullah- ul- üzma Xamineinin çıxışlarında bəyan olubdur.
[1] - İbni Mənzur, Məhəmməd ibni Mukrim, Lisanul- ərəb, cild 10, səh 449, dari- sadir, Beyrut, üçüncü çap. 1414 hicri qəməri; Fərahidi, Xəlil ibni Əhməd, Kitabul- eyn, cild 5, səh 293, hicrət nəşriyyat, Qum, ikinci çap, 1410 hicri qəməri; Qərəmi, Seyyid Əli Əkbər, Qaşusi Quran, cild 4, səh 20, Darul- kutubul- İslamiyyə, Tehran, altıncı çap, 1371 hicri şəmsi; Mehyar, Rıza, Fərhəngi Əbcədiyi ərəbi- farsi, səh 78.
[2] - Təbatəbayi, Seyyid Məhəmməd Hüseyn, Əl- mizan, cild 2, səh 303, Mütərcim: Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, dəftəre intişarate İslami came Müdərrisin hozee elmiyyeye Qum, beşinci çap, 1374, hicri şəmsi; Hüseyniyi Corcani, Seyyid Əmir Əbul- futuh, ayətul- əhkam, cild 2, səh 78 Nəvid nəşriyyatı, Tehran, birinci çap, 1404 hicri qəməri, Qamusi Quran, cild 4, səh 20; Məclisi, Məhəmməd Baqir, Bəharul- ənvar, cild 10, səh 184, Beyrut, Əlvəfa müəssisəsi.
[3] - Tövbə surəsi, ayə 30
[4] - Məcməul bəyan, cild 3, səh 23; İmam Xumeyni, Əttəharət, cild 3, səh 298.
[5] - Əl- mizan, cild 9, səh 244; Əttibyan, cild 5, səh 239
[6] - Tofiqi, Hüseyn, böyük dinlərlə tanışlıq, səh 148- 149, Semət, Tehran, ikinci çap, 1381; Miler, V. M. Qədim Rum və İranda kilsənin tarixi, tərcümə: Nəxostin, Əli, səh 244, Tehran, əbədi həyat nəşriyyatı.
[7] - Şəakirin, Həmid Rza, dinlər və məzhəblər, (tələbə sorğuları və cavabları), səh 120, dəftəri nəşri məarif, ikinci çap, 1387 hicri şəmsi.
[8] - Məcməul- bəyan, cild 23, İmam Xumeyni Əttəharət, cild 3, səh 198
[9] - Bəharul- ənvar, cild 51, səh 27, h 27
[10] - Tövbə surəsi, ayə 3
[11] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 7, səh 285- 287, Darul- kutubul- İslamiyyə, Tehran birinci çap, 1374 hicri şəmsi.
[12] - Bu təbirləri dəfələrlə Rəhbər Qurban bayramı günündə hacılara müşriklərdən bəraət elanında buyurubdur: Məqami Müəzzəmi Rəhbəri saytı, İbrahimi həcc hissəsi, məsəl "həcc, kanun tohid"