Peyğəmbər (s) və ailəsiylə dostluq, Quranın təlimatlarından və Peyğəmbərin (s) tövsiyələrindən götürülübdür. Bu şiənin ən mühüm etiqadı əsaslarındandır və heç bir şiənin onda şəkki yoxdur. Bu barədə etuqadımız var ki, ölümdən sonrakı həyatda necə ki, namazdan orucdan və zəkatdan və... sual olar, vilayətdən və Əhli- beyt sevgisindən də sual olacaq. Bəlkə bu qiyamət gününün ən mühüm sualıdır; çünki belə bir məhəbbət Quranın açıq buyurduğuna görə Peyğəmbərin (s) müsəlmanlardan Peyğımbərlik zəhmətlərinin əvəzində təkcə istəyi olubdur.
Əlbəttə Əhli- beyti (ə) sevən şəxs çalışır imkan daxilində günahlardan uzaq olsun. yaxşı əməllərlə özünü Allahına yaxın etsin, öz rəftarını rəhbərlərinin rəftarına oxşadsın. Belə bir şəxs ümidvar ola bilər ki, qəflət üzündən baş verən günahlarıda Əhli- beyt sevgisi və onların şəfaətiylə bağışlansın.
Nəzərinizdəki rəvayət ki, Bəharul- ənvar kitabında "Uyuni əxbarir- Riza" kitabından nəql olubdur, mətni bundan ibarətdir:
«قَالَ قَالَ النَّبِيُّ (ص): أَوَّلُ مَا يُسْأَلُ عَنْهُ الْعَبْدُ حُبُّنَا أَهْلَ الْبَيْت»[1]
Peyğəmbər (s) buyurub: Birinci soruşulan şey biz Əhli- beytin dostluğudur.
Bu barədə aşağıdakı nöqtələri müxtəsər şəkildə mütaliə edin və nəticəyə diqqət edin:
- Qurani kərimdə bir ayə var ki, ona əsasən Peyğəmbər (s) risaləti üçün Əhli- beytin dostluğundan başqa bir mükafat istəməyibdir:
«قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى»[2]
Şiələrin hamısı bu ayəni Əhli- beytin (ə) dostluğuna təfsir ediblər. Əhli sünnətində bir çox rəvayətlərində belə təfsirə işarə olubdur. Bu rəvayət kimi:
«عن سعيد بن جبير عن ابن عباس قال: لما نزلت هذه الآية قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبى قالوا: يا رسول الله من هؤلاء الذين أمر الله بمودتهم؟ قال: فاطمة و ولدها عليهم السلام»[3]
İbni Abbas nəql edir ki, bu ayə nazil olandan sonra, səhabələr Peyğəmbərdən (s) soruşdular ki, ey Peyğəmbər! Bu şəxslər kimlərdir ki, Allah onları sevməyə əmr edibdir? O həzrət cavab verdi. Fatimə və onun övladları! Bu barədə vilayət və Əhli- beytin məhəbbəti şiələrin bir etiqad sutunu sayılır. Onlar bu rəftarlarıyla Peyğəmbərlərin (s) istəyinə müsbət cavab veriblər.
- Allahın, Peyğəmbərin (s) və Əhli- beytin (ə) dostluğu, təkcə dildə olmamalıdır. Bəlkə onların göstərişlərindən tabeçiliklə bir olmalıdır. Allah Peyğəmbərə buyurur ki, camaata çatdır: Əgər Allahı sevirsiz mənə tabeçilik edin ki, Allah sizi sevsin və günahlarınızı bağışlasın və...[4]
Bu cür ayələrə əsasən, məhəbbət itaətə səbəb olur və onların hər ikisi, günahların bağışlanmasına səbəbdir.
- İmam Sadiq (ə) bu barədə buyurur: "Məadda birinci soruşulan sorğular bunlardan ibarətdir: Vacib namazlar, vacib zəkatlar, vacib oruclar, vacib həcc və biz Əhli- beytin vilayəti".[5]
Bu və buna oxşar rəvayətlər göstərir ki, iki mühüm ünsürün "vilayət" və "saleh əməlin" arasında bir növ bağlılıq var və bunları bəyan edir ki:
- 3. Bir sıra şəxslər ki, Peyğəmbərin (s) məqamın və dərəcəsin tanıyır və Əhli- beytin (ə) dostluğunun lazım olmasın həm Quranda həm də Peyğəmbərlərin sifarişlərində, bilirlər. Amma buna baxmayaraq bu böyük ailəyə nisbət kinləri və həsədləri var, qəlbləri Əhli- beytin (ə) məhıbbətindən boşdur. Zahirdə yaxşı əməlləridə qəbul olmayacaq; çünki bu cür əməllər pak niyyətlə deyil.
- -3. Digər tərəfdən, bir sıra şəxslər zahirdə özünü Əhli- beyti (ə) sevən tanıtdırıb. Amma əməl məqamında onların göstərişlərindən boyun qaçırırlar. Bunlarda Əhli- beyti (ə) həqiqi sevənlər deyillər. Çünki neçə ki, işarə oldu məhəbbət itaət gətirir.
- 3. Baxmayaraq ki, sualınızdakı rəvayətdə Əhli- beytin məhəbbəti, məadda birinci soruşulan mövzu kimi elan olub. Amma başqa rəvayətləri nəzərə alsaq, onun mənası bu deyil ki, başqa əməllərin bir o qədər də əhəmiyyəti yoxdur. Bəlkə əksinə necə ki, İmam Sadiqin (ə) rəvayətində, aşkar şəkildə açıqlanıb məhəbbətdən vilayətdən əlavə, namaz, oruc, zəkat və həcdə Məadın birinci sorğularındandır. Diqqəti cəlb edən nöqtə budur ki, həm bu rəvayətdə həm sualdakı rəvayətdə
«أَوَّلُ مَا يُسْأَلُ عَنْهُ الْعَبْدُ»
ibarəti istifadə olubdur.
Cavabın nəticəsi budur ki, qiyamətdə vilayət və Əhli- beyt (ə)- a sevgi, namaz, oruc, zəkat və... kimi digər mühüm şəri vaciblərin sırasında bəlkə onlarda yuxarı dərəcədə soruşulacaq. Bu övzu Quranın və sünnətin təlimatlarıyla zidd deyil və biz şiələr onu aşkar etməkdən heç bir şübhəmiz və nigarançılığımız yoxdur.
[1] - Məclisi, Muhəmməd Baqir Bəharul- ənvar, cild 27, səh 79, h 18, Əlvəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.
[2] - Şura surəsi, ayə 23.
[3] - İbni Əbu Hatəm, Təfsirul- Quranil- əzim, cild 10, səh 3277, h 18477, Məktəbə nəzar Müstəfa əlbaz, Səudi Ərəbistan, Məkkə Mükərrəmə, 1419 hicri qəməri.
[4] - Ali- imran surəsi, ayə 31,
«قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُوني يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَ اللَّهُ غَفُورٌ رَحيم»
[5] - Hürr Amuli, Muhəmməd ibnil- həsən, Vəsailuş- şiə, cild 4, səh 124, h 4688, Alul- beyt müəssisəsi, Qum 1409 hicri qəməri.